Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax rayonunda ümumi daxili məhsulun dinamikası

28 noyabr 2022 | 10:39
 
Yevlax Rayon Statistika İdarəsindən verilən məlumata görə 2019-cu ildə rayon iqtisadiyyatının əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 0,9 faiz və ya faktiki qiymətlərlə 6015,4 min manat artaraq 675486,9 min manat olmuşdur. Keçən ilin müvafiq dövründə bu göstərici 669471,4 min manat təşkil etmişdir.
2020-ci ildə rayon iqtisadiyyatının əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 0,1 faiz və ya faktiki qiymətlərlə 729,6 min manat artaraq 676136,6 min manat olmuşdur. Keçən ilin müvafiq dövründə bu göstərici 675407,0 min manat təşkil etmişdir.
2021-ci ildə rayon iqtisadiyyatının əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən 1,9 faiz və ya faktiki qiymətlərlə 13056,1 min manat artaraq 685092,0 min manat olmuşdur. Keçən ildə bu göstərici 672035,9 min manat təşkil etmişdir.
2022-ci ilin yanvar-sentyabr aylarında rayon iqtisadiyyatının əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 14,2 faiz və ya faktiki qiymətlərlə 33630,6 min manat artaraq 270841,5 min manat olmuşdur. Keçən ilin yanvar-sentyabr aylarında bu göstərici 237210,3 min manat təşkil etmişdir.
2019-cu ildə ÜMB-ın 20,7 faizi və ya 139579,1 min manatı istehsal, 79,3 faizi və ya 535307,7 min manatı isə xidmət sahələrində yaranmışdır.
Keçən ilin müvafiq dövründə istehsal 159038,4 min manat, xidmət isə 510433,0 min manat təşkil etmişdir.
2020-ci ildə ÜMB-ın 24,6 faizi və ya 166533,9 min manatı istehsal, 75,4 faizi və ya 509602,7 min manatı isə xidmət sahələrində yaranmışdır.
Keçən ilin müvafiq dövründə istehsal 139199,3 min manat, xidmət isə 536207,7 min manat təşkil etmişdir.
2021-ci ildə ÜMB-ın 23,7 faizi və ya 162323,8 min manatı istehsal, 76,3 faizi və ya 522768,2 min manatı isə xidmət sahələrində yaranmışdır.
Keçən ilin müvafiq dövründə istehsal 162433,3 min manat, xidmət isə 509602,6 min manat təşkil etmişdir.
2022-ci ilin yanvar-sentyabır aylarında ÜMB-ın 52,8 faizi və ya 142959,6 min manatı istehsal, 47,2 faizi və ya 127881,9 min manatı isə xidmət sahələrində yaranmışdır.
Keçən ilin müvafiq dövründə istehsal 24653,8 min manat, xidmət isə 8967,8 min manat təşkil etmişdir.
2019-cu ildə mal və xidmətlərin faktiki qiymətlərlə buraxılışı sənayedə 13559,6 min manat və ya 2,0 faiz, kənd təsərrüfatında 97731,9 min manat və ya 14,5 faiz, tikiintidə 28287,6 min manat və ya 4,2 faiz, ticarətdə 445100,0 min manat və ya
65.9 faiz, nəqliyyatda 6320,6 min manat və ya 0,9 faiz, rabitədə 1533,1 min manat və ya 0,2 faiz, digər xidmət sahələri üzrə 82954,0 min manat və ya 12,3 faiz olmuşdur.
2020-ci ildə mal və xidmətlərin faktiki qiymətlərlə buraxılışı sənayedə 13285,6 min manat və ya 2,0 faiz, kənd təsərrüfatında 103990,8 min manat və ya 15,4 faiz, tikiintidə 49257,5 min manat və ya 7,3 faiz, ticarətdə 446600,0 min manat və
ya 66,1 faiz, nəqliyyatda 3541,4 min manat və ya 0,5 faiz, rabitədə 1674,3 min manat və ya 0,2 faiz, digər xidmət sahələri üzrə 57787,0 min manat və ya 8,5 faiz olmuşdur.
2021-ci ildə mal və xidmətlərin faktiki qiymətlərlə buraxılışı sənayedə 23585,8 min manat və ya ümumi məhsul buraxılışının ümumi həcmində xüsusi çəkisi 3,4 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 109500,3 min manat və ya 16,0 faiz, tikiintidə 29237,5 min manat və ya 4,3 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri 454374,2 min manat və ya 66,3 faiz, nəqliyyat və anbar təsərrüfatında 3780,0 min manat və ya 0,6 faiz, informasiya və rabitədə 1799,3 min manat və ya 0,3 faiz, digər xidmət sahələri üzrə 62809,3 min manat və ya 9,1 faiz olmuşdur.
2022-ci ilin yanvar-sentyabır aylarında mal və xidmətlərin faktiki qiymətlərlə buraxılışı sənaye sahəsində 20869,0 min manat və ya ümumi məhsul buraxılışının həcmində xüsusi çəkisi 7,7 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 101207,0 min manat və ya 37,4 faiz, tikintidə 20883,6 min manat və ya 7,7 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri 120714,5 min manat və ya 44,6 faiz, nəqliyyat və anbar təsərrüfatında 5767,0 min manat və ya 2,1 faiz, informasiya və rabitədə 1400,4 min manat və ya 0,5 faiz olmuşdur.
Keçidlər