Şriftin ölçüsü :

Saytın rəngi :

PAMBIQ TƏDARÜKÜ DAVAM EDİR

20 dekabr 2017 | 16:00

Rayonumuzun “ağ qızıl” becərənləri gərgin zəhmət bahasına yetişdirdikləri məhsulun bir  qramının  belə  itkiyə  getməməsi üçün əllərindən gələni əsirgəmir, onun tarlalardan son  qozasınadək toplanıb dövlətə  təhvil verilməsi işini yenə də davam etdirirlər. Mövsümün əvvəlindən dekabrın 14-dək pambıq plantasiyalarından  3278 ton 979 kiloqram  ixrac yönümlü məhsul toplanıb tədarük məntəqələrinə   təhvil  verilmişdir.

Dekabrın 14-də sahələrdən 11 ton 22 kiloqram məhsul toplanmışdır. Həmin məhsulun 1 ton 267 kiloqramı  maşınlarla yığılmışdır.

“MKT-Yevlax” filialının xətti ilə mövsümün  əvvəlindən dekabrın 14-dək pambıq plantasiyalarından 2728  ton 905 kiloqram qiymətli texniki bitki-el sərvəti tədarük olunmuşdur. Dekabrın 13-də isə filialın pambıq qəbulu məntəqəsinə 6 ton 419 kiloqram “ağ qızıl” daxil olmuşdur.

“Rayon Kənd  təssərrüfatı” MMC mövsümün  əvvəlindən dekabrın 14-dək 550 ton 74 kiloqram mühüm strateji əhəmiyyətli məhsul tədarük etmişdir. Ayın 13-də məntəqəyə 4 ton 603 kiloqram məhsul gətirilmişdir.

Hələ sahələrdə demək olar ki, məhsul var və  mülayim keçən hava kolların üzərindəki qozaların açılmasını sürətləndirir.

Keçidlər