Rayon idarələri
Statistika idarəsi
Dövlət Statistika Komitəsinin Yevlax Şəhər Statistika
İdarəsi Haqqında
Yevlax Şəhər Statistika İdarəsi 916 hüquqi və 17831 fiziki şəxsdən qanunvericiliyə uyğun olaraq müəyən olunmuş qaydada məlumatların toplanmasını, yoxlanmasını və təhlilini təmin edir.
Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq mövcudluğu dövründə (1918-1920) ölkə ərazisində statistik məsələlərə rəhbərlik edən vahid orqanın yaradılmasına tam nail olunmasa da, ayrı-ayrı nazirliklərin tərkibində statistika ilə bağlı müəyyən qurumlar yaradılmışdır. Bu qurumlar 15 noyabr 1918-ci il tarixindən Dövlət Əmlakı və Əkinçilik Nazirliyinin tərkibində Statistika şöbəsi və 1919-cu il iyul ayından isə Əkinçilik Nazirliyinin Torpaq Fondu şöbəsində Statistika bürosu kimi fəaliyyətdə olmuşdur. 1920-ci il iyulun 8-də Nəriman Nərimanovun imzası ilə Azərbaycan İnqilab Komitəsi tərəfindən statistiklərin müvəqqəti kollegiyası haqqında əsasnamə təsdiq edilmişdir. 1924-cü ildən Azərbaycan ərazisində yerli statistika orqanlarının yaradılmasına başlanmış və sonrakı illərdə bütövlükdə yerlərdə statistika orqanlarının yaradılması həyata keçirilmişdir. 1928-ci il sentyabrın 28-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi və Azərbaycan SSR Xalq Komissarları Şurası Azərbaycan SSR Mərkəzi Statistika İdarəsi haqqında yeni əsasnamə təsdiq edir. 1948-ci ilin avqustunda respublika Mərkəzi Statistika İdarəsi Dövlət Plan Komissiyasından ayrılaraq, SSRİ Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsinə tabe olur. Bu, statistika orqanlarının işinin yaxşılaşdırılması üçün böyük əhəmiyyət kəsb edirdi. 1987-ci ildə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsi Azərbaycan SSR Dövlət Statistika Komitəsinə çevrilir və Azərbaycan SSR Nazirlər Kabinetinin 30 mart 1988-ci il tarixli qərarı ilə Azərbaycan SSR Dövlət Statistika Komitəsi haqqında əsasnamə təsdiq edilir. 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən 18 fevral 1994-cü ildə "Statistika haqqında" Azərbaycan Respublikasının Qanunu imzalanmışdır. Qanunda Avropa İqtisadi Komissiyasının 1992-ci il aprelin 15-də Cenevrədə keçirilən 47-ci sessiyasının qərarı ilə təsdiq edilmiş.
Yevlax Şəhər Statistika İdarəsi rayonda (şəhərdə) statistik məlumatların vaxtında toplanmasını, təhlilini və yoxlanmasını həyata keçirir. Rayonun (şəhərin) sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyətini xarakterizə edən rəsmi statistik məlumatları hazırlayır, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. Rəsmi statistika hesabatı və statistik müayinə formaları əsasında zəruri statistik məlumatların əldə olunmasını, habelə dövlət (region) müşahidələrinin aparılması üçün müvafiq rayonun (şəhərin) ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər tərəfindən lazım olan məlumatların elektron formada Dövlətstatkomun internet səhifəsində real-vaxt rejimində təqdim edilməsini təşkil edir. Siyahıyaalmaların və seçmə statistik müşahidələr aparır. İlkin məlumatların məxfiliyini təmin etməklə, rayonun (şəhərin) sosial-iqtisadi və demoqrafik vəziyyətini xarakterizə edən statistik materiallarla yerli icra hakimiyyəti orqanlarını və digər istifadəçiləri təmin edir. Tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi şəxslərdən (onların nümayəndəlik və filiallarından) və fiziki şəxslərdən, o cümlədən rayonun (şəhərin) ərazisində qeydiyyatdan keçən və rayonun (şəhərin) ərazisində fəaliyyət göstərən xarici hüquqi şəxslərin nümayəndəliklərdən, filiallarından qanunvericilik aktlarına uyğun olaraq Dövlətstatkom tərəfindən müəyyən edilmiş qaydada, həcmdə və müddətlərdə haqqı ödənilmədən dolğun və etibarlı statistik məlumatlar alır. Statistik vahidlərdən yığılmış məlumatlar əsasında ümumiləşdirilmiş nəticələrin tərtib və təhlil olunmasını, statistik məcmuələr, bülletenlər və digər statistik materialların nəşr və dərc etdirilməsini təşkil edir.
Statistika idarəsi 1961-ci ildən fəaliyyətə başlamış, işçilərin sayı 15 nəfər təşkil edir.
Ünvan: Yevlax şəhəri, C.Mustafayev-57
Telefon: 022-336-24-80
022-336-16-73
022-336-47-29
Rəhbərlik haqqında məlumat |
|
Adı, soyadı və atasının adı: |
Cəfərov Saleh Heydər oğlu |
Təvəllüdü və doğulduğu yer: |
01.07.1984 Yevlax rayonu |
Təhsili: |
Ali |
Stajı: |
16 il 4 ay |
Neçənci ildən müəssisənin rəhbəridir: |
2023 |
Ailə üzvlərinin sayı: |
7 nəfər |
Qəbul qrafiki |
|||
Vəzifəsi |
Soyadı, adı və atasının adı |
Əlaqə telefonları |
Qəbul günləri və saatları |
Müdir |
Cəfərov Saleh Heydər oğlu |
022-336-24-80 |
I-V günlər 9:00-18:00 |
Müdir müavini |
vakant |