1 NOYABR-KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMLARI GÜNÜDÜR
AQRAR SAHƏ İNKİŞAF YOLUNDADIR
Rayonmuzun aqrar sektorundakı mövcud vəziyyəti şərh etməzdən əvvəl tarixi keçmişə qayıtmaq istəyirəm. Məlum olduğu kimi müstəqillik əldə etdiyimiz ilk illərdən ümummilli liderimiz Heydər Əliyevin müdrik uzaqgörənliyi, bilavasitə şəxsi təşəbbüsü ilə olkə iqtisadiyyatının bütün sahələri ilə yanaşı kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində də mühüm və təxirəsalınmaz proqram və layihələr işlənib həyata keçirilməyə başladı. İlk öncə 18 oktyabr 1995-ci il ildə “Aqrar islahatı haqqında”, 1996-cı il oktyabr ayının 16-da isə “Torpaq islahatı haqqında” Qanunlar imzalandı. Beləliklə, ölkədə kolxoz-sovxoz quruluşu ləğv edildi. Həmin tarixdən Azərbaycan kəndlisi torpaq mülkiyyətçisinə çevrilməklə, öz pay torpağının tam hüquqlu sahibi oldu. Eyni zamanda şəxsi torpaq sahəsində özü üçün sərfəli və gəlirli məhsul əkib-becərməkdə tamamilə sərbəstlik qazandı.
Ölkənin aqrar sektorunda vaxtilə ulu öndər tərəfindən əsası qoyulan və “Heydər Əliyev islahatı” kimi tarixə düşən bu islahatlar1997-ci ildən başlayaraq daha intensiv xarakter aldı. 2003-cü ildən isə möhtərəm Prezidentimiz İlham Əliyev cənabları respublikada qeyri-neft sektorunun inkişafını gücləndirmək, xarici bazardan asılılığı azaltmaq, sahənin maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə daha inamlı addımlar adı.
“Aqrolizinq” ASC-lərin yaradılması, aqrar sahədə çalışanlara bir sıra güzəştli kreditlər verilməsi, subsidiyalar ayrılması haqqında ən humanist qərar və sərəncamlar paketini imzaladı ki, bu da kənd təsərrüfatı məhsulları istehsalçılarında sahəyə maddi marağın və ruh yüksəkliyinin daha da artmasına zəmin yaratdı.
Daha sonra Kənd Təsərrüfatı İşçilərinin peşə bayramı gününün təsis edilməsi və 2015-ci ilin ölkədə “Kənd təsərrüfatı ili” elan olunması barədə imzaladığı sərəncamlar da Prezidentin aqrar sahədə çalışanlara diqqət və qayğısının bariz nümunəsi idi.
Konkret desək, ölkəmizin aqrar sektorunda islahatların, yeniliyin, müasir texnika və texnologiyaların tətbiqi, torpaqların münbitləşdirilməsi, yeni məhsuldar toxum sortlarının əldə olunması proseslərinin intensiv və dinamik tempdə davam etdirilməsi cənab Prezidentin fəaliyyətinin başlıca prioritetinə çevrilib. Üstəlik, son bir neçə il bundan öncə ölkədə pambıqçılığın inkişafına yenidən önəm verilməsi respublikamızın ixrac potensialının daha bir brend məhsulla artmasına həlledici təsir göstərmiş oldu. Artıq müstəqil republikamızın kənd təsərrüfatı sürətli və dinamik inkişaf yolundadır.
Ərzaq proqramının həllinə və ölkədə ərzaq təhlükəsizliyinin etibarla təmin olunmasına hesablanmış bu proseslər rayonumuzda da uğurla davam etdirilir və son illər kənd təsərrüfatı sahəsində əldə etdiyimiz uğurlar buna canlı sübutdur. Hazırda rayonumzda kənd təsərrüfatına yararlı 85788 hektar torpaq sahəsi var ki, onun da 38257 hektarı əkin sahəsidir. Həmin torpaq sahələrində kənd əhalisi buğda, arpa, çəltik, qarğıdalı, günəbaxan, şəkər çuğunduru, bostan-tərəvəz, noxud, lobya, darı, sorqo, heyvandarlıq üçün yem bitkiləri, bağ məhsulları yetişdirməklə məşğuldurlar.
Bununla bahəm, kənd əməkçilərimiz heyandarlığın inkişafına da xüsusi önəm verir, iri və xırdabuynuzlu mal-qaranın, quşların baş sayı və məhsuldarlığı ildən ilə artır. Nəticədə, insan həyatı üçün zəruri olan maddi nemətlər bolluğu yaradılmasına rayonumuzun aqrar sektorunda əmək sərf edənlər öz töhfələrini verirlər.
Mən bu yazımda pambıqçılıqdakı mövcud ürəkaçan vəziyyət barədə ayrıca danışmaq istəyirəm. Bu il rayonumuzda 2500 hektarda ölkəyə valyuta axınını artıracaq “ağ qızıl” əkilmişdir. Möhtərəm Prezidentimizin diqqət və qayğısı ilə pambığın satınalma qiymətinin artırılması ölkədə bu texniki bitkinin becərilməsinə marağı daha da yüksəltmiş oldu.
Bu gün böyük qürur hissi ilə demək yerinə düşər ki, rayonumuzun pambıqçıları dövlətə “ağ qızıl” satışında respublikada birincilər sırasında addımlayırlar.
Rayonumuzun kənd əməkçiləri özlərinin bu ilki ənənəvi peşə bayramlarını kənd təsərrüfatının digər sahələri ilə yanaşı pambıqçıılıqda əldə edikləri uğurla qarşılayırlar. Söz yox ki, bu uğurda Prezidentimizin məlum sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin rayon kənd təsərrüfatı idarələrinin bazasında yaradılaraq, bu ilin iyul ayından fəaliyyət göstərən Yevlax Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivinin də müəyyən əməyi vardır.
Mən də çoxsaylı oxcuları olan doğma “Kür” qəzetinin verdiyi imkandan yararlanıb rayonumuzun aqrar sektorunda çalışan həmkarlarımızı əlamətdar gün münasibəti ilə ürəkdən təbrik edir, daha böyük uğurlar arzulayıram.