Rayon haqqında
Mədəniyyət
Mədəniyyət
Yevlax şəhərində bir sıra mədəniyyət müəssisələri fəaliyyət göstərir. Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin xidməti əhatəsində olan Yevlax rayonunda 2026-cı ilin 6 ayı ərzində 1 Heydər Əliyev Sarayı, 1 Heydər Əliyev Mərkəzi, 1 Tarix-Diyarşünaslıq Muzeyi, 6 uşaq musiqi məktəbi, 25 kitabxana və 24 klub tipli müəssisə fəaliyyət göstərmişdir. Dövr ərzində Yevlax şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi üzrə ümumi kitab fondu 167842 nüsxə təşkil etmiş, 8102 oxucuya 72503 kitab verilişi həyata keçirilmişdir. Yevlax şəhərində 2 muzey fəaliyyət göstərir: Ulu öndərimiz Heydər Əliyevin siyasi irsinin gənc nəslə öyrədilməsində xüsusi əhəmiyyət daşıyan Heydər Əliyev Mərkəzi 2005-ci ildən fəaliyyət göstərir. Tarixi əhəmiyyətə malik əşyaların toplandığı Tarix–Diyarşünaslıq muzeyi 2005-ci ildən fəaliyyət göstərir.






