Şriftin ölçüsü :

Saytın rəngi :

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN RƏİSİ YEVLAXDA VƏTƏNDAŞLARI QƏBUL EDİB

06 sentyabr 2018 | 16:00

Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu  davam edir.


Avqustun 16-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov şəhərin Heydər Əliyev Mərkəzində Bərdə, Ucar, Zərdab, Tərtər, Ağdaş və Göyçay rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan öncə general-leytenant Arzu Rəhimov və Şəhər İcra Hakimiyyətinn başçısı Qoca Səmədov ümummilli liderin baş meydandakı abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad  ediblər.
Qəbula gələn vətəndaşların müraciətləri əsasən veteran adı və vəsiqəsinin  verilməsi, Xidmətin müvafiq şöbələrində işə və ya hərbi xidmətə qəbul, müddətli həqiqi hərbi xidmətə çağırılacaq gənclərin gələcək xidmət yerinin müəyyənləşdirilməsi məsələlərində kömək göstərilməsi və digər məsələlərlə  bağlı olub.

General-leytenant Arzu Rəhimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
Qəbul zamanı qaldırılan məsələlərin bir çoxu operativ surətdə yerindəcə həll edilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydə alınaraq aidiyyatı orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.

Keçidlər