Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 22 İyul-Milli Mətbuat Günü qeyd olundu

22 iyul 2021 | 16:00

Milli Mətbuat Günü münasibəti ilə Yevlaxda kütləvi informasiya vasitələri nümayəndələri ilə görüş keçirildi.Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Şəhər İcra Hakimiyyəti Başçısının müavini Ceyhun Kərimxanov jurnalistləri 22 İyul – Milli Mətbuat günü münasibəti ilə təbrik edərək bildirdi ki,  Azərbaycan milli mətbuatı özünəməxsus ənənələr yaratmış və şanlı jurnalistlər nəsli yetişdirmişdir. Bu gün hamımızın bayramıdır. Qeyd olundu ki, Azərbaycanda demokratik mətbuatın formalaşmasında, azad fikrin ifadəsi yolunda ulu öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar əvəzsiz olmuşdur. Ümummilli lider Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirmiş, Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək vermişdir. Çox əlamətdar və xoş haldır ki, mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir. Dövlət başçımızın Sərəncamına əsasən KİV işçiləri üçün inşa edilmiş yaşayış binaları bunun bariz nümunəsidir. 

Sonra Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Hümbət Əhmədov, Yevlaxda çıxan “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, “EL” Televiziyasının məsul redaktoru Rəhman Əsədov, “EL” Televiziyasının müxbiri Daşqın Abdullayev, KİV-lərin Bölgə müxbirləri Tahir Ağaməmmədov (AZƏRTAC), Novruz Vəliyev  ("Real TV"), Rahim Məmmədov ("Xəzər TV") öz çıxışlarında ölkəmizdə mətbuat işçilərinə yaradılan şəraitə, onlara göstərilən diqqətə görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci Vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Xüsusi karantin qaydalarına uyğun olaraq təşkil edilmiş süfrə arxasında jurnalistlər yaradıcılıq planlarından danışdılar.
Sonda mətbuat nümayəndələrinə Şəhər İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanlar və mükafatlar təqdim edildi.

Keçidlər