Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda vaksinasiya prosesi uğurla davam etdirilir

09 aprel 2021 | 16:00


“Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Yevlaxda da vaksinasiya prosesi uğurla davam etdirilir.
Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri tərəfindən vaksinasiyanın həyata keçirildiyi Yevlax Ailə Sağlamlıq Mərkəzində prosesin gedişinə nəzarət edilir. Peyvənd olunan vətəndaşlara həyata keçirilən vaksinasiya prosesinin onların sağlamlığı üçün vacibliyi və bu sahədə dövlətimizin gördüyü işlərlə bağlı ətraflı məlumat verilir.Həmçinin Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən COVID-19 əleyhinə peyvəndlənmə barədə rayon sakinləri arasında aktiv maarifləndirmə və təbliğat işləri həyata keçirilir.

Keçidlər