Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax şəhər İcra Hakimiyyəti Başçısı aparatının yevlaxlı məzunları “Son Zəng” Günü münasibətilə təbriki

14 iyun 2021 | 16:00


Əziz məzunlar !


Sizlərin hər birinizi  “Son zəng” münasibətilə səmimi-qəlbdən təbrik edir, gələcək həyat yollarınızda böyük uğurlar arzulayırıq.
İnsan həyatında elə günlər olur ki, ömür boyu unudulmur.  Bu yaddaqalan, hər an xatırlana biləcək günlərdən biri də “Son zəng” günüdür. Uşaqlığımızın ən çılğın, ən qayğısız vaxtları məktəb illərində olur. Hər dəfə məktəbdən söz düşəndə, məktəbi görəndə ürəyimiz sızıldayır, qəlbimizin dərinliklərindən “kaş o günlərə dönə biləydim” arzusu keçir.
Bu il Yevlaxdakı ümumtəhsil məktəblərini 1057 nəfər məzun bitirərək müstəqil həyata qədəm qoyur. Qarşıda Sizi ali və orta ixtisas məktəblərində, peşə liseylərində təhsil illəri, qaynar iş həyatı gözləyir. İnanırıq ki, Sizlər bundan sonrakı fəaliyyətinizlə də valideynlərinizi və müəllimlərinizi ürəkdən sevindirəcək, cəmiyyətimizə layiq vətəndaşlar olacaq, Yevlaxımızın adını daima uca tutacaqsınız. Daim Sizin xoş soraqlarınızı eşitmək hər birimizin ən böyük arzusudur.
Hansı sahədə çalışmağınızdan asılı olmayaraq Sizin hər biriniz doğma ölkəmizin tərəqqisinə öz töhfələrinizi verməli, vətənimizə layiqli övladlar olmalısınız. Unutmayın ki, Siz gənclər sabahın layiqli qurucularısınız. Vətənimiz hər sahədə Sizə arxalanır.
Bir daha “Son Zəng” Günü münasibətilə hər birinizi ürəkdən təbrik edir, gələcək həyat yollarında Sizə yeni nailiyyətlər arzulayırıq. Qoy məktəb illərinin “Son Zəng” i gələcək və xoşbəxt həyatınızın müjdəçisi olsun.

Keçidlər