Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax rayonunun Qaraoğlan kəndinə yeni yol çəkilir.

08 fevral 2021 | 16:00

 

Ölkə başçısı cənab  İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strategiyasının əsas hədəflərindən biri də Azərbaycanı  yüksək infrastruktur təminatına malik ölkəyə çevirməkdən ibarətdir.  Dövlət başçısının müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan Regionların Sosial-iqtisadi İnkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən müxtəlif layihələr Azərbaycanın simasını dəyişib və respublikamızı infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb.
Yevlax rayonunda digər sahələrlə yanaşı yol tikintisi sahəsində də diqqətəlayiq işlər görülür. Əvvəllər bərbad vəziyyətdə olan Qaraoğlan kəndinə uzanan yol hazırda yenidən qurulur, bura yeni  asfalt vurulur.
Kənd sakinləri illərdir yollarının bərbad olduğunu, heç vaxt belə rahat yola malik olmadıqlarını qeyd edərək belə müasir asfalt yol çəkildiyinə və kənddə yaşayan insanların sosial qayğılarını ardıcıl həll etdiklərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər