Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

“2021-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında” Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının  hesabatı

 

ÜMUMDAXİLİ MƏHSUL İSTEHSALI

 

2021-ci ildə ümumdaxili məhsulun həcmi 685,1  milyon manat olmuşdur. Bu da 2020-ci ildə olduğundan 13,1 milyon manat və yaxud 1,9  faiz çoxdur.

► Ümumdaxili məhsulun 99,7 faizi qeyri-dövlət sektorunda istehsal olunmuşdur.

► Ümumdaxili məhsulun 23,6 milyon manatını sənaye, 109,5 milyon manatını kənd təsərrüfatı, 29,2 milyon manatını tikinti, 454,4 milyon manatını ticarət, 3,7 milyon manatını nəqliyyat, 1,7 milyon manatını rabitə və digər xidmətləri isə 62,8 milyon manatın təşkil etmişdir.

2021-ci ildə (adambaşına) hər nəfərə 5249 manat ümumdaxili məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 55 manat və yaxud 1,1 faiz çoxdur.

 

ƏHALİNİN PUL GƏLİRLƏRİ

 

Orta aylıq əmək haqqı 467,3  manat olmuşdur və əvvəlki ilə nisbətən 24,9 manat artmışdır.

 

BÜDCƏ, MALİYYƏ, BANK,

SOSİAL MÜDAFİƏ VƏ MƏŞĞULLUQ SAHƏSİNDƏ

 

►2021-ci ildə şəhərin büdcə gəlirləri 10 milyon 514 min manat, büdcə xərcləri 7 milyon 881 min manat olmuşdur.

        ►Rayonda 4 bank filialı fəaliyyət göstərir.  

►2021-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 41 sahibkara 601,2 min manat güzəştli kredit verilmişdir.

► 2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsi 12475 pensiyaçıya 38 milyon 872 min manat vəsait ödəmişdir.

 

TİCARƏT VƏ XİDMƏT SAHƏSİ

 

►2021-ci ildə pərakəndə əmtəə dövriyyəsi və pullu xidmətlərin ümumi həcmi 454,4 milyon manat olmuşdur. Bu da 2020-ci illə müqayisədə faktiki qiymətlə 1,7 faiz müqayisəli qiymətlə isə 7,8 milyon manat çox olmuşdur.

► Hesabat ilində 4 ticarət və xidmət obyekti tikilib istifadəyə verilmişdir.

Yeni tikilən ticarət və xidmət obyektləri müasir dizaynla tikilərək şəhərin ümumi görkəminə uyğunlaşdırılmışdır. Hazırda rayonda mindən çox ticarət, iaişə və xidmət obyekti əhaliyə müxtəlif xidmətlər göstərir.

Nəqliyyat sahəsi

►2021-ci  ildə rayonda   fəaliyyət  göstərən  nəqliyyat müəssisələri üzrə göstərilən xidmətdən əldə olunan gəlirin həcmi  (fiziki  şəxslər  də daxil olmaqla) 3780,0 min manat olmuşdur ki, bu da  əvvəlki  il ilə  müqayisədə 6,7  faiz  çoxdur.

► 2021-ci ildə  rayon  üzrə  avtomobil  nəqliyyatı   ilə  (fiziki  şəxslər  də daxil olmaqla) 1350  min ton yük daşınmışdır  ki, bu da ötən il ilə müqayisədə 0,9 faiz çoxdur. Bu nəqliyyat növündə  yük  dövriyyəsi  ötən il ilə müqayisədə 1,7 faiz artaraq  96,9 mln ton-km təşkil  etmişdir.

►2021-ci   ilin  hesabat dövründə  avtomobil  nəqliyyatı  ilə  (fiziki  şəxslər  də  daxil  olmaqla) 14847 min sərnişin daşınmış və bu daşınmalar ötən il ilə müqayisədə 1,2 faiz artmışdır. Sərnişin  dövriyyəsi  ötən il ilə müqaisədə 1,3 faiz artaraq 54,1 mln sərnişin-km təşkil  etmişdir.

► 2022-ci  ilin yanvarın 1-i vəziyyətinə rayonda bütün nəqliyyat  növləri  üzrə

cəmi 13143 ədəd avtomobil mövcud olmuşdur. Onlardan 1502 ədədini (11,4 faiz) yük avtomobilləri, 64 ədədini (0,5 faiz) xüsusi təyinatlı avtomobillər, 300 ədədini

(2,3 faiz) avtobus, 11222 ədədini isə (85,4 faiz) minik avtomobilləri təşkil edir. Şəxsi minik avtomobilləri cəmi avtomobillərin 84,7 faizini və ya 11138 ədəd olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 4,8 faiz çoxdur.

        Rayon üzrə avtomobillərin sayında əvvəlki il ilə müqayisədə 4,3 faiz artım müşahidə olunmuşdur.  Ondan yük avtomobilləri üzrə 1,8 faiz, avtobuslar  üzrə  4,5  faiz,   minik   avtomobilləri  üzrə  4,7 faiz çox, xüsusi təyinatlı avtomobillər üzrə isə 3,0 faiz  azalma olmuşdur.

► Hazırda hər 1000 nəfərə düşən avtomobillərin sayı 101 ədəd, hər 100 ailəyə düşən şəxsi minik avtomobillərin sayı isə 46 ədəddir. Keçən illə müqayisədə bu göstərici müvafiq olaraq 4,1 faiz və 4,5 faiz artmışdır.

 

AQRAR SAHƏSİ ÜZRƏ

 

► Hesabat dövründə ümumilikdə 109,5 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da əvvəlki ilə nisbətən 5,3 faiz çoxdur.

► 2021-ci ilin məhsulu üçün rayonda 6680,4 hektar buğda, 5340,6 hektar arpa əkilmişdir. Buğda məhsulu 241830 ton olmaqla 36,2 sentiner, arpa məhsulu 155515 ton olmaqla məhsuldarlıq 29,1 sentiner olmuşdur. Taxıl istehsalı keçən ilə nisbətən 2,7 % artaraq 39734,5 ton olmuşdur. 16580 hektar təzə yonca biktisi və digər kənd təsərrüfatı bitkiləri əkilib becərilmişdir.

► 2021-ci ildə iribuynuzlu mal-qaranın baş sayı 67713 olmuşdur. Bundan 28490 başı ana maldır. 2021-ci ildə 2020-ci ilə nisbətən xırda buynuzlu mal–qaranın sayı 1534 baş artaraq 174513 baş olmuşdur. Hesabat ilində quşların sayı 12 baş artaraq 455896 baş olmuşdur.

► 2021-ci ildə 9076,4 ton ət, 37351,9 ton süd, 17910 min  ədəd yumurta və 342,4 ton yun ishehsal olunmuşdur. Keçən ilə nisbətən ət istehsalı 53,2 ton, süd istehsalı 117,5 ton, yumurta istehsalı 14 min ədəd, 0,8 ton yun çox olmuşdur.

► Azərbaycan Respublikası regionların 2019-2023-cü illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramın”da nəzərdə tutulmuş smeta dəyəri 1.9 milyon manat olan 6 kəndin 2660 hektar əkin sahəsini suvarma suyu ilə təmin edən başlanğıcını Yuxarı Şirvan kanalından götürən R2a kanalında əsaslı təmir və yenidən qurma işləri başa çatmışdır. “Dövlət Proqramı” çərçivəsində rayonun Rüstəmli kəndində 1 ədəd, Hacımahmudlu kəndində 1 ədəd, Qaramanlı kəndində 1 ədəd və Malbinəsi kəndində 1 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilmişdir.

Yevlax rayonunda 155 ədəd hidrotexniki qurğularda və 20 ədəd nasos stansiyalarında cari təmir işləri aparılmışdır. 15 km beton və asma nov kanallarda, 3 km boru kəmərlərində cari təmir işləri aparılmışdır. 2021-ci ildə Salahlı kəndində 1000 metr beton kanalda əsaslı təmir işləri aparılmışdır. 9 ədəd elektirik mühərriki əsaslı təmir edilmişdir. Nemətabad və Səmədabad kəndlərində 2 ədəd təsərrüfatlara xidməti yollar üçün tikilmiş körpü əsaslı təmir olunmuşdur. 600 km uzunluğunda suvarma və kollektor-drenaj şəbəkələri mexanizmlərlə lildən təmizlənmişdir.

►Rayonda 2021-ci ildə 2327,6 hektarda pambıq əkilmiş, 7326,32 ton pambıq istehsal olunmuşdur və məhsuldarlıq 31,4 sentiner olmuşdur. Baramaçılığın inkişafı məqsədi ilə mühüm vəzifələr qarşıya qoyulmuş, 2021-ci ildə rayonda 1800 ədəd tut tingi əkilmişdir. Mövsüm ilində icra nümayəndələri və bələdiyyələr baramaçılarla işi nəzarətdə saxlamalı, əhalinin məşğulluğunun və gəlirlərinin artırılması üçün bu vacib sahənin inkişafına nail olmalıdırlar. 

►Rayonun Aran bələdiyyəsinin ərazisində 2855,0 hektar əkin sahəsində Aqropark yaradılmışdır. Həmin ərazilərdə müasir infrasturuktur yaradılır. Yuxarı Qarabağ kanalının sahilində nasos stansiya binası tikilmiş, 6 ədəd aqerqat  630 kvt x 6 = 3800 kvt(D 2000 100 2A, n 980 d/dəq gücündə qurlaşdırılmışdır.  

35/6 Kv luq və 6/04 Kv luq gücündə transformatorlar qurlaşdırılmışdır.

Pilot aqroparkın fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlərin görülməsi İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Sumqayıt Kimya Sənaye Parkı" MMC yə həvalə edilmişdir.

Aqroparkın 2855 hektar əkin sahəsi  "Sumqayıt Kimya Sənaye Parkı" MMC yə icarəyə verilmişdir.

Pilot aqropark layihəsinin konsepsiyası (əkinçilik, infrastruktur, emal sahəsi üzrə ayrılıqda olmaqla) hazırlanmış və  ərazidə mövcud olan infrastrukturun təhlili aparılmışdır.

Aqroparkda əkin planlamasının həyata keçirilməsi məqsədilə torpaqların analizi və skaneri və topoqrafiya və geodeziya işləri, mühəndis geoloji axtarış işləri aparılmışdır.

Torpaq analizlərinin nəticələri və iqlim məlumatlarının təhlilinə uyğun olaraq əkiləcək bitkilər müəyyən olunmuş və həmin bitkilərin əkilməsi ilə bağlı parsellərin bölgüsü aparılmışdır.

Dövlət Məşğulluq Agentliyi ilə birgə özünüməşğulluq proqramı çərçivəsində 60 aztəminatlı ailənin ailə fermer təsərrüfatına çevrilməsi məqsədilə 60 ha ərazidə sosial bağların salınması üzrə 22.10.2021 ci il  tarixdə Memorandum imzalanmışdır.

3 dekabr 2021 ci il tarixdə "Yevlax Pilot Aqropark"ın rəmzi açılışı tədbiri keçirilmişdir. Daha sonra aqroparkın ilk rezidentinin meyvə bağında sahibkarlarla birlikdə ağaclar əkilmişdir.

Hazırda pilot aqroparkın layihələndirmə işləri yekunlaşdırılmış, dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.

Layihə konspesiyası çərçivəsində klaster fəaliyyətinin qurulması hesabına müasir aqrar sənaye kompleksinin yaradılması istiqamətində işlər davam etdirilir.

        ►"Azərşəkər" MMC yə icarəyə verilmiş 2000,0 hektar əkin sahəsində fəaliyyətini davam etdirərək yeni infasturukturlar yaradır. Belə ki, dövlət vəsaiti hesabına 30 milion 200 min manat, müəssisə tərəfindən isə 27 milion 723 min 443 manat investisiya qoyulmuşdur. Hazırda bu istiqamətdə işlər davam edir.

         ►"Azərşəkər" MMC də diametri 1200 mm 17 km metal boru su xətti çəkilmişdir. Ərazidə torpaq işləri başa çatmış sel sularının ötürülməsi üçün 7 km beton kanal tikilmiş və 100 min m3 olan beton sututarın tikilib təhvil verilmişdir.

2000,0 hektar torpaq sahəsində 39 ədəd müasir suvarma sistemi yağış yağdırma (pivot) qurğuları quraşdırılmışdır.

"Azərşəkər" MMC-yə Amerika, Almaniya, İtaliya, Fransa, İspaniya, Türkiyə və Rusiya istehsalı olan texnikalar alınmışdır.

          Ərazidə Mərkəzi bazanın tikintisi yekunlaşmaq üzrədir.

          Eyni zamanda "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin icarəsində olan 500,0 hektar torpaq sahəsinə ”Azərşəkər” MMC tərəfindən “müqavilə əsasında”  10 ədəd pivot qurğusunun quraşdırılmasına başlanılmışdır.  Pivot qurğularının quraşdırılması işləri 2022-ci il yaz əkinlərinə kimi planlaşdırılmışdır.

          İslam İnkişaf bankının xətti ilə icra olunan Kürəkçay Həmənli Hərbi hissə xəttində 35 kVA lıq iki dövrəli,   L=16000 m olan elektrik xəttində və yarımstansiyada yenidən qurma işləri tamamlanmışdır. Həmənli yarımstansiyasından Qarabağ kanalının üzərindəki məhsuldarlığı 2 m3/san olan nasos stansiyasının tikintisi və energetik işləri tamamlanmış, yaxın zamanlarda nasos stansiyasının işə buraxılması planlaşdırılır.

         Həmənli yarımstansiyasından sahə daxili nasos stansiyasının və 39 ədəd pivotun qidalanması üçün uzunluğu 28 km olan bir dövrəli 35 kKV lıq hava xətti quraşdırılmışdır. 4 MVT gücə malik yarımstansiyanın inşaat və energetik işləri tamamlanmış və istismara hazırdır. Sahədə pivotların  enerji təminatı tam icra olunub.

         Hazırda “Azərşəkər” MMC tərəfindən 1412 ha Pivot altı ərazidə taxil əkilmişdir.

 

 

ƏRAZİ İDARƏETMƏ VƏ BƏLƏDİYYƏLƏRLƏ

İŞ SAHƏSİNDƏ

 

► Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 2 qəsəbə, 46 kənd yaşayış məntəqəsi vardır. 21 inzibati ərazi dairəsi, 29 bələdiyyə fəaliyyət göstərir.

► 01 yanvar 2021-ci il tarixə rayonun əhalisi 131 min 24 nəfər təşkil etmişdir. İl ərzində əhalinin sayı 1957 nəfər artmışdır. Əhalinin keçən ilə nisbətən artımı əsasən doğuşların və şəhərə gələnlərin sayının artması hesabına olmuşdur. 2021-ci ildə 626 nigah bağlanmışdır. 1564 uşaq doğulmuşdur.

► Qeyd etmək lazımdır ki, bəzi qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin və bələdiyyələrin fəaliyyəti tələb olunan səviyyədə deyildir. Bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına lazımı nəzarət təmin edilməmişdir. Torpaq mülkiyyətçiləri, istifadəçiləri ilə pambıq əkini aparılması üçün iş aparılmalıdır. Xüsusilə əkin yerlərindən başqa məqsədlər üçün istifadə olunması halları çoxdur. Əkin yerlərindən biçənək kimi istifadə olunması halları xüsusilə qeyd olunmalıdır.  Bələdiyyələr tərəfindən vergi və rüsumların yığılması üçün lazımi iş aparılmır ki, bu da onların büdcəsinə mənfi təsir edir. Vətəndaşların problemlərinin öyrənilməsi və onların müraciətlərinə baxılması işi həmişə lazımi səviyyədə olmur. Ona görə də bəzən xırda məsələlərlə əlaqədar vətəndaşlar Şəhər İcra Hakimiyyətinə və ya yuxarı orqanlara müraciət edirlər. Odur ki, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər və bələdiyyələr əhalini narahat edən problemləri ilə ciddi məşğul olmalı və öz işlərində dönüş yaratmalıdırlar. Vətəndaş-məmur münasibətlərində hər bir vəzifəli şəxs diqqətli olmalıdır.

►  Onuda qeyd etmək lazımdır ki, nümayəndə və bələdiyyələr COVİD-19 pandemiyası ilə əlaqədar ərazilərdə əhali ilə müntəzəm təbliğat işləri aparmışlar. Əhalinin qoruyucu vasitələrdən istifadə etmələrinə tövsiyə etmişlər. Hal-hazırda da bu işlər davam edir.

► Şəhər İcra Hakimiyyəti Başçısı aparatı ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrlə, bələdiyyələrlə lazımi iş aparmalı, onların fəaliyyətinin daha da yaxşılaşdırılması üçün tələbkarlığı artırmalıdır.

 

TİKİNTİ-QURAŞDIRMA, ABADLIQ SAHƏSİNDƏ

 

► Nizami prospekti 19 ünvanında qəzalı evlərdə yaşayan ailələrin mənzil komunal şəraitlərinin yaxşılaşdırılması məqsədilə Şəhərin Heydər Əliyev prospekti 11 ünvanında 2017-ci ildə 45 mənzilli yaşayış binasının inşaasına başlanılmış, 2020-ci ildə son tamamla işlərişləri aparilaraq 15 fevral 2021-cı il tarixdə Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən obyektin istismarına icazə verilmişdir. Hazırda əhalinin 45 mənzilli yaşayış binasında olan mənzillərə köçürülmüşdür.

► Rayonun iki kəndində uzunluğu 4.3 km olan Qaraoğlan və uzunluğu 3,2 km olan Quşçu kəndlərinin giriş və kəndarası avtomobil yollarının əsaslı təmiri başa çatdırılmışdır.

► Şəhər ərazisində 4 ədəd o cümlədən, Nizami prospektində 2 ədəd, Füzuli küçəsində 2 ədəd olmaqla sahibkar ticarət obyektlərinin tikintisinə icazə verilmişdir.

► Ümumi sahəsi 41287 kv metr olan 3 küçədə C.Cabbarlı, M.V.Vidadi və M.Əliyev küçələrində əsaslı yol tikintisinə başlanılmış və küçələrin təmir işləri başa çatdırılmışdır.

► Ümumi sahəsi 3060 kv.metr olan Uşaq Əyləncə parkında tikinti işləri başa çatdırılaraq əhalinin istifadəsinə verilmiş və istirahətini təmin edən infrastruktur qurulmuşdur. Uşaq Əyləncə parkında 550 paqon metr səki daşları düzülmüş, 1780 kv.metr tamet plitəsi döşənmiş, 153 kv.metr istinad divarı çəkilib, suvanıb və rənglənmiş, 517 kv.metr aqlay işləri görülmüşdür. Ərazidə yeni uşaq əyləncə sağlamlıq qurğuları, 19 işıqlandırma sistemi və monitor quraşdırilmışdır. Parkın 600 kv.metr  ərazisidə yaşıllıq sahəsi salınmış və 60 ədəd dekorativ ağaclar və gül kolları əkilmişdir.

► "Bizim həyət" layihəsi çərçivəsində şəhərin Heydər Əliyev prospekti 10 saylı binanın həyətində sahəsi 1,0 hektar olan ərazisində abad həyət salınmışdır. Abad həyətdə 465 paqon metr səki daşları düzülmüş, 898 kv.metr tamet plitəsi döşənmiş, 1773 kv.metr əraziyə asfalt örtüyü, 112 kv.metr  əraziyə yaşıllıq sahəsi salınmış və 30 ədəd dekorativ ağaclar əkilmişdir. Abad həyətdə uşaqların əylənməsi üçün karusel və idman qurğuları, söhbətgah və oturacaqlar, açıq havada şahmat meydançası, tullantılar üçün qutular fitbol meydançası quraşdırılmış və meydançaya 180 kv.metr süni ot örtüyü salınmışdır. Abad həyətdə 5 ədəd yeni müasir işıqlandırma dirəkləri quraşdırılmışdır.

► 2021-ci il də şəhərin Q.Quliyev küçəsində yerləşən 14 və 24 saylı beşmərtəbəli, 4 və 7 saylı ikimərtəbəli olmaqla yaşayış binaların fasadlarının təmir olunması işləri yekunlaşmışdır.

► Dövlət proqramı çərçəvəsində Təhsil Nazirliyi tərəfindən Qoyunbinəsi kəndində yeni 432 şagird yerlik tam orta məktəb binasınin tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. Bu il keçid obyekləri olaraq şəhər 5 nömrəli 960 şagird yerlik məktəb binasının tikintisi gündəmdədir. Tikinti işlərini Dövlət proqramı çərçəvəsində Təhsil Nazirliyi tərəfindən həyata keçirilməlidir.

► 2003-2018-ci illərdə 22 məktəb binası inşa edilmiş, 7-si əsaslı təmir olunmuş, 1 modul tipli məktəb quraşdırılmışdır. Cari ildə rayonun Ərəbbəsrə kəndində 96 şagird yerlik modul tipli məktəb binası tikilmişdir.

► Şəhər 6 saylı körpələr evi-uşaq baxçasının əsaslı təmir işləri başa çatdırılmış və istifadəyə verilmişdir. 8 saylı körpələr evində təmir işlərinə başlanılmışdır.

 

 

İNFRASTRUKTURUN YAXŞILAŞDIRILMASI

 

İçməli su təminatı

 

        ►Yevlax Sukanal sahəsi rayon mərkəzi, Qaçqınlar və məcburi köçkünlər üçün tikilmiş qəsəbə, İravanlı qəsəbəsi və Yuxarı Qarxun kəndi daxil olmaqla ümumilikdə 9578 abonentə xidmət edir. Bundan 9338 abonent əhali 240 abonent qeyri əhali kateqoriyasına aiddir.

       ► 2004-2021-ci illərdə şəhərdə 51.8 km, kəndlərdə 299.4 km, cəmi 351.2 km paylayıcı su xəttləri çəkilmişdir. Kür çayı sahilində şəhərə su vuran nasos stansiyası tikilmişdir. 530 mm-lik boru ilə 3.1 km xətt çəkilmişdir.

        ►2004-2021-ci illərdə rayonun 28 kəndində 30 ədəd içməli su təmizləyici qurğu quraşdırılmış və 455 ədəd bulaq tikilmişdir.

        ►Sukanal idarəsi tərəfindən əhaliyə xidmət göstərmək üçün 26 ədəd artezian və subartezian quyuları vardır. Bunun 10-nu artezian, 16-sı isə subartezian quyusudur.

 

Elektrik enerjisi təminatı

           

         ►Şəhərdə və rayon ərazisində əhalinin və istehsalat sahələrinin fasiləsiz və dayanıqlı elektrik enerjisi  ilə təmin olunması həyata keçirilmişdir.

► Yevlax rayonunda 2021-ci il ərzində 164202 mln.kvt/s elektrik enerjisi istehlak olunmuş, texniki itki nəzərə alınmaqla faydalı enerjinin sərfiyyatı 148,111 mln.kvt/s, enerjinin dəyəri 12,504 mln.manat  olmuşdur. Ümumi yığım faizi  98,21% təşkil etmişdir.

►2021-2022-ci illərin tədbirlər planında nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi üçün şəbəkənin balansında olan 35/10/6-0,4kV-luq EVX-lərdə, y/st-larda əsaslı və cari təmir işləri aparılmışdır.

35/10kV-luq Kövər, 35/10kV-luq JBİ, 35/10kV-luq Y.Bucaq, 35/10kV-luq Qaraməmmədli və 35/6kV-luq Kövər-Nasos y/st-da tr-orlar, Y/A-larında  əsaslı təmir işləri aparılmışdır.

10kV-luq III-Kənd, 10kV-luq II-Fider, 10kV-luq III-Şəhər, 10kV-luq II-Kənd, 6kV-luq 13-Fider, 6kV-luq Meyvəli, 10kV-luq Nemətabad h/x-də 98 ədəd dayaqlar yeni d/beton dayaqlarla əvəz olunmuş, h/x-lərinin mühafizə zonasında olan yaşıl kütlə təmizlənmiş, əyri dayaqar düzləndirilmiş, sallaq naqillər tarımlanmışdır.

262 ədəd 10/6-0,4kV-luq KTM-lərdə əsaslı və cari təmir işləri aparılmış,15 ədəd zədəli tr-orlar yenisi ilə əvəz olunmuşdur.

Dövlət Proqramı çərçivəsində elektrik enerjisinin təchizatının yaxşılaşdırılması sahəsində şəbəkə tərəfindən ardıcıl olaraq işlər aparılır. Belə ki, Nemətabad kəndində 0,4kV-luq şəbəkənin yenidən qurulması üçün 30 ədəd metal dayaq quraşdırılmış, 1,5km uzunluğunda SİP kabel xətti çəkilmişdir. Yuxarı Qarxun kəndində 95 ədəd 0,4kV-luq metal dayaq, 1 ədəd 250kVA gücündə KTM  quraşdırılmış, 2500 metr SİP 4x35 markalı kabel xətti çəkilmişdir.

►2021-ci il ərzində “ASAN Xidmət” Mərkəzi tərəfindən verilmiş texniki şərtlərə əsasən  201 ədəd əhali, 32 ədəd qeyri-əhali istehlakçılarına yeni sayğac quraşdırılmış, 1500 ədəd köhnə tipli sayğaclar müasir tipli sayğaclarla əvəz olunmuşdur.

Yevlax EŞ-nin xidmət ərazisində yanğın baş verə biləcək bütün halların qarşısının alınması məqsədi ilə 10/6/0,4kV-luq bütün TM-lərin ətrafı alaq otlarından, 35/10/6-0,4kV-luq EVX-lər yaşıl kütlədən təmizlənmiş, əyri dayaqlar düzləndirilmiş, sallaq naqillər tarımlanmışdır. Bu kimi işlər mütəmadi olaraq davam etdirilir.

      Bundan sonra da elektrik enerjisi təchizatının yaxsılaşdırılması sahəsində məqsədyönlü işlər davam etdiriləcəkdir.

 

Təbii  qaz  təminatı

 

► Yevlax rayonunun 50 yaşayış məntəqəsi təbii qazla təmin olunmuş və beləliklə rayonun qazlaşdırılması tam başa çatmışdır.

2021-ci ilin yekunlarına görə 6918 abonentin qaz sayğacları yeni sayğaclarla əvəzlənmişdir. Bundan əlavə 3708 ədəd sayğaclarda yaranmış qaz sızmaları ləğv edilmişdir. Fərdi qaydada 349 abonentə layihə əsasında yeni qaz xətləri çəkilərək qazın verilişi təmin olunmuşdur, 22 abonentin qaz təchizatı yenidən bərpa olunmuşdur.

2021-ci il ərzində ümumilikdə 57 milyon 291 min 751 m3 təbii qaz qəbul edilmişdir ki, bundan əhaliyə satılmış təbii qazın miqdarı 42 milyon 963 min 515 m3, sənaye müəssisələrinə satılmış təbii qazın miqdarı isə 9 milyon 436 min 544 m3 təşkil etmişdir. Əhali sektorundan daxil olan vəsaitin həcmi 5 milyon 982 min 737 manat, qeyri-əhali sektorundan daxil olan vəsaitin həcmi isə 1 milyon 838 min 656 manat olmuşdur.

►Əhali üzrə abonentlər tərəfindən  2 milyon 929 min manat ödəniş olmuşdur ki, bu da 128,4 faiz təşkil edir.

►Su kanal idarəsinin, Kommunal Təsərrüfatı İstehsalat Birliyinin, Elektrik şəbəkəsinin, Qaz İstismar sahəsinin rəhbərləri payız qış mövsümünün müvəffəqiyyətlə keçirmək üçün lazım olan tədbirləri görməlidirlər. 

 

RABİTƏ XİDMƏTLƏRİ

 

► Əvvəlki illərə nisbətən əhaliyə göstərilən rabitə xidmətlərinin səviyyəsi və həcmi artmışdır.

► 2021-ci ildə informasiya və rabitə müəssisələri tərəfindən göstərilmiş xidmətdən əldə olunan gəlirin həcmi əvvəliki il ilə müqayisədə 7,5 faiz çox və ya 1799,3 min manat olmuşdur. Xidmətlərinin 89,2 faizi bilavasitə əhaliyə göstərilmişdir.

► Belə ki, 2021-ci ildə "AZTELEKOM" MMC-nin Mərkəzi Aran Regional Filialının Yevlax şöbəsi tərəfindən 2021-ci ildə əhaliyə göstərilən  rabitə xidmətinin yaxşılaşdırılması sahəsində ardıcıl işlər aparılmışdır.

MARF-ın Yevlax şöbəsində 2021-ci il ərzində 2 milyon 107 min 6 yüz manatlıq rabitə xidməti göstərilmişdir. 174 yeni telefon və 2060 yeni internet istifadəçisi şəbəkəyə qoşulmuşdur.

Qarabağ Vətən müharibəsi iştirakçıları, şəhid ailələri və qazilərin müraciətlərinə baxılmış, telefon xəttləri zədəli olanların xəttləri bərpa edilmişdir. Şəhid ailələrinə ümumilikdə 54 yeni internet xidməti göstərilmişdir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Heydər oğlu Əliyevin göstərişi ilə Smart City and Smart Village (Ağıllı kənd və rayon) layihəsi prinsiplərinə uyğun Yevlax şəhərində rabitə xidmətlərinin yüksək keyfiyyəti, dayanıqlığı üçün GPON (optik xidmət) layihəsinin icrası ilə bağlı surətli və həmçinin keyfiyyətli işlər görülməkdədir.

 

  TƏHSİL SAHƏSI ÜZRƏ: 2021–ci il

 

 

►Yevlax rayonunda 57 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələrindən 42-si tam orta,  7-si ümumi orta, 7-ci ibtidai məktəbdir. Ağqıraq kənd ibtidai məktəbində şagird sayı azaldığından 2020-ci il sentyabr ayından fəaliyyəıtini müvəqqəti dayandırılmışdır. Ümumtəhsil müəssisələrində 17039 şagird təhsil alır. Həmin şagirdlərin təlim-tərbiyəsi ilə 2217  müəllim məşğul olur.

► Azərbaycan Respublikası Təhsil Nazirliyinin 06.08.2020-ci il tarixli F-362 nömrəli əmrinə əsasən Hacımahmudlu kənd ümumi məktəbi 2020-2021-ci tədris ilinin sentyabrından tam orta məktəb kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17.10.2021-ci il F-534 nömrəli əmri ilə Duzdaq qəsəbə ibtidai məktəb 2021-2022-ci tədris ilinin II yarımilindən ümumi orta məktəb kimi fəaliyyətini davam etdirməyə başlamışdır.

► Hesabat ili ərzində R.Rzayev adına Qoyunbinəsi kənd tam orta məktəbi 2020-ci ilin iyun ayından sökülərək yenidən  2 mərtəbəli yeni məktəb binası inşa edilmişdir. Məktəb 432 yerlikdir. Məktəbin yeni binası müasir standartlara cavab verən avadanlıqlarla təchiz edilmişdir. Yeni məktəb binası 15 sentyabr 2021-ci ildə istifadəyə verilmişdir.

► Xaldan kompleks kənd tam orta məktəb 2021-ci ilin noyabr ayından əsaslı təmir edilir. Ümumilikdə 15 məktəbin yeni binaya, 13 məktəbin isə əsaslı təmirə ehtiyacı vardır.

► 2020-2021-ci tədris ilində isə 1397 nəfərdən 1346 nəfəri buraxılış imtahanında iştirak etmişdir. 

► Buraxılış imtahanlarının nəticələrinin təhlilinə əsasən 2019-2020-ci tədris ilində Yevlax rayonu ümumi respublika reytinq cədvəlində 60-cı yerdə olduğu halda 2020-2021-ci tədris ilində 8 pillə irəlliyərək 52-ci yerdə qərar almışdır

► Pandemiya şəraitində tədrisin təşkili 2020-2021-ci illərində tədris Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 avqust 2020-ci il, 312 nömrəli və 10 sentyabr 2020-ci il 332 nömrəli Qərarları ilə pandemiya qaydalarına uyğun təşkil edilmişdir. I-IV siniflərdə tədris 15 sentyabrdan əyani, V-IX siniflərdə (distant) 1 oktyabrdan əyani X-XI siniflərdə (distant) 15 oktyabrdan 2020-ci il tarixdən olaraq başlamışdır.

Yevlax rayon Nəmərli kəndində internetin olmaması ilə bağlı şagirdlər teledərslərə yönəldirilmişdir.

“Virtual məktəb” platformasına qoşula bilməyən şagirdlər teledərslərə yönəldirilir və ya “Whats app” proqramı vasitəsilə dərslər təşkil edilmişdir.

► Bütün dünyanı bürüyən və ölkəmizdən yan keçməyən tədrisin təşkilində maneələr yaradan Covid-19 virusunun qarşısının alınması məqsədilə təşkil edilən vaksinasiya  prosesi təhsil işçiləri arasındada geniş təbliğ olunmuşdur. Təhsil əmrinə əsasən 2021-2022-ci tədris ilində tədrisin əyani formada təşkil edilməsi üçün təhsil işçilərinin vaksin olunması mütləqliyi Yevlax Şəhər Təhsil Şöbəsinin əməkdaşları tərəfindən məktəb rəhbərlərinə və müəllim kollektivinə çatdırılmışdır. Mütəmadi aparılan təbliğatı söhbətlərə əsasən Yevlax Şəhər Təhsil Şöbəsi tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində çalışan pedaqoji və texniki işçi heyyətin 98% - I doza, 96% - II doza, 96% III buster dozası vurulmuşdur.

 

 

Səhiyyə sahəsi üzrə : 2021- ci il

 

►   İl ərzində Yevlax rayon Mərkəzi Xəstəxanası və Ailə Sağlamlıq Mərkəzlərində əhaliyə yüksək tibbi xidmət göstərilməsi sahəsində bir sıra işlər görülmüşdür.

► İlkin məlumatlara əsasən 2022-ci ilin əvvəlinə Yevlax rayon səhiyyəsində 145 həkim, 290 orta tibb işçisinin çalışdığı 1 xəstəxana 1 ambulator-polliklinika və ailə sağlamlıq mərkəzləri fəaliyyət göstərir və əhalinin 10 min nəfərinə orta hesabla 11 həkim, 22,2 orta tibb işçisi düşür.

►  İl ərzində Yevlax Rayon üzrə ambulator tibb müəssisələrinə ümumi (profilaktik müraciətləri daxil etməklə 308725 müraciət olmuşdur. Bu müddət ərzində Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayı 12809 nəfər olmuşdur.

Xəstəxanada 1062 cərahiyyə əməliyyatı baş tutmuşdur. Xəstəxananın “Tibbi Göndərişlərə Nəzarət Komissiyası” nın rəyi əsasında özələ  xəstəxanalara 1082 nəfər, dövlət xəstəxanalarına 3298 nəfər, PHŞ-yə 1652 nəfər xəstəyə müalicə üçün göndəriş verilmişdir. Xəstəxanada 559 uşaq doğulmuş, ana ölümü halı baş verməmişdir.

2021-ci ildə qəbul olan xəstələrin sayı 4259 nəfər olmuşdur. Stasionarda ölənlərin sayı 42, evdə ölənlərin sayı 847 nəfər olmuşdur.

 

Mədəniyyət sahəsi üzrə: 2021- ci il

 

► 2021-ci ildə Yevlax rayonunda 40 klub, 45 kütləvi kitabxana və 2 muzey fəaliyət göstərmişdir.

► Kütləvi kitabxanalarda kitab fondu 473,1 min nüsxə olmuş və orta hesabla 1000 sakinə 3625 nüsxə kitab düşür.

 

Gənclər siyasəti üzrə: 2021-ci il

 

►18.10.2021 – 18 oktyabr Müstəqilliyin Bərpası gününə həsr olunmuş “Qarabağ Azərbaycandır” mövzusunda rəsm - əl işlərindən ibarət müsabiqə

► 06.11.2021 – 8 noyabr “Zəfər günü”nə həsr olunmuş rayon gənclərinin rəqs, bayraq fləş-mobu, vətən müharibəsi qaziləri və Azərbaycan bayrağı ilə Zəfər yürüşü tədbiri

► 04.11.2021 -  8 noyabr “Zəfər günü”, eləcə də Vətən müharibəsində şanlı qələbəmizin birinci ildönümü münasibəti ilə “Möhtəşəm  qələbəmiz tariximizin zəfər salnaməsidir!” devizi altında tədbir

Rayon gəncləri arasında ideya-siyasi və fiziki tərbiyənin təşkili sahəsində Yevlax Şəhər Gənclər və İdman İdarəsi tərəfindən 2021-2022-ci illər ərzində idman sahəsi üzrə ümumi 32 tədbir keçirilib.

 

Mətbuat : 2021-ci il

 

► Ölkə Başçısı cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin təbliği “Kür” qəzetinin prioritet istiqamətini təşkil etmişdir.

►İlin əvvəlindən  Şəhər  İcra Hakimiyyəti Başçısının keçirdiyi səyyari qəbullardan, daha sonra pandemiya ilə əlaqədar onlayn formatda keçirdiyi qəbul və görüşlərdən,  əhali tərəfindən qaldırılan problemlərdən, onların həlli istiqamətində görülən tədbirlərdən qəzetdə müntəzəm olaraq məlumatlar dərc edilir, geniş yazılar verilir.

2021-ci il ərzində “Kür”qəzetinin pandemiya ilə əlaqədar olaraq 22 nömrəsi işıq üzü görmüşdür.

“Kür”qəzetinin baş redaktoru, Respublikanın əməkdar jurnalisti Əminə Yusifqızı “Medianın İnkişaf Dövlət Agentliyi” publik hüquqi şəxsin keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsində “ən yaxşı köşə yazısı” nominasiyası üzrə I yerin qalibi olmuşdur.

 

İCTİMAİ TƏŞKİLATLAR VƏ SİYASİ

PARTİYALARLA İŞ SAHƏSİNDƏ : 2021-ci il

 

► Azərbaycan Respublikası Prezidentinin xalqımızın xoşbəxt rifahı naminə həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin yerlərdə təbliği, ölkə Prezidentinin nitqlərinin öyrənilməsi, fərman və sərəncamlarından irəli gələn vəzifələri, ölkənin ictimai-siyasi həyatında baş verən prosesləri ictimaiyyətin bütün təbəqələrinə daha dərindən və ardıcıl şəkildə çatdırılması məqsədilə Şəhər İcra Hakimiyyətinin rəsmi saytında və facebook səhifəsində müntəzəm olaraq yazılar yerləşdirilir.

► 2021-ci ildə rayon ərazisində ictimai-siyasət vəziyyət sabit olmuşdur.

►Hazırda rayon ərazisində 11 siyasi partiya fəaliyyət göstərir. Yeni Azərbaycan Partiyasından başqa bu partiyalardan heç birinin qərargahı yoxdur.

Rayon ərazisində dini duruma nəzarət “Dini Etiqat Azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq tənzimlənmişdir.

► Hazırda Yevlax şəhərində, qəsəbə və kəndlərdə 21 məscid var ki həmin məscidlərdən 16-sı fəaliyyət göstərir. 2021-ci ilin ilk ayından COVİD-19 pandemiyası ilə əlaqədar olaraq məcidlərin fəaliyəti müvəqqəti olaraq dayandırılmışdır. Məscidlərin fəaliyyətinin dayandırılmasına, dini ayinlərin icra olunmamasına baxmayaraq aidiyəti qurumlarla birgə mütəmadi olaraq məscidlərdə monitorinqlər təşkil edilir. Bu monitorinqlər zamanı hər hansı fəaliyyət göstərən məscid aşkar edilməmişdir.

► Ötən müddət ərzində rayon ərazisində dini və milli zəmində heç bir münaqişə baş verməmişdir.

►Rayon ərazisində heç bir qeyri–islam dini icması, dini ayrı–seçkiliyi təbliğ və təşviq edən qruplar yoxdur. Qeyri–hökumət təşkilatlarının və siyasi partiyaların dini məsələlərə müdaxilə halları müəyyən edilməmiş, xarici missioner təşkilatlarının və nümayəndələrinin fəaliyyətinə yol verilməmişdir.

  

  

HÜQUQ MÜHAFİZƏ, QEYDİYYAT VƏ HƏQİQİ HƏRBİXİDMƏTƏ ÇAĞIRIŞ SAHƏSİNDƏ

 

► 2021-ci ildə hüquq mühafizə orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, onun profilaktikası və qanunçuluğun möhkəmləndirilməsi istiqamətində də bir sıra işlər görülmüş, bu məqsədlə kompleks əməli tədbirlər həyata keçirilmişdir.

► İl ərzində Yevlax şəhəri və rayonu ərazisində 407 (2020-ci ildə 272 olub) cinayət hadisəsi qeydə alınmış, cinayətlərin açılması faizi 96,9 % təşkil etmişdir. 2020-ci illə müqayisədə qeydiyyata alınmış cinayətlərin sayı 112 cinayət hadisəsi artmışdır. Hesabat dövründə qeydə alınmış cinayətlərin 61-i ağır və ya xüsusi ilə ağır cinayətlər təşkil etmişdir. Şəxsiyyət əleyhinə olan cinayətlərin sayı 82 olmuşdur. 2020-ci illə müqayisədə 112 fakt artmışdır, açılmalar 96,9% təmin edilmişdir.

► 2021-ci ildə narkotiklərin qanunsuz dövrüyyəsinə qarşı mübarizə sahəsində 154 cinayət faktı aşkar edilmişdir ki, 2020-ci illə müqayisədə bu sahədə baş vermiş cinayətlərin sayı 61 fakta artmışdır.

► 2021-ci ildə 626 nikah bağlanmış, 243 boşanma halı qeydə alınmışdır. Yevlax rayon qeydiyyat şöbəsi, Şəhər İcra Hakimiyyəti Başçısının  sahə, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, eləcə də ağsaqqallar, ziyalılar tərəfindən boşanma hallarının azalması üçün yerlərdə əhali arasında, xüsusən gənc ailələrlə mütəmadi olaraq maarifləndirmə tədbirlərinə diqqət artırılmalıdır.

► 2021-ci ildə Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsi tərəfindən 529 nəfər gənc həqiqi hərbi xidmətə göndərilmiş, gənclərin hərbi xidmətə göndərilməsi tapşırığına artıqlaması ilə əməl olunmuşdur. 

 

     SƏNƏDLƏRLƏ VƏ VƏTƏNDAŞLARIN

      MÜRACİƏTLƏRİ İLƏ İŞ ŞÖBƏSİNDƏ

 

► Hesabat ilində Şəhər İcra Hakimiyyətində, idarə, müəssisə və təşkilatlarda vətəndaşların qəbulu, onların təklifi, ərizə və şikayətlərinə baxılmasına diqqət artırılmışdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tövsiyyələrinə uyğun olaraq əhalinin yerlərdə qəbuluna xüsusi diqqət yetirilir.

► 2021-ci ildə Şəhər İcra Hakimiyyətində 1321 nəfər vətəndaş qəbul edilmişdir ki, onlardan 644 nəfəri  Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən qəbul edilmişdir.

Vətəndaşlar tərəfindən qaldırılmış məsələlərin əksəriyyəti yerlərindəcə həll edilmiş, qalanların icrası isə nəzarətə götürülərək həll olunmuşdur. Şəhər İcra Hakimiyyətində “qaynar xətt” yaradılmışdır.

► 2021-ci ildə dövlət orqanlarından və digər qurumlrdan Şəhər İcra Hakimiyyətinə 762, o, cümlədən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 611, Milli Məclisdən 32, Nazirlər Kabinetindən 36, digər qurumlardan isə 83 müraciət daxil olmuşdur. Vətəndaşlardan birbaşa Şəhər İcra hakimiyyətinə 1042, elektron poçt ünvanına 91 mçüraciət daxil olmuşdur.

Bununla yanaşı bir sıra hallarda vətəndaşların ərizə və şikayətlərinə diqqətlə yanaşılmır, onlara səthi cavablar verilir. Ona görə də bəzi hallarda təkrar müraciətlər daxil olur.

Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının bütün şöbələri, xüsusi ilə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi ərizə və şikayətlərə, müraciətlərə vaxtında baxılmasını və qaldırılan məsələlərin ətraflı təhlil olunmasını təmin etməlidir.

 

 

 

Keçidlər