Şriftin ölçüsü :

Saytın rəngi :

TƏLİMATİ SEMİNAR KEÇİRİLMİŞDİR

04 oktyabr 2017 | 16:00

Sentyabrın 12-də 11 saylı Ərazi Vergilər Departamentində bir sıra idarə-müəssisə, özəl, kommersiya şirkətlərininin uçot – hesabat işi ilə məşğul olan nümayəndələrinin iştirakı ilə təlimati seminar keçirilmişdir. Departamentin geniş akt zalında Azərbaycan Respublikasının Vergi orqanlarının strukturunda son vaxtlar həyata keçirilən yeniliklərin müzakirəsinə həsr olunmuş təlimati seminarda Vergi ödəyicilərinə xidmət və şəffaf vergi  partnyorluğu idarəsinin direktoru, baş  vergi  xidməti müşaviri Qüdrət  Məmmədov iştirakçılara geniş məlumat vermişdir. Vergi sistemində   reallaşdırılan  əsaslı  islahatlardan bəhs  edən  çıxışçı bu sahədəki  konkret mövzu və məsələlərə toxunmuşdur. O, öz çıxışında daha çox şəffaflığa nail olmaq  üçün uçotun aparılması, yeni  uçot blanklarının  təsdiq olunması, alqı-satqı,anbara mal qəbulu  və  buraxılışı zamanı indiyədək istifadə edilən sadə qaimələrdən fərqli olaraq bütün əməliyyaitların ciddi hesabat blankları, elektron qaimə  fakturaları  vasitəsilə əvəz edildiyni diqqətə çatdırmış, bu əməliyyatların həyata keçirilməsi, blankların doldurulması, vergi orqanlarına bəyannamələrin və hesabatların vaxtında və dəqiq verilməsi qaydalarını iştirakçılara mükəmməl başa salmışdır.  Natiq eyni zamanda bu əməliyyatları heç bir əsaslı səbəb olmadan düzgün yerinə yetirməyənləri Vergi məcəlləsinə uyğun gözləyən inzibati cəza tədbirləri barədə də  açıqlama  vermişdir.

Təlimati seminarda iştirakçıların çoxsaylı sualları əhatəli cavablandırılmış və Departamentin vergi ödəyicilərinə xidmət şöbəsinin əməkdaşlarının daim onların hər bir müraciətlərinə həssaslıqla yanaşmağa hazır olduqları vurğulanmışdır.

Keçidlər