Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Yevlax sakini Nicat Quliyevin ad günü qeyd olunub

08 aprel 2021 | 16:00

Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Yevlax şəhər sakini Nicat Quliyevin doğum günü onun dəfn edildiyi Yevlax şəhər Şəhidlər Xiyabanında anıldı. Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları xüsusi karantin rejimi qaydalarına uyğun şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüblər Sonra şəhidin evində valideyinləri və ailəsi ilə birlikdə onun keçdiyi şərəfli döyüş yolundan danışılıb. Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Ölkəmizin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.

Keçidlər