Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Şəhid Vüqar Bahadurzadənin doğum günü qeyd olundu

22 iyul 2021 | 16:00



Yevlax rayonunun Malbinəsi kənd sakini, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Bahadurzadə Vüqar Məmməd oğlunun ad günü şəhidin məzarı önündə  Yevlax  şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, şəhidin ailə üzvləri ilə birgə qeyd olundu.
  Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Daha sonra tədbir şəhidin Malbinəsi kəndindəki evində davam etdirildi. Burada tədbir iştirkaçıları şəhid Vüqar Bahadurzadənin keçdiyi qısa və mənalı həyat yolundan söz açaraq, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsinin daim uca tutulduğunu, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevrildiyini bildirdilər. Həmçinin Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açılmış və qəhrəman oğullarımızın qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən  azad etdikləri qeyd edilmişdir.
Qeyd edək ki, Şəhid Bahadurzadə Vüqar  1993-cü ilin iyulun 22-də Yevlax rayonunun Malbinəsi kəndində anadan olub. Vətən müharibəsində Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Hərbi Qulluqçusu kimi iştirak edən Vüqar Bahadurzadə 15.10.2020-ci ildə  Suqovuşan istiqamətində düşmənə qarşı aparılan döyüşlərdə igidlik göstərərək şəhidlik zirvəsinə yüksəlmişdir. Vətən müharibəsində  göstərdiyi qəhrəmanlıqlara görə  ölümündən sonra Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”,“Suqovuşanın azad olunmasına görə “ medalları ilə təltif olunub.
Yevlax Şəhər İcra Hakimiyyətinin tövsiyəsi ilə şəhidlərin xatirəsinə Şəhər Uşaq Gənclər İdman Şahmat məktəbi onlayn şahmat turniri keçirmiş, qaliblərə fəxri fərmanlar şəhidlərin ailə üzvləri və yaxınları tərəfindən təqdim edilmişdir.
  Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya ailəsi adından təşəkkürünü bildirdi.

Keçidlər