Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş futbol turniri keçirilir

09 iyul 2021 | 16:00


Yevlaxda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş futbol turnirinə start verilib. Yevlax Şəhər İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin,Yevlax Gənclər Evi Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə təşkil olunan yarış Yevlax rayonun kənd və qəsəbə sakinlərindən ibarət komandalar arasında keçirilir.
Şəhər stadionda düzənlənən açılış mərasimində Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının  Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaliq Əliyev, Gənclər və İdman İdarəsinin rəis əvəzi Samir Kərimov, YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Rafiq Əliyev, Yevlax Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru Elgün Əzizov  şəhid ailələri və rayon idmansevərləri çıxış edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini anıblar, onların ruhuna dualar oxuyublar.
Qeyd edək ki, turnirdə 16 komanda iştirak edir. Dairəvi sistem üzrə keçirilən yarış iyul ayının 23-də bitəcək. Qaliblərə kubok, medal və diplomlar veriləcək.

Keçidlər