Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏHƏR İCRA HAKİMİYYƏTİNDƏ

03 dekabr 2018 | 16:00

GENDER BƏRABƏRLİYİNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLDİ

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ŞİH ilə birgə düzənlədiyi tədbirə əsasən şəhərimizdə fəaliyyət göstərən idarə, müəssisə, təhsil ocaqlarının, bələdiyyə, hüquq-mühafizə orqanlarının nümayəndələri qatılmışdılar.
Tədbiri giriş sözü ilə ŞİH-nin ictimai-siyasi və humantar məsələlər şöbəsinin müdir müavini Hümbət Əhmədov açaraq bildirdi ki, ölkə başçısının 2011-ci il 28 iyun tarixli, 1578 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizminin yaradılması həvalə olunmuşdur.
Bu məqsədlə yerlərdə icra orqanlarının nümayəndələrindən ibarət monitorinq qrupları yaradılmış, hə- min qruplar yerlərdə vəziyyətin qiymətləndirilməsi, riskli ailələrin müəyyən edilməsi və lazımlı dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması və təhlil edilməsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətin qiymətləndirilməsi kimi funksiyaları həyata keçirirlər.

H.Əhmədov həmçinin Prezident İlham Əliyevin 2014-cü il  24 iyul tarixli, 667 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair  2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 13.5.7- ci bəndlərində övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrdə monitorinqinin aparılması məqsədilə monitorinq qrupları yaradılması barədə bilgi verdi.
O, daha sonra yaradılan monitorinq qrupunun üzvlərini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimovaya təqdim etdi.
Tanışlıqdan sonra Dövlət Komitəsinin rəsmisi monitorinq qrupu qarşısında  duran vəzifələrlə  ədaqədar geniş və dolğun söhbət apardı. İlk öncə gender bərabərliyinin təmin edilməsinə və ölkədə Məişət Zorakılığının Qarşısının Alınmasına dair mövcud olan qanunvericilik aktlarından söz açaraq monitorinq qrupunu onları diqqətlə öyrənməyə və öz işlərində həyata keçirməyə yönləndirdi.Taliyə xanım həmçinin monitorinq qrupunun üzvlərinə qarşılarında necə gərəkli və məsuliyyətli vəzifələr durduğundan danışaraq qadınlara və uşaqlara yardımçı olmaq üçün mövcud mexanizmlərdən istedadla, yeni yanaşmaların köməyi ilə istifadə edilməsinin zəruriliyindən, faydalı olmaq naminə konkret arqumentlərdən yararlanmağın əhəmiyyətindən danışdı. Monitorinq qrupunun üzvləri ilə canlı dialoqa girən Komitə rəsmisi bildirdi ki, işdə uğur qazanmaq, qadınlara və uşaqlara gərəkli olmaq üçün onlardan işə məsuliyyətlə yanaşmaq, artıq mövcud mexanizmlərin köməyi ilə fəaliyyət göstərmək tələb olunur.
Sonda toplantı iştirakçılarına sözügedən qanunvericlik topluları paylandı.

Keçidlər