Şriftin ölçüsü :

Saytın rəngi :

Açıq Məlumatlar

Azərbaycan  Respublikası Prezidentinin 27 fevral  2020-ci  il tarixli, 1859 nömrəli

Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün

Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Yevlax  Şəhər İcra Hakimiyyəti tərəfindən 2021-ci il ərzində görülmüş işlər üzrə hesabat

“Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli 1859 nömrəli Sərəncamının 2.1 və 2.2-ci bəndlərinin icrasını təmin etmək, bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamından irəli gələn vəzifələri operativ qaydada və keyfiyyətlə yerinə yetirmək istiqamətində Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Bildiririk ki, “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasını təmin etmək məqsədilə Şəhər İcra Hakimiyyəti Başçısının 01 mart 2022-ci il tarixli, 33 nömrəli Sərəncamı ilə 7 bənddən ibarət illik iş planı təsdiq edilmişdir. Verilmiş tapşırığa uyğun olaraq sözügedən iş planı elektron qaydada Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim olunmuşdur. İş planında nəzərdə tutulan tədbirlərin icrasını vaxtında, çevik və operativ şəkildə həyata keçirmək məqsədilə hər bir bənd üzrə tədbirlərin icraçıları və icra müddəti müəyyənləşdirilmiş, bununla bağlı aidiyyəti qurumlara, icraya məsul olan vəzifəli şəxslərə tapşırıq və tövsiyələr verilmişdir. Nəzərdə tutulan tədbirlər çərçivəsində açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi, dövlət xidmətlərinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi, ictimai nəzarətin gücləndirilməsi, korrupsiyanın qarşısının alınması, maliyyə şəffaflığının artırılması, həmçinin informasiya əldə edilməsinin təmin olunması məsələləri önə çəkilmişdir.
Hesabat dövründə “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın müddəaları rəhbər tutularaq elektron xidmətlərin tətbiqi və istifadəsi, açıq hökümət prinsiplərinin təşviqi və korrupsiyanın qarşısının alınması diqqətdə saxlanılmışdır. Şəhər İcra Hakimiyyətində ictimaiyyət tərəfindən daxil olan məlumatların dərhal qəbul edilməsi və müvafiq tədbir görülməsi üçün qaynar xətt telefon əlaqəsi yaradılmış, bu barədə əhali məlumatlandırılmış, Şəhər İcra Hakimiyyətinin fəaliyyəti ilə bağlı məlumatları əks etdirən / internet səhifəsi açılmışdır ki, həmin səhifədə digər informasiyalarla yanaşı vətəndaşlara ərizə və təkliflərini elektron poçt vasitəsi ilə göndərmək imkanı yaradılmışdır. Yerli vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Mərkəzi Bankının Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi və Elektron terminallar vasitəsilə həyata keçirilməsi təmin olunmuşdur.
İş planında nəzərdə tutulan məsələlərin icra olunma müddəti gözlənilməklə hər bir tədbirin icra vəziyyəti nəzarətə götürülmüş, korrupsiyaya qarşı mübarizə və etik-tənbeh tədbirləri görülməsi məsələləri diqqətdə saxlanılmış, vətəndaşların elektron qaydada müraciətlərinin qəbul edilməsi işi təkmilləşdirilmiş, Koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ qərargahın göstəriş və tövsiyələri rəhbər tutulmaqla fərdi qəbul üçün müraciət edən vətəndaşların təklif, ərizə və şikayətləri video formatda dinlənilmiş, irəli sürülən hər bir məsələnin həllinə diqqət artırılmışdır.
“İctimai iştirakçılıq” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Şəhər İcra Hakimiyyəti  Başçısı Aparatı yanında İctimai Şuranın yaradılması ilə bağlı Şəhər İcra Hakimiyyəti tərəfindən məsul şəxs müəyyən edilərək, onun barəsində məlumat Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim olunmuşdur. Şəhər İcra Hakimiyyəti yanında yaradılmış İctimai Şuranın yeni tərkibdə formalaşdırılması və əhəmiyyətinin artırılması, şurada müzakirə edilən məsələlərin əhatə dairəsinin genişləndirilməsi, İctimai Şuranın fəaliyyəti ilə bağlı maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi, bu məsələnin Şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifəsində əks olunmasına xüsusi önəm verilmişdir. Açıq hökümət prinsiplərinin təşviqi və korrupsiyanın qarşısının alınması istiqamətində qeyri hökümət təşkilatlarının, yerli bələdiyyələrin təşəbbüslərinə, eləcə də müxtəlif maarifləndirici tədbirlərə başlıca yer verilmiş, ictimai, daxili, sosial yönümlü layihələrə dəstək göstərilmişdir.
Yevlax Şəhər İcra Hakimiyyəti Sizi əmin edir ki, rayonda açıq hökümət prinsiplərinin təşviqi və korrupsiyanın qarşısının alınması istiqamətində bundan sonra da ardıcıl və məqsədyönlü işlər görüləcək, vətəndaşların “Elektron hökumət” portalından istifadəsinə və elektron xidmətin tətbiqinin həyata keçirilməsinə hərtərəfli şərait yaradılmaqla hesabatlılıq təmin ediləcəkdir.

 

 

Azərbaycan Respublikasının Açıq  Məlumatlar Portalı

Keçidlər