Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Əhməd Amanovun ad günü məzarı başında qeyd edilib

04 sentyabr 2021 | 16:00

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Yevlax rayonunun Salahlı kəndindən olan Amanov Əhməd Tahir oğlununun ad günü uyuduğu Salahlı kənd qəbiristanlığında məzarı yanında qeyd olunub.
Mərasimdə Yevlax Şəhər icra hakimiyyətinin məsul işçiləri, şəhidin yaxınları, kənd sakinləri iştirak ediblər. İştirakçılar şəhidin məzarı üzərinə gül-çiçək dəstələri düzüblər.
Anım mərasiminin iştirakçıları şəhidin həyat yolundan danışaraq Vətən uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsinin daim uca tutulacağını, tarix yazan qəhrəman şəhidlərin and yerinə, ziyarət məkanına çevriləcəyini bildiriblər.
Əhməd Amanov 2020-ci il sentyabrın 28-də Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Şəhidimiz ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev tərəfindən "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Yevlax Uşaq Gənclər İdman Şahmat məktəbi tərəfindən Şəhidin xatirəsinə şahmat turniri,Şəhidin təhsil aldığı Salahlı kənd tam orta məktəb tərəfindən  isə şer müsabiqəsi keçirilib. Yarışın və müsabiqənin qaliblərinə  Fəxri Fərman və hədiyyələr şəhidin ailə üzvləri tərəfindən təqdim edilib.
Şəhid Əhmədin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə edib və buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər