Rayon haqqında
Rayon haqqında
Ölkəmiz hüquqi, demokratik dəyər və prinsipləri əsas götürərək sürətli inkişaf dövrünü yaşayır. Hakimiyyətə gələndən az sonra 24 noyabr 2003-cü ildə AR Prezidenti İlham Əliyev Respublikamızın inkişafına həsr olunan bir sıra mühüm sənədlər imzaladı, o cümlədən AR reqionların sosial iqtisadi inkişafı Dövlət proqramını. Həmin Proqrama əsasən iqtisadiyyatımıza yatırılan sərmayələr daha çox regionlara istiqamətləndirilməlidir. Bu müddəaları rəhbər tutaraq, Yevlax r-nu İcra Hakimiyyəti çox bir qısa zaman ərzində rayonun iqtisadiyyəti, təhsil, idman, səhiyyə, mədəniyyət sahəsində gözəçarpan dərəcədə nailiyyətlər əldə edib.
Rayon mərkəzi abadlaşdırılaraq yaşıllıq və gözəllik diyarına çevrilib. Yeni-yeni müasir sənaye obyektləri işə salınaraq Respublikanın ümumdaxili məhsulunun artırılmasına və əhalinin işlə təmin olunmasına xidmət edirlər. Gənc nəslin sağlam böyüməsində idmana xüsusi yer ayrılır. Qısa bir zamanda Karvan stadionu istifadəyə verilib. Eyni adlı futbol komandası Respublika çempionatında çıxış etməklə yanaşı beynəlxalq yarışlarda da uğurla çıxış edir. Bir kiçik məqalədə bütün görülən işləri və Yevlağın tarixində analoqu olmayan hadisələri əhatə etmək mümkün deyil. Bizim gördüyümüz işlər və nailiyətlərlə daha yaxından diqqətinizə təqdim etdiyimiz veb saytımızda tanış ola bilərsiniz.
Azərbaycan Respublikasında Rabitə və İnformasiya Texnologiyalarının İnkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramında (Elektron Azərbaycan) göstərilən müddəaları rəhbər tutaraq Yevlax rayonunda da bu sahənin inkişafına diqqət yetirilir və deyilənin bariz nümunəsi kimi diqqətinizə çatdırılan veb saytı göstərmək olar. Bu saytı yaratmaqda məqsədimiz yeni İnformasiya Texnologiyalarından istifadə edərək öz idarəçilik üsullarını təkminləşdirərək əhaliynən əlaqələrimizi gücləndirmək, onlara daha yaxın olmaq, Elektron Hökümət və idarəçilik sisteminin əsasını qoymaqdır.
İndi rayonun istənilən sakini dünyanın istənilən nöqtəsindən, İcra hakimiyyətinə gəlmək üçün vaxt və vəsait sərf etmədən, süründürməciliyə məruz qalmadan saytda verilən elektron ünvanlara müraciət edərək öz problemlərinin həllinə dair operativ cavab ala bilər.
№ | Göstəricilər | İnformasiya | Ölçü vahidi |
1 | Rayonun mərkəzi olan şəhər və ya qəsəbənin adı | Yevlax şəhəri | |
2 | Kəndlərin sayı | 46 | ədəd |
3 | Qəsəbələrin sayı | 3 | ədəd |
4 | Rayonun iri dövlət və şəxsi müəssisələrinin sayı | 122 | ədəd |
5 | Rayonun mərkəzində əhalinin ümumi sayı | 128373 | nəfər |
6 | Şəhər əhalisinin ümumi sayı | 71962 | nəfər |
7 | Kənd əhalisinin ümumi sayı | 56411 | nəfər |
8 | Rayonda əhalinin orta sıxlığı | 87 | nəfər/kv.km |
9 | Əhalinin cinsi xüsusiyyətlərə görə bölgüsü (kişi) | 62706 | nəfər |
10 | Əhalinin cinsi xüsusiyyətlərə görə bölgüsü (qadın) | 65667 | nəfər |
11 | Əhalinin yaşlara görə bölgüsü (18 yaşa qədər) | 37477 | nəfər |
12 | Əhalinin yaşlara görə bölgüsü (18-dən 60-63-a qədər) | 79229 | nəfər |
13 | Əhalinin yaşlara görə bölgüsü (pensiyaçılar) | 12895 | nəfər |
14 | Rayonda məskunlaşmış qaçqınların sayı | 965 | nəfər |
15 | Rayonda məskunlaşmış məcburi köçkünlərin sayı | 11203 | nəfər |
Sahə | |||
16 | Rayonun ümumi sahəsi | 1540 | kv.m |
17 | Məhsuldar torpaqların ümumi sahəsi | 891 | kv.m |
18 | Kənd təsərrüfatına yararsız torpaqların ümumi sahəsi | 585 | kv.m |
19 | Heyvandarlıq üçün otlaqların ümumi sahəsi | 557 | kv.m |
20 | Əkilmiş sahələrin ümumi sahəsi | 307 | kv.m |
21 | Meyvə bağlarının ümumi sahəsi | 1,24 | kv.m |
22 | Şoran torpaqların ümumi sahəsi | 107 | kv.m |
Təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin sayı | |||
23 | Məktəbəqədər uşaq müəssisələrin sayı | 26 | ədəd |
24 | Ümumtəhsil məktəblərinin sayı | 57 | ədəd |
25 | Texniki peşə və orta ixtisas məktəblərinin sayı | 1 | ədəd |
26 | Ali təhsil müəssisələrinin sayı | - | ədəd |
27 | Xəstəxanaların sayı | 1 | ədəd |
28 | Ailə sağlamlıq mərkəzlərinin sayı | 7 | ədəd |
Məntəqələrin sayı | 3 | ədəd | |
29 | Mədəniyyət ocaqların sayı | 77 | ədəd |