Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda növbəti qəbul keçirilib

06 iyul 2021 | 16:00


Qəbulda vətəndaşları narahat edən məsələlər Şəhər rəhbəri tərəfindən dinlənilib, səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Bir sıra məsələlər yerindəcə öz həllini tapıb. Digər müraciətlər isə araşdırılaraq, qanunamüvafiq qaydada həll edilməsi və müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Qəbul günü Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev bir qrup Vətən müharibəsi Şəhid ailələrini və qazilərini  karantin qaydalarının tələblərinə əməl etməklə fərdi şəkildə qəbul etdi. Şəhid ailələrinin və qazilərin qaldırdıqları məsələlər dinlənildi və həlli araşdırma tələb edən məsələlər aidiyyatı orqanlara çatdırılması üçün qeydiyyata alındı. Qəbula iştirak edən şəhid ailələri və qazilər onların müraciətlərinin həssaslıqla dinlənilməsindən məmnunluqlarını bidirərək, şəhid ailələrinə göstərilən diqqət və qayğıya  görə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Keçidlər