Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin Başçısı Ölkə Prezidenti Cənab İlham Əliyevə təşəkkür etdi.

14 noyabr 2019 | 16:00

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı cənab Anar Tağıyev Kənd, qəsəbə İnzibati Ərazi Dairələri üzrə nümayəndələri və Bələdiyyələrin sədrləri ilə görüş keçirmişdir.

Görüşdə Şəhər İcra Hakimiyyətinin Başçısı Ölkə Prezidenti Cənab İlham Əliyevə imzaladığı "Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında" 2019-cu il 13 noyabr tarixli Sərəncama görə yevlaxlılar adından təşəkkür etdi. Daha Ölkəmizdə qeyri neft sektorunun inkişaf etdirilməsi ilə əlaqədar yerlərdə nümayəndə və bələdiyyələrin üzərinə düşən işlər barədə ətraflı tapşırıq və tövsiyyələrini verdi.
Şəhər İcra Hakimiyyəti Başçısı aparatının şöbə müdirinin müavini Allahverdi Quliyev rayonda kənd təsərrüfatının vəziyyəti, keçən illər ilə müqayisəsi və gələcək əkin mövsümü mövzusunda geniş məruzə ilə çıxış etdi. A.Quliyev öz məruzəsində rayonumuzda pambıqçılığın, taxılçılığın, baramaçılığın, heyvandarlığın inkişaf perspektivlərinə diqqət çəkdi, kənd təsərrüfatının bu sahələrində vətəndaşların yüksək məhsuldarlıq əldə etdiklərini,  bunun qarşılığında ailə büdcələrini artıqlarını, bu da rayonumuzda işsizliyin faizinin aşağı düşürdüyünü, İnsanların sosial rifah halının yaxşılaşdığını  ifadə etdi. Görüşdə o da qeyd edildi ki, kənd təsərrüfatı təyinatlı torpaqlardan daha səmərəli istifadə edilərək yüksək məhsuldarlıq əldə edilə bilər.
Rayon rəhbəri İcra nümayəndələri və bələdiyyələrə tapşırıq və tövsiyyələr verərək torpaqlarda məhsuldar və tələbata ehtiyac olan bitkilər əkilməlidir.
Daha sonra Rayon Rəhbəri Kənd və qəsəbə İnzibati Ərazi Dairələri üzrə nümayəndələrə vətəndaşların problem və çatışmamazlıqlarını diqqqət və qayğıyla yanaşaraq yerində həll edilməsi barədə göstəriş verdi. Kənd və qəsəbə bələdiyyələrinə də Vətəndaşlara çox həssaslıqla yanaşılmalı olduğu barədə tövsiyyələrini verdi.
Kənd və qəsəbə İnzibati Ərazi Dairələri üzrə nümayəndələri və bələdiyyələr tövsiyyə və təkliflərlə çıxış etdilər.
Görüş diskussiya şəklində davam etdi.

Keçidlər