Şriftin ölçüsü :

Saytın rəngi :

Maarifləndirmə

Maarifləndirmə

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati ərazi dairələri üzrə nümayəndəliklərin vəzifəli şəxsləri tərəfindən notariat hərəkətlərinin həyata keçirilməsinə görə dövlət rüsumunun məbləğləri barədə məlumatlar

Vəsiyyətnamələrin təsdiqi üçün – 15 manat + (2.25 xidmət haqqı)

Sənədlərdəki imzanın həqiqiliyinin (hər imza üçün) təsdiqi üçün – 6 manat

Sənədlərdən surət və çıxarışların düzgünlüyünü təsdiq edilməsi üçün - 3 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün ikinci səhifədən başlayaraq hər səhifəyə görə - 1 manat

Əmlakdan istifadə edilməsi və ona sərəncam verilməsi barədə, avtomaşınların müddəti istifadəyə verilməsinə dair etibarnamələr istisna olmaqla, etibarnamələrin  təsdiqi üçün:

Etibarnamə təmsil edilənin ərinə (arvadına), uşaqlarına, valideynlərinə, babasına, nənəsinə, nəvəsinə, qardaşına, bacısına verilirsə - 10 manat + (1.50 Xidmət haqqı)

Digər şəxsə verilərsə - 15  manat + (2.25 xidmət haqqı )

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri

Nikahın qeydə alınması üçün – 10 manat

Doğumun, ölümün qeydə alınması və bu barədə şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.

 

“Erkən nikahın hansı zərərli nəticələr vardır?”


 Son günlərin əsas müzakirə mövzularından biri də erkən nikahlar və onların gələcəkdə yaradacağı faciələrdir. Əfsuslar olsun ki, hələ də bu faciələrə ciddi yanaşmayan ailələr var ki, illərdir davam edən bu dəhşətli “tendensiyanı” davam etdirməkdən çəkinmirlər. 
Erkən nikah yaşı 18-dən az olan və ya yeniyetmələrin nikaha daxil olmasıdır. 158 ölkənin qanunvericiliyinə əsasən nikaha daxil olma yaşı kimi 18 qəbul olunsa da, bu qanunlar əksər hallarda pozulur, çünki erkən nikahların tətbiqi ənənələr və sosial normalarla dəstəklənir. Erkən nikah öz-özlüyündə bir neçə problemi əks etdirir. Bunların sırasında ölkənin inkişaf səviyyəsi, onun sosial-iqtisadi vəziyyəti, təhsili, insan hüquqlarının inkişafı və s. durur.
  Dünyada hər gün 25 min, ildə isə 10 milyondan çox erkən nikah faktı baş verir. Hazırda erkən nikahlar daha çox Asiya və Afrika ölkələrində geniş yayılıb.
BMT-nin Əhali Fondunun (UNFPA) məlumatına görə, 2011-2020-ci illər arasında 140 milyondan çox erkən nikah hadisəsi baş verəcək. Hazırkı erkən nikah səviyyəsinin qorunması davam edərsə, 14.2 milyon qız hər il daha tez ailə quracaq, yəni hər gün 39 min nikah hadisəsi baş verəcək. Üstəlik, 18 yaşına çatmadan ailə quran 140 milyon qızdan 18,50 milyon nəfərinin yaşı 15-dən az olacaq [8].
  Azərbaycan Respublikasının qanunvericiliyinə görə, erkən nikah 18  yaşından kiçik oğlanların və qızların (məcburi) ailə qurması və birgə yaşamasıdır. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununa [6], həmçinin 1989-cu il tarixli "Uşaq hüquqları haqqında" Konvensiyaya [7] görə, tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. BMT-nin Uşaq Fondunun təklifi ilə Azərbaycan qanunvericiliyində 2011-ci ildən qadınlar üçün nikah yaşı 17-dən 18-ə qaldırılıb. Ümumiyyətlə, 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli "Uşaq hüquqları haqqında" Konvensiyada müəyyənləşdirilmiş son həddir [7].
  Erkən nikah Azərbaycanın ailə genefonduna təsiri baxımından aktual problem kimi qalmaqdadır. Bunun qarşısını almaq üçün ilk növbədə rayon və kənd yerlərində, məktəblərdə ciddi maarifləndirmə işləri aparılmalıdır. Maarifləndirmə işləri yalnız uşaqlar və şagirdlər arasında aparılsa, bir o qədər də effektli olmayacaq. Çünki bu haqda məktəbliyə nə qədər yeni informasiya verilsə də, evdəki mühitdə yenə valideyndən asılı vəziyyətdə qalır. Ona görə də, maarifləndirmə işlərinə eyni zamanda müəllimlər, din xadimləri, bölgənin nüfuzlu adamları və valideynləri (xüsusilə ataları) cəlb etməli, bu haqda insanlara düzgün məlumatlar çatdırılmalıdır
  Erkən nikahın qanun pozuntusu olmaqla yanaşı, həm də insan psixologiyasına, xüsusilə də azyaşlı qızların sağlamlığına təhlükə yaradır və böyük fəsadlara yol açır.          
Cinayət Məcəlləsində  erkən nikahların qarşısını alan maddələr öz əksini tapmışdır ki, gənc qızların təhsildən yayındırılaraq və zorakılığa məruz qalaraq ərə verilməsinə yol verən şəxslər – istər valideynlər, istərsə də kəbin kəsən din xadimləri özlərində hüquqi məsuliyyət hiss etsinlər və buna yol verməsinlər.
  Həmçinin vətəndaş məsuliyyəti artırılmalı, erkən nikaha daxil olaraq zorakılığa məruz qalmış qızlara sosial-psixoloji reabilitasiya yardımı göstərilməli, erkən nikahın acı nəticələri və məişət zorakılığı haqqında məktəblərdə mütəmadi təlimlər keçirilməlidir.

Keçidlər