Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda “Nizami Gəncəvi ili”çərçivəsində tamaşa nümayiş etdirilib

17 dekabr 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli  Sərəncamı ilə ölkəmizdə 2021-ci il klassik Azərbaycan şairi “Nizami Gəncəvi ili” elan edilmişdir. Yevlax Şəhər İcra Hakimiyyətinin  tədbirlər planına əsasən Yevlax Şəhər Mədəniyyət Mərkəzi və Mərkəzin filialı olan  Şəhər Yaradıcılıq evinin təşkilatçılığı ilə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş “Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi” adlı teatrlaşdırılmış ədəbi-bədii musiqili kompozisiya nümayiş etdirilib.Tamaşa izləyicilərinin alqışlarıyla qarşılanıb.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tamaşa nümayişindən sonra Şəhər rəhbəri mədəniyyət işçilərinə təşəkkürünü bildirib.

 

 

Keçidlər