Şriftin ölçüsü :

Saytın rəngi :

İcra hakimiyyətinin başçısı

Tağıyev Anar Aqil oğlu 

25 mart 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə Bakı şəhəri 1 saylı orta  məktəbini, 2001-ci ildə Bakı Dövlət Universitetini, 2005-ci ildə isə Moskva Dövlət Vilayət Universitetini bitirmişdir. Təhsil aldığı müddətdə 1999-cu ildən 2002-ci ilədək “Eurostyle” şirkətində ümumi işlər üzrə hüquqşünas,  2006-cı ildə H.Əliyev adına Bakı Dərin Özüllər zavodunun Birgə layihələr şöbəsində mühəndis vəzifəsində çalışmışdır. 2006-2008-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləmişdir. 2008-2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin “İctimai təşkilatlar və siyasi partiyalarla iş” şöbəsinin, 2010-2011-ci ilədək “Ərazi idarəetmə və yerli özünü idraəetmə oraqanları ilə iş” şöbəsinin müdiri, 2011-ci ildən isə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2019-cu il tarixli 1527 nömrəli Sərəncamı ilə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı təyin edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti Cənab  İlham Əliyevin  22 iyun 2019-cu il tarixli Sərəncamı ilə  “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.

2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir,  3 övladı var.

Keçidlər