İcra Hakimiyyəti
Fəaliyyət
FəaliyyətSosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi
DÖVLƏT QULLUQÇUSUNUN QULLUQ FUNKSİYALARI
Dövlət qulluqçusu aşağıdakı qulluq funksiyasının icrasını öhdəsinə götürür:
1. Azərbaycan Respublikası Prezidentinin sosial iqtisadi sahəyə aid fərman və sərəncamlarının icrasından irəli gələn məsələlələrlə əlaqədar aidiyyatı vəzifəli şəxsləri tanış etmək və bu sahədə rəhbərliyin verdiyi tapşırıqları yerinə yetirmək.
2. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqram və konsepsiyalarının, iqtisadi və sosial proqramların hazırlanmasına dair təkliflərin, proqnozların verilməsi, onların həyata keçirilməsinə nəzarətin edilməsi və icrası barədə mərkəzi icra hakimiyyəti orqanlarına məlumatlar hazırlayıb təqdim edilməsi işində iştirak etmək.
3. Şəhərin sosial-iqtisadi inkişafına dair göstəriciləri əks etdirən məlumat bazasının formalaşması və yeniləşdirilməsinin təmin edilməsi işində iştirak etmək.
4. Şəhərin yerli sosial-iqtisadi inkişafı, eləcə də şəhərdə mövcud probləmlərin və onların həlli üzrə proqramların hazırlanmasını işində iştirak etmək.
5. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestirinin forması və aparılması qaydası haqqında Əsasnamə”yə uyğun olaraq İcra Hakimiyyəti tərəfindən şəhərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərində yoxlamalar təşkilində iştirak etmək .
6. Vəzifəsi üzrə rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək.
7. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”, “Dövlət qulluğu haqqında” Qanun və Azərbaycan Respublikasının digər müvafiq normativ hüquqi aktları ilə müəyyənləşdirilmiş aidiyyatı vəzifələri yerinə yetirmək.
Şəhər təsərrüfatı şöbəsi
DÖVLƏT QULLUQÇUSUNUN QULLUQ FUNKSİYALARI
Dövlət qulluqçusu aşağıdakı qulluq funksiyasının icrasını öhdəsinə götürür:
1. Şəhər ərazisində dövlətə məxsus müəssisələrin və digər təşkilatların mühəndis-enerji komplekslərinin, mənzil fondunun və sosial-mədəni təyinatlı obyektlərin qış mövsümünə hazırlanması işlərinin əlaqələndirmək və bu sahədə nəzarəti gücləndirmək.
2. Şəhər ərazisində olan qazanxanaların müntəzəm olaraq işlənməsinə, həmçinin xüsusi mülkiyyətdə olan yaşayış evləri istisna olmaqla, müvafiq ərazidə olan digər istehlakçıların istilik şəbəkələrinə qoşulmasına köməklik göstərmək və işlərin yerinə yetirilməsinə nəzarəti gücləndirmək.
3. Şəhər ərazisində istilik, elektrik, qaz, su, kanalizasiya və digər kommunal sahələrdəki işlərə nəzarət etmək.
4. Şəhər ərazisində məişət tullantılarının yığılması üçün konteyner meydançalarının yerləşdirilməsi və yenidən qurulması üzrə proqramları təsdiq etmək və həmin proqramların icrasına nəzarəti gücləndirmək.
5. Şəhər ərazisində mövcud yaşıllıqların baxımının və uçotunun aparılamasını təşkil etmək, yeni yaşıllıqlara olan tələbatı müəyyənləşdirmək və yeni yaşıllıqların salınmasını təşkil etmək.
6. Şəhər ərazisində təmizlik, abadlaşdırma və yaşıllaşdırma aylıqlarının və iməcliklərinin keçirilməsini təşkil etmək.
7. Şəhər ərazisindəki çoxmərtəbəli yaşayış binalarında, binaətrafı ərazilərdə, parklarda yaranmış problemləri səlahiyyəti daxilində həll etmək.
8. Vətəndaşların şəhər təsərrüfatı sahəsinə aid olan müraciətlərini cavablandırmaq, yaranmış problemləri səlahiyyəti daxilində həll etmək.
9. Şəhər ərazisində nəqliyyat və yol infrastrukturu sahəsində müfaviq işlərin həyata keçirilməsini səlahiyyəti daxilində təmin etmək.
10. Vəzifəsi üzrə rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək.
11. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”, “Dövlət qulluğu haqqında” Qanun və Azərbaycan Respublikasının digər müvafiq normativ hüquqi aktları ilə müəyyənləşdirilmiş aidiyyatı vəzifələri yerinə yetirmək.
İnformasiya təminatı və təhlil sektoru
DÖVLƏT QULLUQÇUSUNUN QULLUQ FUNKSİYALARI
Dövlət qulluqçusu aşağıdakı qulluq funksiyasının icrasını öhdəsinə götürür:
1. RİAİS-ə elektron qaydada verilən aidiyyatı məlumatları təyin olunmuş vaxtlarda göndərilməsini təmin etmək.
2. RİAİS-ə elektron qaydada verilən hər bir məlumatın düzgünlüyünün təmin olunması məqsədilə məlumatları təqdim edən hər təşkilatdan rəsmi arayış tələb etmək və məlumatları təhlil etmək.
3. Yevlax şəhər İcra Hakimiyyətinin internet saytına yerləşdirilən materialları forma və məzmun rəngarəngliyinə görə müntəzəm olaraq təhlil etmək, sayta yerləşdirilən məlumatların daim yeniləşdirilməsinə ciddi nəzarət etmək.
4. Şəhərin sosial-iqtisadi, ictimai-mədəni həyatında baş verən hadisələrin, keçirilən müxtəlif səpkili tədbirlərin və vətəndaşların müraciətlərinə baxılması barədə yeni məlumatların şəhər İcra Hakimiyyətinin saytında yerləşdirilməsini təmin etmək.
5. Vətəndaşların İcra Hakimiyyətinə elektron qaydada etdikləri müraciətlərin qəbulu və rəsmi cavablandırılması işlərinə mütəmadi olaraq nəzarət etmək.
6. Dövlət qurumları, qeyri-hökumət təşkilatları və digər orqanlarla elektron sənəd mübadiləsini həyata keçirmək.
7. Yevlax şəhər İcra Hakimiyyəti tərəfindən elektron qaydada göndərilən və ya qəbul edilən məlumatların məxfiliyinin qorunmasını təmin etmək.
8. Yevlax şəhər İcra Hakimiyyətinin elektron poçt ünvanına elektron qaydada daxil olan səndləri, məlumtları qəbul edərək İcra Hakimiyyəti başçısına təqdim etmək və bu sənədlərin uçotunun aparılmasını təmin etmək.
9. Yevlax şəhər İcra Hakimiyyətinin elektron poçt ünvanından elektron qaydada göndərilən səndlərin, məlumtların uçotunun aparılmasını təmin etmək.
10. Vəzifəsi üzrə rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək.
11. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”, “Dövlət qulluğu haqqında” Qanun və Azərbaycan Respublikasının digər müvafiq normativ hüquqi aktları ilə müəyyənləşdirilmiş aidiyyatı vəzifələri yerinə yetirmək.
Baş mühasib
DÖVLƏT QULLUQÇUSUNUN QULLUQ FUNKSİYALARI
Dövlət qulluqçusu aşağıdakı qulluq funksiyasının icrasını öhdəsinə götürür:
1. İcra Hakimiyyəti başçısının Əmri və ya Sərəncamı ilə, həmçinin işə çıxma tabeli əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanmasını, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanmasını və bu sahədən irəli gələn digər məsələlərin həllini təmin etmək.
2. İcra Hakimiyyəti başçısının əmrlərinə əsasən hər ay məzuniyyətlərin, ezamiyyətlərin, ixtisasartırma kurslarının, təhsil məzuniyyətlərinin və digər hesablamaların aparılmasını bu sahədən irəli gələn digər məsələlərin həllini həyata keçirmək.
3. Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq ciddi hesabat sənədləri, maliyyə-iqtisadi əməliyyatları üzrə sənədləşməni rəsmiləşdirmək və icra etmək.
4. İcra Hakimiyyəti aparatının müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət etmək. (Ciddi hesabat blankları hesabat qaiməsi üzrə baş mühasibin və həmin hesabat verməli olan şəxsin imzaları ilə verilir.)
5. Bütün növ ciddi hesabat sənədlərinin qeydiyatını aparmaq.
6. Mal-materialların, qiymətlilərin inventarizasiyasında iştirak etmək və onlar üzrə müvafiq aktları rəsmiləşdirmək.
7. İcra Hakimiyyəti başçısının əmri ilə yeni işə qəbul edilmiş dövlət qulluqçularına akt əsasında inventar və avadanlıqların təhvil verilməsini və işdən azad edilmiş dövlət qulluqçularından akt əsasında inventar və avadanlıqların təhvil alınmasını təmin etmək.
8. Vəzifəsi üzrə rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək.
9. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”, “Dövlət qulluğu haqqında” Qanun və Azərbaycan Respublikasının digər müvafiq normativ hüquqi aktları ilə müəyyənləşdirilmiş aidiyyatı vəzifələri yerinə yetirmək.
Başçının köməkçisi
DÖVLƏT QULLUQÇUSUNUN QULLUQ FUNKSİYALARI
Dövlət qulluqçusu aşağıdakı qulluq funksiyasının icrasını öhdəsinə götürür:
1. Dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunu, etika və estetikanın əsaslarını, işgüzar ünsiyyət qaydalarını, inzibati hüquq və əmək qanunvericiliyinin əsaslarını, daxili əmək nizamının qaydalarını, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi üzrə norma və qaydaları bilmək, onlara riayət etmək və edilməsinə nəzarət etmək;
2. İcra Hakimiyyəti başçısının inzibati-təşkilatçılıq fəaliyyətinin təşkilati-texniki təminatı üzrə işi həyata keçirmək;
3. İcra Hakimiyyəti başçısının tapşırığı ilə zəruri olan sənəd və materialları hazırlamaq;
4. İcra Hakimiyyəti başçısının telefon danışıqlarını təşkil etmək, başçı idarədə olmadığı zaman alınan məlumatı qeyd etmək və məlumatın məzmununu başçının nəzərinə çatdırmaq, qəbuledici-danışıq qurğusu ilə telefaks vasitəsilə məlumatı qeyd etmək və ötürmək, rabitə kanalları üzrə alınmış məlumatı vaxtında başçıya təqdim etmək;
5. İcra Hakimiyyəti başçısının rəhbərliyi ilə keçirilən iclas və müşavirələrin hazırlanması (zəruri materialların yığılması, iştirakçılara müşavirənin keçiriləcək vaxtı və yeri, gündəlikdə olan məsələ, onların qeydiyyatı haqqında xəbər vermək) üzrə işi yerinə yetirmək;
6. İcra Hakimiyyəti başçısı tərəfindən nəzarətində olan göstəriş və tapşırıqların İcra Hakimiyyəti başçısı aparatının işçiləri tərəfindən yerinə yetirilməsinə nəzarət etmək;
7. İcra Hakimiyyəti başçısının iş yerini zəruri təşkilati-texniki vasitələr, dəftərxana ləvazimatı ilə təmin etmək, başçının işinin effektivliyinə kömək edən şəraiti yaratmaq;
8. İcra Hakimiyyəti başçısının göstərişinə əsasən onun işi üçün xidməti materialları çap etmək və yaxud cari məlumatları məlumat bazasına daxil etmək;
9. Qonaqların qəbulunu təşkil etmək, işçilərin xahiş və təkliflərinin operativ baxılmasına yardım etmək;
10. Bilavasitə başçının bütün digər xidməti tapşırıqlarını yerinə yetirmək;
11. İcra Hakimiyyəti başçısının tapşırığının yerinə yetirilməsi üçün İcra Hakimiyyəti başçısı aparatının şöbələrindən və digər mütəxəssislərdən zəruri olan məlumatı və sənədi şəxsən və ya başçının tapşırığına əsasən tələb etmək;
12. İcra Hakimiyyəti başçısı aparatının mənafeyini qorumaq, məxfi məlumatı və sənədi üçüncü şəxsə verməmək;
13. Vəzifə funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan məlumatların dövlət orqanları, təşkilatlar və vəzifəli şəxslərdən əldə etmək;
14. Vəzifəsi üzrə rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək;
15. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”, “Dövlət qulluğu haqqında” Qanun və Azərbaycan Respublikasının digər müvafiq normativ hüquqi aktları ilə müəyyənləşdirilmiş aidiyyatı vəzifələri yerinə yetirmək.
Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə işin aparıcısı
DÖVLƏT QULLUQÇUSUNUN QULLUQ FUNKSİYALARI
Dövlət qulluqçusu aşağıdakı qulluq funksiyasının icrasını öhdəsinə götürür:
1. “Yerli İcra Hakimyyəti haqqında Əsasnamə”yə uyğun olaraq Yevlax şəhərində fəaliyyət göstərən dövlət orqanları və bələdiyyə orqanları ilə İcra Hakimiyyətinin qarşılıqlı işləməsi üçün təklifləri hazırlamaq və bu işləri tənzimləmək.
2. Şəhər İcra Hakimiyyəti aparatında dövlət qulluğuna qəbulla əlaqədar keçirilən müsahibə və müsabiqələrdə iştirak etmək.
3. “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının mövcud qanununa uyğun olaraq dövlət qulluqçularının təltif olunması üçün təkliflər hazırlamaq.
4. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fəraman ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə” nin ayrı-ayrı maddələrinə uyğun olaraq şəhər İcra Hakimiyyəti başçısnın yeni strukturlarını yaratmaq üçün təkliflər hazırlamaq.
5. Qeyri dövlət müəssisə və təşkilatları ilə yerli İcra Hakimiyyəti arasında iş birliyi qurulması üçün təkliflər hazırlamaq.
6. Şəhərin ərazisində sahibkarlığın inkişafı, eləcə də şəhərin idarə, müəssisə və təşkilatlarının qarşılıqlı işləməsi üçün təkliflər hazırlamaq
7. Şəhərin sosial-iqtisadi, ekoloji proqramlarının hazırlanmasına, kənd təsərrüfatının inkişafına, əhalinin pay torpaqlarındda səmərəli istifadə etməsinə köməklik məqsədilə kredit təşkilatlarının cəlb edilməsi üçün təkliflər hazırlamaq.
8. Vəzifəsi üzrə rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək.
9. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”, “Dövlət qulluğu haqqında” Qanun və Azərbaycan Respublikasının digər müvafiq normativ hüquqi aktları ilə müəyyənləşdirilmiş aidiyyatı vəzifələri yerinə yetirmək.
Hüquqşünas
DÖVLƏT QULLUQÇUSUNUN QULLUQ FUNKSİYALARI
Dövlət qulluqçusu aşağıdakı qulluq funksiyasının icrasını öhdəsinə götürür:
1. Yevlax şəhər İcra Hakimiyyətinə daxil olmuş yeni qəbul olunmuş Qanunlar, Respublika Prezidentinin Fərman və Sərəncamları, Nazirlər Kabinetinin qərarları ilə aidiyyatı üzrə vəzifəli şəxsləri tanış etmək.
2. İcra Hakimiyyətinin şöbələri ilə birlikdə İcra Hakimiyyəti başçısının qüvvədən düşmüş, dəyişdirilməli və ya əlavələr edilməli olan sərəncam və əmirlərini mütəmadi olaraq yoxlamaq və müvafiq dəyişikliklər etmək.
3. Qüvvədə olan qanunlarda edilmiş dəyişiklilər və ya qüvvədən düşmüş qanunlar haqqında İcra Hakimiyyəti başçısı aparatı işçiləri arasında izahat işləri aparmaq.
4. İcra Hakimiyyəti başçısının Sərəncamları ilə yaradılmış komissiyaların fəaliyyətinin qanunauyğun aparılmasına hüquqi köməklik göstərmək.
5. İcra Hakimiyyəti orqanının qanunvericiliyini təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində həyata keçirdiyi tədbirlərin təşkilində iştirak etmək.
6. İcra Hakimiyyəti başçısına imzalanmaq üçün verilən Əmr və Sərəncamları qanunvericiliyin tələblərinə uyğun hazırlamaq.
7. Məhkəmə orqanlarında Yevlax şəhər İcra Hakimiyyətinə aid olan hüquqi xarakterli işlər üzrə İcra Hakimiyyəti başçısının müvafiq vəkalətnaməsi ilə şəhər İcra Hakimiyyətinin nümayəndəsi kimi iştirak etmək.
8. Yevlax şəhər İcra Hakimiyyətinə daxil olmuş hüquqi məsələlər üzrə vətəndaş müraciətlərini qanunamüvafiq qaydada cavablandırmaq.
9. Vəzifəsi üzrə rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək.
10. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”, “Dövlət qulluğu haqqında” Qanun və Azərbaycan Respublikasının digər müvafiq normativ hüquqi aktları ilə müəyyənləşdirilmiş aidiyyatı vəzifələri yerinə yetirmək.
İctimai-siyasi və humanitar məsələlər üzrə işin aparıcısı
DÖVLƏT QULLUQÇUSUNUN QULLUQ FUNKSİYALARI
Dövlət qulluqçusu aşağıdakı qulluq funksiyasının icrasını öhdəsinə götürür:
1.Kütləvi informasiya vasitələri, siyasi partiyalar, dini qurumlar və qeyri hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyət;
2.Şəhər ərazisində uşaqların təhsilə cəlb edilməsi haqqında məlumatların toplanması və təhlili işini təşkil etmək, təhsildən kənarda qalanların təhsilə cəlb edilməsi üçün tədbirlər həyata keçirmək;
3.Şəhər ərazisində məktəbəqədər təhsil və məktəbdənkənar tərbiyə-təhsil müəsisələrinin, gənclər elmi-maarifçilər təşkilatlarinin işinə köməklik göstərmək;
4.Şəhər ərazisində sakinlərin asudə vaxtlarının təşkili və mədəniyyət təşkilatları tərəfindən şəhər əhalisinə göstərilən mədəni kütləvi tədbirlərin təşkilinə köməklik göstərmək;
5.Şəhər ərazisində fəaliyyət göstərən idman qurğularının və obyektlərin istifadəsinə nəzarəti həyata keçirmək;
6.Şəhər ərazisində şəhər əhalisinə humanitar yardım göstərilməsi və əhaliyə sosial xidmət göstərən təşkilatlarla birlikdə humanitar yardıma təlabatının müəyyənləşdirilməsi işini təşkil etmək;
7.Şəhər əhalisinin sağlamlığının qorunması hüquqlarının həyata keçirilməsinə köməklik göstərmək, sağlam həyat tərzinin təbliği üçün tədbirlər görmək;
8.Şəhər gənclərinin vətənpərvərlik tərbiyəsinə dair proqramların hazırlanmasını təşkil etmək və həmin proqramları təsdiq etmək, vətəndaşların vətənpərvərlik tərbiyəsinə yönəlmiş tədbirlər həyata keçirmək;
9.Mərkəzi icra hakimiyyəti orqanlarının və vətəndaşların ictimai-siyasi və humanitar məsələlərə aid olan müraciətlərini cavablandırmaq, bu sahədə yaranmış problemləri səlahiyyəti daxilində həll etmək;
10.Vəzifəsi üzrə rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək;
11.“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”, “Dövlət qulluğu haqqında” Qanun və Azərbaycan Respublikasının digər müvafiq normativ hüquqi aktları ilə müəyyənləşdirilmiş aidiyyatı vəzifələri yerinə yetirmək.
Sənədlərlə və vətəndaşların müraciətləri ilə işin aparıcısı
DÖVLƏT QULLUQÇUSUNUN QULLUQ FUNKSİYALARI
Dövlət qulluqçusu aşağıdakı qulluq funksiyasının icrasını öhdəsinə götürür:
1. Dövlət hakimiyyəti orqanlarından, siyasi partiya, ictimai birlik və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərdən Yevlax şəhər İcra Hakimiyyəti başçısı aparatına daxil olan xidməti sənədlər, habelə başqa korrespondensiyalar (teleqram, telefonoqram və s.) qəbul etmək, qeydiyyatdan keçirmək və uçota almaq.
2. Yevlax şəhər İcra Hakimiyyəti başçısı aparatına daxil olan sənədlər və başqa korrespondensiyaları qeydiyyatdan keçirdikdən sonra onlar haqqında icra hakimiyyətinin başçısına məlumat vermək;
3. İcra hakimiyyəti başçısına təqdim edildikdən sonra alınan sənədləri İcra hakimiyyəti başçısının dərkənarına uyğun olaraq icra üçün aparatın işçilərinə və ya müvafiq struktur bölməyə vermək.
4. Həlli müvafiq orqanların birbaşa səlahiyyətinə aid olan və operativ tədbir görülməsini tələb edən məsələlər barəsində daxil olan xidməti sənədlərin surətlərini icra hakimiyyətinin başçısının dərkənarına uyğun olaraq aidiyyəti üzrə göndərir və icrasına nəzarət edir, rəsmi cavab aldıqdan sonra işə tikmək.
5. Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Milli Məclisinin Qərarlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar və Sərəncamlarını, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı rəhbərinin Sərəncamlarını qeydiyyatdan keçirir, sonra icra hakimiyyətinin başçısına verib və onun dərkənarına uyğun surətdə icra edilməyə göndərmək.
6. Rəsmiləşdirilmək üçün təqdim edilmiş sərəncam və əmrlərin qeydiyyatını aparmaq.
7. Sərəncam və əmrləri rəsmiləşdirdikdən sonra icra hakimiyyəti başçısının icazəsilə onları göndərilmə ünvanları göstəricisinə uyğun tirajla çoxaltmaq, sərəncamın və əmrin surətinin və ya çıxarışının hər nüsxəsinə müvafiq möhürü vurmaq və müvafiq ünvanlara göndərmək.
8. İcra Hakimiyyətinin şöbələri və ya müvafiq işçiləri ilə birlikdə İcra Hakimiyyəti başçısının dəyişdirilməli və ya əlavələr edilməli olan sərəncam və əmirlərini mütəmadi olaraq yoxlamaq və müvafiq dəyişikliklər edildikdən sonra həmin sənədləri qeydiyyata almaq.
9. İcra hakimiyyətinin başçısına çatdırılmaq üçün icraçılardan qəbul edilən sənədləri düzgün və verilən tapşırığa uyğun tərtib olunduğunu yoxlamaq və icra hakimiyyətinin başçısına təqdim etmək.
10. İcra Hakimiyyəti başçısının və ya onun müavinlərinin imzaladıqları və ya dərkənar qoyduqları məktubları, teleqramları və digər sənədləri rəsmiləşdirmək və aidiyyatı üzrə göndərmək.
11. Göndərilən sənədlərin reyestrini aparmaq, yola salınan sənədlərin uçotunu aparmaq.
12. Şuranın iclaslarının protokollarının və onun iclaslarında qəbul edilən qərarları rəsmiləşdirmək.
13. İcra hakimiyyəti başçısının yanında müşavirənin görüş və digər toplantıların hazırlanmasına və keçirilməsinə dair sənədlərin tərtib olunmasını təmin etmək.
14. İcra hakimiyyəti başçısının yanında keçirilən müşavirələrin protokollarını, stenoqramlarını məsələni hazırlamış struktur bölmə ilə birlikdə tərtib etmək.
15. İcra hakimiyyəti başçısı aparatının işçisi işdən azad edilərkən və ya başqa işə keçərkən onda olan sənədləri təhvil almaq.
16. Məxvi qrifli sənədlərlə işi qanunvericiliyə uyğun təşkil etmək.
17. İcra hakimiyyəti başçısının aparatında daxil olmuş vətəndaşların təklif, ərizə və şikayətləri ilə işi “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması qaydaları”na müvafiq olaraq təşkil etmək.
18. Vətəndaşların qəbula yazılmasını qəbul qrafikinə uyğun olaraq həyata keçirmək.
19. Qəbula gələnlərin qeydiyyatını aparmaq və qəbul qrafikinə əməl edilməsinə nəzarət etmək.
20. İcra hakimiyyəti başçısı tərəfindən onun müavinlərinə, aparatın struktur bölmələrinin rəhbərlərinə, şəhərin idarə, müəssisə və təşkilatlarına verilən və icrası barədə məlumat tələb edilən aşağıdakı tapşırıqları nəzarətə götürmək və onların icra müddətlərinə nəzarət etmək: a)İcra hakimiyyəti başçısının sərəncamlarında və əmrlərində verilən tapşırıqlar; b) xidməti sənədlərdə verilən tapşırıqlar; v) İcra hakimiyyəti başçısının yanında keçirilən müşavirələrin, görüşlərin, yığıncaqların protokollarında rəsmiləşdirilmiş tapşırıqlar.
21. İcra hakimiyyəti başçısının gerbli möhüründən başqa icra hakimiyyəti başçının aparatının digər möhür və ştamplarını iş otağındakı seyfində saxlamaq və icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq səlahiyyəti üzrə müvafiq qaydada istifadə etmək.
22. İcra hakimiyyəti başçısının göstərişi ilə qeydiyyata alınmış və icra olunmuş sənədlərdən istifadə etmək, sənədlərin surətlərini və sənədlərdən çıxarışları digər şəxslərə vermək.
23. Qanunvericiliyə uyğun olaraq sənədlərin Arxivə verilməsini təmin etmək.
24. Vəzifəsi üzrə rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək.
25. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”, “Dövlət qulluğu haqqında” Qanun və Azərbaycan Respublikasının digər müvafiq normativ hüquqi aktları ilə müəyyənləşdirilmiş aidiyyatı vəzifələri yerinə yetirmək.
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlqrının müdafiəsi üzrə komissiyanın məsul katibi
DÖVLƏT QULLUQÇUSUNUN QULLUQ FUNKSİYALARI
Dövlət qulluqçusu aşağıdakı qulluq funksiyasının icrasını öhdəsinə götürür:
1. Yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin qorunması, həyat şəraitinin yaxşılaşdırılması, sağlamlığının qorunması, tərbiyəsi, təhsil alması, işləməsi və istirahəti, baxımsızlığının profilaktikası sahəsində müvafiq proqramların işlənib hazırlanmasında iştirak etmək və onların icrasına nəzarət etmək.
2. Komissiyanın işi üçün lazım olan məlumatın təqdim olunmasını mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, təşkilatların və idarələrin müdiriyyətindən (işəgötürənindən) tələb etmək.
3. Yetkinlik yaşına çatmayanların tərbiyəsi, işə düzəldilməsi və ya təhsili ilə əlaqədar müvafiq dövlət orqanlarına, mülkiyyət formasından asılı olmayaraq müəssisələrə, idarələrə və təşkilatlara müraciət etmək.
4. Komissiyanın qərarını yerinə yetirmədikdə və ya komissiyanın yetkinlik yaşına çatmayanların pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpasına dair müraciətlərinə baxmadıqda vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması üçün müvafiq dövlət orqanları qarşısında məsələ qaldırmaq.
5. Cinayət törədərkən 14 yaşından 18 yaşınadək və Azərbaycan Respublikasının məhkəmələri tərəfindən məhkum olunmuş şəxslərin əfv olunması barədə Azərbaycan Respublikası Prezidenti yanında Əfv Məsələləri Komissiyası qarşısında vəsatət vermək.
6. Yetkinlik yaşına çatmayanların hüquqlarını pozan, yaxud yetkinlik yaşına çatmayanları qanunazidd əməllərə təhrik edən və cəlb edən şəxslərin məsuliyyətə cəlb olunması üçün müvafiq dövlət orqanlarına müraciət etmək.
7. Yetkinlik yaşına çatmayanların pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpası məqsədi ilə hər bir məsələ barəsində mülkiyyət formasından asılı olmayaraq müəssisələrə, idarələrə və təşkilatlara müraciət etmək.
8. Spirtli içkilər içən, narkotik vasitələr, psixotrop maddələr və onların analoqlarını qəbul edən yetkinlik yaşına çatmayanlar barəsində materialları müalicə-profilaktika və reabilitasiya tədbirlərinin həyata keçirilməsi üçün müvafiq səhiyyə müəssisələrinə göndərmək.
9. Yetkinlik yaşına çatmayanın müraciəti olduqda onunla bağlanmış əmək müqaviləsinin işə götürən tərəfindən ləğv edilməsinin əsaslılığını yoxlamaq.
10. Komissiyanın təşəbbüsü ilə qaldırılan və yetkinlik yaşına çatmayanın hüquqlarının və qanuni mənafelərinin qorunması ilə bağlı işlərin məhkəmədə baxılması zamanı iştirak etmək.
11. Vəzifəsi üzrə rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək.
12. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”, “Dövlət qulluğu haqqında” Qanun və Azərbaycan Respublikasının digər müvafiq normativ hüquqi aktları ilə müəyyənləşdirilmiş aidiyyatı vəzifələri yerinə yetirmək.
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu
DÖVLƏT QULLUQÇUSUNUN QULLUQ FUNKSİYALARI
Dövlət qulluqçusu aşağıdakı qulluq funksiyasının icrasını öhdəsinə götürür:
1. Ümumtəhsil məktəblərində və digər təhsil müəssisələrində, habelə mülkiyyət formasından asılı olmayaraq yetkinlik yaşına çatmayanların işlədikləri müəssisələrdə, təşkilatlarda və idarələrdə yetkinlik yaşına çatmayanlar arasında tərbiyə işinin təşkilini yoxlamaq.
2.Yetkinlik yaşına çatmayanları, onların valideyinlərini və ya digər qanuni nümayyəndələrini şəxsən qəbul etmək, onların şikayət və ərizələrinə baxmaq, şəxsi işləri ilə tanış olmaq.
3. Yetkinlik yaşına çatmayanların tərbiyəsi işində iştirak etməyə ictimayyəti cəlb etmək, ictimai tərbiyəçilər təyin etmək.
4. Yetkinlik yaşına çatmayanların qanunazidd əməllərinin törədilməsi səbəblərini öyrənmək və aradan qaldırmaq məqsədi ilə belə hallar haqqında öz iclaslarında baxılmış işlərin uçotunu təşkil etmək, ildə iki dəfədən az olmayaraq bu məlumatları vahid forma üzrə ümumiləşdirmək.
5. Komissiyanın iclasında baxılan məsələlər barədə məlumatlar və izahat almaq üçün vəzifəli şəxsləri, mütəxəssisləri və vətəndaşları komissiyanın iclaslarına dəvət etmək.
6. Cinayət etmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə müəyyən edilmiş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanlar barəsində müvafiq dövlət orqanları tərəfindən daxil olan materiallara baxmaq.
7. Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayyət törətmiş və cinayyət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş yaş həddinə çatmış yetkinlik yaşına çatmayan cəzadan azad edilməsi və təlim-tərbiyə və ya tibbi-tərbiyə müəssisəsinə göndərilməsi üçün məhkəmə qarşısında vəsatət vermək.
8. Vaxtından əvvəl qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsini yetkinlik yaşına çatmayanın tərk etməsi məsələsi ilə əlaqədar qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin müdiriyyətinin təqdimatı əsasında məhkəmə qarşısında vəsatət vermək .
9. Yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin qorunması, həyat şəraitinin yaxşılaşdırılması, sağlamlığının qorunması, tərbiyəsi, təhsil alması, işləməsi və istirahəti, baxımsızlığının profilaktikası sahsində müvafiq proqrmların işlənib hazırlanmasında iştirak etmək.
10. Vəzifəsi üzrə rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək.
11. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”, “Dövlət qulluğu haqqında” Qanun və Azərbaycan Respublikasının digər müvafiq normativ hüquqi aktları ilə müəyyənləşdirilmiş aidiyyatı vəzifələri yerinə yetirmək.
Kadrlar üzrə işin aparıcısı
DÖVLƏT QULLUQÇUSUNUN QULLUQ FUNKSİYALARI
Dövlət qulluqçusu aşağıdakı qulluq funksiyasının icrasını öhdəsinə götürür:
1. Dövlət qulluğunda kadrların idarə edilməsi üzrə qaydaların hazırlanmasında iştirak etmək;
2. Dövlət qulluğuna qəbulun qanunvericiliyə uyğun olaraq həyata keçirilməsi üçün müvafiq tədbirlər görmək;
3. Vakant dövlət qulluğu vəzifələri üzrə dövlət qulluğuna qəbul ilə bağlı müvafiq tədbirlər görmək;
4. Yevlax şəhər İcra Hakimiyyəti başçısı aparatı işçilərinin və ona tabe olan qurumların rəhbərlərinin şəxsi işlərinin "Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları"na uyğun olaraq tərtib etmək;
5. Vakant dövlət qulluğu vəzifələri üzrə aidiyyatı orqanlara məlumat vermək;
6. Ehtiyat kadr məsələləri üzrə müvafiq işlər görmək;
7. Dövlət qulluqçularının peşə-ixtisas hazırlığı, ixtisas artımı və yenidən hazırlanmaları ilə bağlı əlavə peşə təhsili sahəsində işlərin görülməsi üçün təkliflər vermək və ehtiyat kadr hazırlığına diqqəti artırmaq;
8. Kadr məsələləri ilə əlaqədar daxil olan məktub, ərizə, şikayət və təklifləri araşdırmaq və cavablandırmaq;
9. Dövlət qulluqçularının öz funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan məlumatların dövlət orqanları, təşkilatlar və vəzifəli şəxslərdən əldə edilməsi məqsədilə sorğular hazırlamaq və aidiyyatı üzrə müvafiq tapşırıqlar vermək;
10 . Vəzifəsi üzrə rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək.
11. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”, “Dövlət qulluğu haqqında” Qanun və Azərbaycan Respublikasının digər müvafiq normativ hüquqi aktları ilə müəyyənləşdirilmiş aidiyyatı vəzifələri yerinə yetirmək.
Memarlıq və tikinti şöbəsi
DÖVLƏT QULLUQÇUSUNUN QULLUQ FUNKSİYALARI
Dövlət qulluqçusu aşağıdakı qulluq funksiyasının icrasını öhdəsinə götürür:
1) Şəhərsalma, memarlıq və tikinti sahələrində öz səlahiyyətləri çərçivəsində yerli səviyyədə normativ tənzimləmənin həyata keçirilməsini təmin etmək.
2) Dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək.
3) Qanunvericiliklə müəyyən edilmiş qaydada yerli səviyyədə şəhərsalma, memarlıq və tikinti sahələrində dövlət nəzarətini həyata keçirmək.
4) Yaşayış məskənlərinin baş planlarının, müfəssəl planlaşdırma layihələrinin, yaşayış məskənlərinin hüdudları layihələrinin, sənaye qovşaqlarının, sanotoriya-kurort, istirahət və turizm kompleksiərinin baş sxemləri və layihələrinin, yaşayış məskənlərinin mühəndis – kommunikasiya xətlərinin sxem və layihələrinin, onlarda müvafiq dəyişikliklər nəzərdə tutan layihələrin hazırlanmasını təşkil etmək.
5) Şəhər ərazisində milli və tarixi irsin, şəhərsalma, memarlıq abidələrinin, təbii – mədəni landaşftın, digər qoruq ərazilərinin saxlanması, mühafizəsi və zənginləşdirilməsi məqsədilə İcra Hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə tədbirlər görülməsini təmin etmək.
6) Şəhər ərazisində aparılan abadlıq işlərində, yeni inşa olunan obyektlərdə estetik gözəlliyi, müasirliyi, milli memarlıq üslubunu təmin etmək.
7) Müvafiq dövlət orqanları və yerli özünüidarəetmə orqanları ilə birlikdə məskunlaşmış ərazilərin mövcud təbii və geoloji şəraitinin yararlı olmasını nəzərə almaqla, onların inkişaf istiqamətlərini və memarlıq planlaşdırma stuktularını müəyyən etmək.
8) Müvafiq dövlət orqanları ilə birlikdə məskunlaşma ərazilərinin və sistemlərinin təhlükəli təbii proseslərdən və hadisələrdən mühafizəsi üçün tədbirlərin hazırlanmasında iştirak etmək.
9) Tikilməkdə və istismarda olan bina və qurğularda qəza vəziyyəti yarandığı hallarda müvafiq dövlət orqanları ilə birlikdə onun səbəblərinin araşdırılması və bərpa işləri üçün tədbirlərin hazırlanmasında iştirak etmək .
10) Təsdiq edilmiş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsinə rəy vermək.
11) Müvafiq qaydada təsdiq olunmuş şəhərsalma sənədləri olmadıqda və ya şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi zamanı baş planlarda, müfəssəl planlaşdırma və ərazi – tikinti layihələrində və mövcud ərazilərin memarlıq – planlaşdırma həllərində dəyişiklik edilməsi tələb olunduğu hallarda bu dəyişikliklərə razılıq vermək və qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən rəy alınmasını təşkil etmək.
12) Şəhərsalma sənədlərinin, yaşayış və ictimai binaların, onların komplekslərinin, kommunal təsərrüfat bina və qurğular həmçinin sənaye kənd təsərrüfatı obyektlərin tikintisi, genişləndirilməsi və yenidən qurulmasının memarlıq həlləri üzrə layihələrinə baxılması və razılaşdırılmasını təmin etmək.
13) Unikal binaların memarlıq – planlaşdırılma həllərinin qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində razılaşdırılmasını təşkil etmək.
14) Təsdiq olunmuş şəhərsalma sənədlərinə və ya şəhərsalma əsaslandırılmasına əsasən obyektlərin tikintisi, yenidən qurulması, genişləndirilməsi üçün torpaq sahələrinin ayrılması və onların layihələndirilməsi üzrə texniki şərtlər və memarlıq planlaşdırılma tapşırığı, torpaqlardan istifadə rejimi, onların sərhədləri üzrə qrafik və mətin materiallardan ibarət tikinti pasportunu hazırlamaq, müvafiq qaydada tərtib olunmuş smetalara uyğun olaraq dəyəri ödənilməklə sifarişçilərə təhvil vermək.
15) Obyektlərin yerləşdirilməsi üçün ayrılmış sahələrdə qırmızı xətləri və digər tənzimləmə xətlərini, mühəndis - kommunikasiyaların çəkilişi xətlərini reperləri təhvil verərək sahələrin sərhədlərini naturada göstərmək.
16) Tikintisi başa çatmış obyektlərin istismara qəbulu üzrə komissiyaların işində iştirak etmək.
17) Öz səlahiyyətləri daxilində əhalinin müvafiq sahədə hüquqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq.
18) Yerli səviyyədə dövlət şəhərsalma kadastrını yaratmaq və aparmaq.
19) Şöbənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək.
20) Şöbənin fəaliyyət sahəsinə aid daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görmək.
21) Vəzifəsi üzrə rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək.
22)“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”, “Dövlət qulluğu haqqında” Qanun və Azərbaycan Respublikasının digər müvafiq normativ hüquqi aktları ilə müəyyənləşdirilmiş aidiyyatı vəzifələri yerinə yetirmək.
İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi
DÖVLƏT QULLUQÇUSUNUN QULLUQ FUNKSİYALARI
Dövlət qulluqçusu aşağıdakı qulluq funksiyasının icrasını öhdəsinə götürür:
1. Yerli İcra Hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirmək, vəzifə və səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər vermək;
2. Əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənərək, yerli icra hakimiyyətinin başçısına təkliflər vermək;
3. Nümayəndəliyin fəaliyyətini təsdiq edilmiş perspektiv iş planları əsasında təşkil etmək;
4. Ərazidə fəaliyyət göstərən dövlət qurumları ilə, habelə bələdiyyələrlə, qeyri-hökumət təşkilatları ilə və digər təşkilatlarla nümayəndəliyin qarşılıqlı fəaliyyətini təmin etmək;
5. Ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumların (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) fəaliyyətini yerli icra hakimiyyəti başçısının müəyyən etdiyi məsələlər üzrə əlaqələndirmək;
6. Ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmaq;
7. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 46.4-cü, 46.5-ci, 46.15-ci və 87.6-cı maddələrinə uyğun olaraq, daimi seçici siyahılarına daxil edilmək üçün ərazidə altiv seçki hüququna malik olan seçicilər haqqında məlumatları yerli icra hakimiyyəti başçısına təqdim etmək, seçki məntəqələrinin ərazilərində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün yerlərin müəyyənləşdirilməsinə dair yerli icra hakimiyyəti başçısına təkliflər vermək;
8. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasınin Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirmək, onların ərizə, şikayət və təkliflərinə baxmaq, lazımi tədbirlər görmək və nəticəsi barədə vətəndaşlara məlumat vermək;
9. Ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar vermək;
10. İlin yekunları ilə bağlı hesabat yığıncağında əhaliyə (ictimaiyyətə) nümayəndəliyin fəaliyyəti haqqında məlumat vermək;
11. Nümayəndəliyin işçiləri (inzibati vəzifə tutan işçilər istisna olmaqla) barədə həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək;
12. Səlahiyyətləri çərçivəsində əmrlər vermək;
13 .Vəzifəsi üzrə rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək;
14.“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”, “Dövlət qulluğu haqqında” Qanun və Azərbaycan Respublikasının digər müvafiq normativ hüquqi aktları ilə müəyyənləşdirilmiş aidiyyatı vəzifələri yerinə yetirmək.