Şriftin ölçüsü :

Saytın rəngi :

Idman

Məlumat

Rayonda idmanın 9 növü (sərbəst güləş, yunan-roma güləşi, sambo, cüdo, futbol, voleybol, ağır atletika, taekvando, şahmat) ilə 3664 nəfər məşğul olur ki, onlardan 721 nəfəri qızlardır. Rayon idmançılarından 2012-ci ildə şahmat idman növü üzrə gənclər arasında Fariz Əhmədov ölkə çempionu olmuşdur. İdmanın ağır atletika növü üzrə İsmayılov Hüseyn gənclər arasında 2017-ci ildə Azərbaycan çempionu və Avropa çempionatında  III yer tutmuşdur. Mirzəyev Aslan 2016-cı ildə gənclər arasında keçirilən Dünya çempionatında III yeri tutumuşdur. Mirzəyev Aslan həmçinin Cüdo idman növü üzrə gənclər arasında avropa kubokunun da qalibi olmuşdur. Mahmudlu Kinyaz Cüdo idman növü üzrə yeniyetmə və gənclər arasında 5 qat Azərbaycan çempionu və Beynəlxalq turnirin qalibi olmuşdur. Sərbəst güləş idman növü üzrə Vüqar Qarayev gənclər arasında  I yeri, Həsənov Nəsir 2016-cı ildə yeniyetmələr arasında dünya çempionatında II yeri və 2017-ci ildə gənclər arasında keçirilən dünya çempionatında III yeri, Ocayev Müşviq gənclər arasında Respublika birinciliyində III yeri tutmuş, Birgül Sultanova Respublika çempionu olmuşdur.  
Şəhərin 4 yaşayış massivində yeni inşa olunmuş idman meydançaları, şəhər 9 saylı orta məktəbdə süni ot örtüklü, şəhər 1,2,5,7,8 saylı orta məktəblərdə təbii ot örtüklü stadionlar yeniyetmə və gənlərin istifadəsindədir.
2009-cu ildə istifadəyə verilmiş Gənclər Evində mini-futbol meydançası, voleybol və basketbol meydançası, 72 nəfərlik akt zalı, gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün kafe və internet klub fəaliyyət göstərir. 
5000 yerlik “Karvan“ futbol klubunun stadionunun bir əsas oyun, bir təlim-məşq üçün yardımçı meydançası vardır. Əsas meydança beynəlxalq standartlara uyğun olmaqla tribunaların üstü örtülmüş, drenaj və avtomatik suvarma qurğusu ilə təmin edilmişdir. Meydançada elektron tablo və kompüterlə idarə olunan işıqlandırma sistemi, əsas meydançada rahat plastik oturacaqlar quraşdırılmışdır. Stadionda şərəf tribunası, yerli və qonaq komanda üçün ayrılıqda soyunub-geyinmə otaqları, sanitar qovşağı, hakimlər üçün otaq, həkim otağı  vardır.
“Karvan” idman klubunun bazası iki mərtəbəlidir. Baza idmançıların yaşaması və istirahət etməsi üçün inşa edilmişdir. Otaqlar iki nəfərlik olmaqla hər cür rahatlığı vardır.

Keçidlər