Şriftin ölçüsü :

Saytın rəngi :

İnfrastruktur

Yevlax şəhərinin respublikanın mərkəzində mühüm kommunikasiyaların kəsişməsində yerləşməsi, Kür çayının bir hissəsinin rayon ərizsindən keçməsi, XI əsrdən mövcud olmuş qədim Ərəş şəhərinin qala divarlarının və körpünün qalıqlarının bu gün də Ərəş kəndi yaxınlığında qalması, bizim eradan əvvəl III minilliyin sonlarına aid Rüstəmli kəndi ərazisində qədim Qoçtəpə və Malbinəsi kəndi ərazisində Zərgərtəpə kurqanlarının, tunc və dəmir dövrünə aid Qaramanlı kurqanlarının, Marzılı kəndi ərazisində eramızın VII əsrinə aid Alban kilsəsinin, Xanabad kəndinin şimalında Əlican çayının üzərində Qırmızı kərpicdən orta əsrlərdə inşa edilmiş Hacılar körpüsünün mövcudluğu Yevlaxda turizmin inkişafına ciddi əsaslar olduğunu dəlalət edir. Qədim İpək yolunun Yevlax rayonu ərizsindən keçməsi bu yerlərin qədimliyini bir daha təsdiq edir. Son illər şəhərdə aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri, çox saylı parkların, istirahət yerlərinin tikilməsi Yevlax şəhərinin gələcəkdə turzm mərkəzlərindən birinə çevrilməsinə şərait yaradacaqdır. Şəhərdə hər cür rahatlığı olan 2 otel fəaliyyət göstərir və hazırda daha bir otel tikilir ki, burada turistlərin istirahəti üçün hər bir şərait yaradılacıqdır. Son 8 ildə şəhərdə Heydər Əliyev Muzeyi və Xiyabanı, Tarix Diyarşünsalıq muzeyi tikilib istifadəyə verilmişdir. Bu muzeylərdə zəngin materiallar və eksponatlar cəmlənmişdir. Hesab edirik ki, bu muzeylərlə tanışlıq turistlər və qonaqlarda zəngin təəssürat yaradacaqdır. 2007-ci ilin oktyabr ayında Yevlax şəhərində Avropa standartlarına uyğun 6000 yerlik «Karvan» stadionu, «Karvan» idman sağlamlıq bazası tikilib istifadəyə verilmişdir. Bundan başqa Yevlax şəhərində, qəsəbə və kndlərdə 23 stadion, şəhərin 9 saylı məktəbində Avropa standartlarına uyğun süni örtüklü idman meydançası tikilmişdir. Əhalinin sıx məskunlaşdığı üç yerdə yaşayış məhəllələri abadlaşdırılmaqla nümunəvi məhəllə və şəhərciklər yaradılmış, qapalı idman meydançaları tikilib istifadəyə verilmişdir. Uşaq Gənclər idman məktəbi əsaslı surətdə yenidən qurularaq təmir edilmişdir.

Yevlax rayonu ərazisindən 129,5 km uzunluğunda respublika əhəmiyyətli avtomobil yolları keçir. 129,5 km avtomobil yolunun 1,5 km-i I dərəcəli, 44 km-i II dərəcəli, 84 km-i isə III dərəcəlidir:

  1. Bakı-Ələt-Qazax avtomobil yolu – 27,5 km

Ondan:

  • 1,5 km – I dərəcəli
  • 26 km – II dərəcəli
  • Bakı-Şamaxı-Yevlax avtomobil yolu – 18 km, II dərəcəli
  • Xaldan-Zaqatala avtomobil yolu – 14 km, II dərəcəli
  • Yevlax-Xocalı avtomobil yolu – 17 km, III dərəcəli
  • Xaldan-Mingəçevir avtomobil yolu – 10 km, III dərəcəli
  • Mingəçevir-Aran-Bəhrəmtəpə avtomobil yolu – 43 km, III dərəcəli
  • Yevlax rayonu ərazisindən 127 km uzunluğunda yerli əhəmiyyətli avtomobil yolu vardır. Həmin yolların hamısı IV dərəcəli yollardır.
  • Yevlax rayonu ərazisindən 88 km uzunluğunda dəmir yolları keçir. Ondan 20 km-i I dərəcəli, 68 km-i II dərəcəli dəmir yollarıdır.
  • Bakı-Böyükkəsik dəmir yolu – 20 km, I dərəcəli
  • Yevlax-Balakən dəmir yolu – 35 km, II dərəcəli
  • Yevlax-Ağdam dəmir yolu – 17 km, II dərəcəli
  • Aran-Mingəçevir dəmir yolu – 16 km, II dərəcəli

Rayonun iri şəxsi müəssisələri

«Lalə-Tekstil» MMC tikiş fabriki- Fabrikin ümumi ərazisi 10,4 hektardır. Smeta dəyəri 4,701 min manatdır. Fabrikdə 1 ofis, 2 tikiş, 1 hörücü, 1 toxucu, 1 boyaq, 1 qazanxana, 1 yeməkxana və 5 yardımçı bina vardır. Hazırda daha 2 sex tikilir. Fabrikdə hazırda 650 nəfər işləyir və gələcəkdə burada 1200 nəfər işləyəcəkdir. Fabrikdə uşaqlar, böyüklər üçün müxtəlif ölçüdə paltarlar tikilir. Ölkənin güc Nazirliklərinin sifarişi də yerinə yetirilir. Fabrikin avadanlıqları türkiyə, Almaniya və Yaponiyadan gətirilmişdir. Fabrikin istehsal gücü ildə 7 milyon manatlıq məhsul buraxmağa imkan verir. 24 oktyabr 2007-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fabrikdə olmuş, sexləri gəzmiş və hazır məhsulları baxmışdır.

«Dan» MMC kərpic zavodu Zavodun ümumi ərazisi 58 hektardır, tikintisinə 3,150 min manat investisiya qoyulmuşdur. Zavodun illik istehsal gücü 30 milyon ədəd kərpicdir. Burada quraşdırılmış avadanlıqlar Türkiyə istehsalıdır, bişirmə texnalogiyası isə Volfman (Almaniya) tiplidir. Zavodda hazırda 350 nəfər işləyir. Zavodun məhsulları daxili bazarlarla yanaşı qonşu gürcüstana da ixrac olunur.
«Arfa» mebel fabriki «Rövşən Oğuz» şirkətləri qrupuna daxil olan «Arfa» mebal fabrikinin tikintisinə 2005-ci ildə başlanmış, 2006-cı ilin sonunda başa çatmışdır. Fabrikin tikintisinin birinci mərhələsində 2,210 min manat vəasit qoulmuşdur. Fabrikdə ofis, mətbəx, uşaq və qonaq otağı mebelləri istehsal olunur. Fabrikdə quraşdırılmış avadanlıqlar Almaniya və İtaliyadan gətirilmişdir. Fabrik öz məhsularını satmaq üçün 20 regionda sərgi-satış salonları açmışdır. Hazırda burada 80 nəfər işləyir. Gələcəkdə işçilərin sayı 250 nəfərə çatacaqdır. 24 oktyabr 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fabrikdə olmuş, hazır məhsullara baxmış və istehsal prossesi ilə tanış olmuşdur.

«Gilan-Dəri» MMC dəri emalı fabriki Müəssisənin sahəsi 4,67 hektardır, smeta dəyəri 18,180 manatdır. Gündəlik istehsal gücü 20 ton iri buynuzlu, 5000 ədəd xırda buynuzlu heyvan dərisinin emalı edilməsidir. Fabrikdə hazırda 320 nəfər işləyir. Orta aylıq əmək haqqı 140-1000 manatdır. 2007-ci il oktyabr ayının 24-də fabrikin açılışı olmuşdur. Dövlətimizin başçısı cənab İlham Əliyev fabrikin açılışında iştirak etmiş, açılışı bildirən lenti kəsmiş, müəssisə ilə tanış olmuşdur. Möhtərəm Prezidentimizə məlumat verilmişdir ki, burada istehsal edilən dərilərin keyfiyyəti yüksəkdir və xarici bazarlarda ona tələbat artır. Müəssisə İtaliya, İspaniya, Ukrayna, Türkiyə və Çinə məhsul göndərir. Xaricə göndərilən məhsullara baxan cənab Prezidentimiz ölkəmizdə bu cür müasir müəssisələrin yaradılmasının əhəmiyyətini vurğulamışdır.

«Qida MMM»in Pivə istehsal sexi Pivə istehsal sexi 2005-ci ildə özəl vəsait hesabına yenidən qurulmuşdur. Bu işlərə 300,0 min manat vəsait qoyulmuşdur. Sexdə yeni pasterilizasiya xətti quraşdırılmışdır. Sexdə 65 nəfər işçi işləyir.

«Qida MMM»in mineral və şəkər əlavə edilmiş sular istehsal sexi Mineral və şəkər əlavə edilmiş sular istehsal sexi 2005-ci ilin may ayında quraşdırılmışdır. Ümumi sahəsi 542 m2-dir. Yenidənqurma işlərinə 91 min manat xərclənmişdir.

«Qida MMM»in çörək sexi Çörək sexi 2005-ci ilin oktyabr ayında işə salınmışdır. İstehsal sahəsi 432 m2-dir təkcə tikinti-quraşdırma işlərinə 114,2 min manat özəl vəsait qoyulmuşdur. Sexdə quraşdırılmış avadanlıqlar Türkiyə istehsalıdır. Çörək sexi saatda 800 kq çörək istehsal edir. Sexdə 18 nəfər işləyir.

«Qida MMM»in makaron sexi Makaron sexinin tikintisi 2004-cü ilin oktyabrında başa çatdırılmışdır. İstehsal sahəsi 480 m2-dir. Tikinti-quraşdırma işlərinə 82,0 min manat özəl vəsait qoyulmuşdur. Sex saatda 300 kq makaron istehsal edir. Sexdə 8 nəfər işləyir.

«Qida MMM»in konserv sexi Konserv sexinin tikintisi 2006-cı ilin iyun ayında başa çatmışdır. Tikinti-quraşdırma işlərinə 594,0 min manat özəl vəsait qoyulmuşdur. Sex gün ərzində 1000 ədəd şərti banka konserv məhsulu istehsal etməyə qadirdir. Sexdə istehsal edilən nar şirələri bütünlüklə Rusiya Federasiyasına ixrac olunur. Sexin məhsullarına daxili bazarda da tələb çoxdur. Sexdə 15 nəfər işçi işləyir.

Saatda 160 ton asfalt istehsal edən zavod Saatda 160 ton asfalt istehsal edən zavodun tikintisi 2006-cı ilin iyun ayında başa çatdırılmışdır. Ümumi ərazisi 5 hektarqdır. Tikinti – quraşdırma işlərinə 675,9 min manat vəsait xərclənmişdir. Hazırda zavodda 15 nəfər işləyir.

Saatda 60 ton Asfalt istehsal edən zavod Saatda 60 ton asfalt istehsal edən zavodun tikintisi isə 2006-cı ilin iyun ayında başa çatdırılmışdır. Ümumi ərazisi 2 hektardır. Tikinti-quraşdırma işlərinə 495,5 min manat özəl vəsait xərclənmişdir. Zavodda 8 nəfər işləryir.

Dəmir-beton zavodu Dəmir-beton zavodunun tikintisi 2006-cı ilin avqust ayında başa çatdırılmışdır. Ümumi sahəsi 1200 m2-dir. Tikinti-quraşdırma işlərinə 317,7 min manat özəl vəsait xərclənmişdir. Zavod saatda 30 m3 beton istehsal edir. Zavodda 8 nəfər işləyir.

Keçidlər