Şriftin ölçüsü :

Saytın rəngi :

YEVLAXLILAR QANLARIYLA QALİBİYYƏT DASTANI YAZAN 20 YANVAR ŞƏHİDLƏRİNİ ANDILAR

20 yanvar 2018 | 16:00

Bu münasibətlə keçirilən ümumrayon tədbiri saat 11.00-da Şəhidlər Xiyabanını ziyarətlə başlandı.
Əvvəlcə şəhidlərin ruhuna Quran oxundu.

Daha sonra matəm musiqisinin sədaları altında Şəhər İcra Hakimiyyətinin Başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş həmyerlilərimizin məzarlarını ziyarət etdilər, üzərinə gül qoydular.
Bundan sonra iştirakçılar “20 Yanvar faciəsi məktəblilərin gözü ilə” adlı  sərgidə yer alan  rəsmlərə baxdılar.
ŞİH Başçısı Q.Səmədov faciə münasibətilə keçirilən rəsm və inşa müsabiqəsinin qaliblərinə fəxri fərman və hədiyyə təqdim etdi.

Keçidlər