Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Şəhidin ad günü qeyd edilib

11 oktyabr 2021 | 16:00


Vətən müharibəsində şəhid olan Yevlax  rayonunun Aşağı Qarxun kənd sakini Özal İdris oğlu Yusiflinin ad günü ilə əlaqədar uyuduğu Yevlax Şəhidlər Xiyabanında məzarı başında mərasim keçirilib.
Şəhər icra hakimiyyətinin məsul işçilərinin,YAP Yevlax rayon təşkilatının əməkdaşları, kənd sakinlərinin, ictimaiyyət nümayəndələrinin və yaxınlarının iştirak etdikləri mərasimdə torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, şəhid Özal Yusiflinin məzarı üstünə çiçəklər düzülüb.
Çıxışlarda şəhidin 28 illik qısa, şərəfli həyat yolundan bəhs olunub, xatirələr dilə gətirilib, ötən il sentyabrın 27-dən başlanan və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başa çatan Qələbənin tarixi əhəmiyyətindən danışılıb.
Özal Yusifli 11.10.2021-ci ildə Yevlax rayonunun Aşağı Qarxun kəndində anadan olub. Vətən müharibəsində Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu kimi iştirak edərək Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Daha sonra Şəhər İcra Hakimiyyətinin tövsiyyəsi ilə Şəhidin xatirəsinə Gənclər və İdman İdarəsi tərəfindən keçirilən taekvando üzrə şəhər birinciliyinin, Yevlax Uşaq Gənclər İdman Şahmat məktəbi tərəfindən keçirilən mini futbol turnirinin qaliblərinə  Fəxri Fərmanlar, medallar və hədiyyələr şəhidin ailə üzvləri tərəfindən təqdim edilib.
Qeyd edək ki, Özal Yusifli ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamları ilə “Suqouvuşanın azad olunmasına görə”,“Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Mərasimdə şəhidin ailəsi onlara göstərilən dövlət dəstəyinə, diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə edib.

Keçidlər