Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Dövlət Bayrağı Günü münasibətilə “Bayraq yürüşü” keçirilib

09 noyabr 2021 | 16:00


“9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” ilə əlaqədar Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə bayraq yürüşü keçirilmişdir. Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın, xüsusilə bayrağımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır. 500-dək yeniyetmə və gəncin qatıldığı yürüş Ümummilli Lider Heydər Əliyevin abidəsindən başlayaraq Bayraq Meydanınadək davam etmişdir. 
Yürüşdən sonra Şəhərin Mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsinin önündə konsert proqramı təşkil edilmişdir. Konsertdə vətənpərvərlik mövzusuna həsr olunmuş musiqi nömrələri səsləndirilmiş, “Qarabağ inciləri-Bayraq rəqs kompozisiyası” nümayiş etdirilmişdir.

Keçidlər