Yevlaxda “Müharibənin təsirlərinə məruz qalmış bölgələrdə uşaqlara psixoloji dəstəyin göstərilməsinin gücləndirilməsi” layihəsi çərçivəsində tədbir keçirilib
15 noyabr 2022 | 14:34
Yevlaxda “Müharibənin təsirlərinə məruz qalmış bölgələrdə uşaqlara psixoloji dəstəyin göstərilməsinin gücləndirilməsi” layihəsi çərçivəsində tədbir keçirilib
“Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi tərəfindən Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Müharibənin təsirlərinə məruz qalmış bölgələrdə uşaqlara psixoloji dəstəyin göstərilməsinin gücləndirilməsi” layihəsi çərçivəsində tədbir keçirilib. Layihənin məqsədi postmünaqişə dövründə müharibənin təsirlərinə məruz qalan bölgələrdə psixoloqların bilik və bacarıqlarının artırmaqla, uşaqlara keyfiyyətli psixoloji xidmət və psixoloji dəstək göstərmək, uşaq hüquqlarının qorunması və təbliğində psixoloqlarının rolunu gücləndirməkdən ibarətdir.
Layihə çərçivəsində psixoloqlar üçün seminar keçirilmişdir. Seminarı Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nərmin Fərzəliyeva açaraq, qonaqları salamlamış, həyata keçirilən layihəni yüksək qiymətləndirmiş, seminarların postmüharibə dövründə keçirilməsinin xüsusi əhəmiyyətini qeyd etmişdir.
“Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri Zaur Quliyev çıxış edərək layihənin məqsəd və vəzifələri haqqında məlumat vermiş, seminar iştirakçılarına uğurlar arzulamış, layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər haqqında geniş məlumat vermiş, Vətən müharibəsində qələbəmizin qazanılmasında igid oğullarımızın qəhrəmanlığından söz açmış, post müharibə dövründə psixoloqların üzərinə də ciddi və məsuliyyətli bir vəzifənin düşdüyünü bildirib.
Layihə üzrə ekspert, psixologiya üzrə fəlsəfə doktoru, psixoloq Elmira Mirzəyeva seminar zamanı müharibənin təsirlərinə məruz qalmış rayonlarda postmüharibə dövründə uşaqların psixoloji durumu, Vətən müharibəsinin gedişində müharibənin acı nəticələri ilə üzləşmiş uşaqlarda yaranmış stress və gərginlik fonunda uşaqlara psixoloji dəstəyin həyata keçirilməsində psixoloqların rolunun gücləndirilməsinin zəruriliyi, məktəb psixoloqunun iş planında şəhid və qazı ailələrinə və övladlarına göstərilən psixoloji xidmətlər , Stress və gərginlik fonunda müharibənin təsirlərinə məruz qalmış uşaqların asudə vaxtının və sosial mühitə inteqrasiya olunmasıın təşkilində məktəb psixoloqunun və uşaq birliyinin rolu, mütəxəssislərin yanma sindromunun profilaktikası təqdimatlar etmiş, iştirakçılarla qarşılıqlı müzakirələr aparılmış, praktiki iş nümunələri həyata keçiriləcəkdir.
Layihənin davamlılığı olaraq, layihə ekspertinin mentor dəstəyi ilə seminarlarda iştirak etmiş psixoloqların hər birinin öz yaşadığı və fəaliyyət göstərdiyi icmada “20 oktyabr- 20 noyabr – Uşaq hüquqları aylığı” çərçivəsində tədbir və psixoloji yardım günlərinin təşkil olunması nəzərdə tutulur
Seminar iştirakçıları belə layihələrin davam etdirilməsinin faydalı, maraqlı olmaqla bərabər, gələcəyimiz olan uşaqların təhlükəsiz, psoxoloji və emosional baxımdan sağlam böyüməsində mühüm rolu olduğunu ifadə etmişlər.
Sonda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.