Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax şəhərində ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə anım mərasimi keçirilib.

09 dekabr 2019 | 16:00

Yevlax şəhərində ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə anım mərasimi keçirilib. Heydər Əliyev Sarayında keçirilən tədbirdə rayon ictimaiyyəti, ziyalılar, idarə, müəssisə və təşkilatların nümayəndələri, ağsaqqallar, gənclər iştirak ediblər.

Tədbirin aparıcısı Şuşa Dövlət Teatrının aktyoru, Əməkdar artist Nazir Rüstəmov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif məqamlarından, xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətlərindən danışıb. Bildirilib ki, 16 il əvvəl dekabr ayında müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyev əbədiyyətə qovuşub. Çox illər keçəcək, lakin xalqımız müdrikliyi və sarsılmaz mətnliyi sayəsində Azərbaycanın xoşbəxt gələcəyini təmin etmiş bu dahi insanı heç zaman unutmayacaqdır. Qeyd olunub ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bugünkü dayanıqlı inkişaf Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində uğurla davam edir. Səhnədəki monitorda ulu öndər Heydər Əliyevin həyatını və siyasi fəaliyyətini əks etdirən videogörüntülər fonunda Dövlət Kamera Orkestrinin konserti təqdim olunub.Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev jurnalistlərə müsahibəsində deyib: "Ulu öndər Heydər Əliyevin xatirəsi hər bir azərbaycanlı üçün doğmadır, əzizdir. Heydər Əliyev olmasaydı, bugünkü müstəqil Azərbaycan da olmazdı. Bu gün Ulu Öndər cismən bizimlə deyil. Amma Prezident İlham Əliyevin apardığı uğurlu siyasət, birinci xanım Mehriban Əliyevanın gördüyü böyükmiqyaslı işlər və xalqın bu işlərə verdiyi dəstək bir daha göstərir ki, Azərbaycanda bu gün də Heydər Əliyev ideyaları yaşayır və yeni-yeni nailiyyətlər əldə edir".

Keçidlər