Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Rayon Gigiyena və Epidemiologiya Mərkəzi

Yevlax Rayon Gigiyena və Epidemiologiya Mərkəzi

Yevlax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əsas fəaliyyəti rayon əhalisinin sağlamlığının qorunması, infeksion, parazitar xəstəliklərin və kütləvi qida zəhərlənmələrinin qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsindən ibarətdir. Əsas istinad etdiyi qanun “Sanitariya–Epidemioloji Salamatlıq haqqında “ Azərbaycan Respublikasının Qanunudur.Yevlax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin struktur bölmələri aşağıdakılardır:

  • Epidemioloji şöbə
  • Sanitar-gigiyena şöbəsi
  • Bakterioloji laboratoriya
  • Sanitar-kimyəvi laboratoriya

Epidemioloji şöbə yoluxucu xəstəliklərə qarşı profilaktika peyvənd işləri və parazitar xəstəliklərə qarşı mübarizə və profilaktika işini yerinə yetirir.Sanitariya gigiyena şöbəsi 5 bölmədən ibarətdir:

  • Kommunal Gigiyena Bölməsi
  • Əməyin Gigiyenası və Ətraf Mühitin Mühafizəsi Bölməsi
  • Uşaq və Yeniyetmələrin Gigiyenası Bölməsi
  • Sanitar-kimyəvi laboratoriya

Kommunal Gigiyena Bölməsi: rayon üzrə bərk məişət tullantılarının daşınması, içməli su təchizatı, kanalizasiya sistemi, apteklər, çamaşırxanalar, gözəllik salonları, müalicə - profilaktika müəssisələrinə sanitariya nəzarətini həyata keçirir: Bölmədə   həkim-gigiyenist yoxdur 2 sanitar-feldşer, fəaliyyət göstərir.
 

Əməyin Gigiyenası və Ətraf Mühitin Mühafizəsi Bölməsi: Bölmədə  həkim-gigiyenist, sanitar-feldşer, yoxdur.

Uşaq və Yeniyetmələrin Gigiyenası Bölməsi: məktəblərdə, bağçalarda, texniki-peşə məktəblərində, uşaq müəssisələrində olan mütəşəkkil uşaq kontingenti arasında yoluxucu xəstəliklərin profilaktikası. Bölmədə  həkim-gigiyenist yoxdur,  1 sanitar-feldşer fəaliyyət göstərir.
 

Sanitar –Kimyəvi laboratoriyada:   götürülən su nümunələrin sanitar müayinəsi aparılır Laboratoriyada 2 həkim-laborant, 1 sanitar feldşer fəaliyyət göstərir.
 

Bakterioloji laboratoriyada: əsasən su və ərzaq məhsullarının nümunələri, bakterioloji müayinəsi aparılır. Bu sahədə 2 həkim və 2 feldşer – laborant fəaliyyət göstərir.
Müəssisə 1939-cü ildən fəaliyyət göstərir, işçilərin sayı 78 nəfərdir.
Əlaqə telefonu: (022) 336-33-97
Ünvan : Yevlax şəhəri, Q.Quliyev küçəsi 06

Rəhbərlik haqqında məlumat
Adı, soyadı və atasının adı: Ələkbərov Tofiq İsax oğlu
Təvəllüdü və doğulduğu yer: 15.12.1958
Təhsili: Ali
Stajı 40 il
Neçənci ildən müəssisənin rəhbəridir: 2022
Ailə üzvlərinin sayı: 5 nəfər

Sanitariya şöbə müdiri və epidemiologiya şöbə müdiri vəzifələri vakant olaraq tutulmamışdır.

 

 

 

Keçidlər