Şriftin ölçüsü :

Saytın rəngi :

AQRAR SAHƏ: “AĞ QIZIL-2018”

06 mart 2018 | 16:00

SAHƏLƏR SƏPİNƏ HAZIRLANIR

Pambıqçılıqda keçən ilki geriliyin əvəzini çıxmaq üçün Yevlax Rayon Kənd Təssərrüfatı İdarəsinin nəzdindəki “Kənd Təsərrüfatı” MMC-nin xətti  ilə bu il 1000 hektarda mühüm  strateji  məhsulun bünövrəsinin  qoyulması  nəzərdə tutulmuşdur. 

İdarənin bitkiçilik sektorunun müdiri Abbasəli Rüstəmovdan aldığımız  məlumata görə, fevral ayının 21-dək 68 nəfərlə müqavilə bağlanmışdır. Lakin rayonda pambıqçılıqla məşğul olmaq istəyənlər çoxdur. Çünki pambıqçılığın sərfəli və gəlirli sahə olduğuna inanan kəndli-fermer təsərrüfatları və pay torpaq sahibləri 2018-ci ilin “ağ qızıl” məhsulunun əkininə ciddi önəm  verməyə başlamışlar. Məlum olduğu kimi, dövlət başçısının diqqət  və qayğısı sayəsində pambığın  hər kiloqramının satınlama qiyməti subsidiya ilə  birlikdə 0,70 manata qaldırılmışdır ki, bu da aqrar  sahədə çalışanların maraqları  ilə   üst-ustə  düşür. Sektor müdiri onu da  əlavə  etdi  ki, pambığın becərilməsi (torpağın arat olunması, suvarılması və bəzi hallarda alaq otlarının vurulması istisna olmaqla) şumdan, torpağa çiyid səpinindən,  cərgələr arasına kultivasiya çəkilişindən tutmuş ta məhsulun tarlalardan toplanmasına qədər bütün aqrotexniki tədbirlər Nazirliyin nəzdindəki “Aqrolizinq” ASC-nin Yevlax regional nümayəndəliyinin maşın və  mexanizmlərinin köməyi ilə yerinə  yetirilir. Mütəxəssislər yerli şəraitə uyğun gəldiyi üçün bu il sahələrə lifli çiyid toxumunun səpilməsini tövsiyə  edirlər.
Çiyid səpini kampaniyasının baş- lanmasına hələ xeyli müddət qalmasına baxmayaraq, artıq 500  hektarda keyfiyyətli şum aparılmış və sahələr arat üçün hazırlanır.
Əvvəlcədən  xəbər verdiyimiz  kimi, “MKT-Yevlax” filialı İnnovasiya – fermer təsərrüfatı da daxil olmaqla bu il 1500 hektarda qiymətli texniki bitkinin etibarlı təməlini qoymağı nəzərdə tutmuşdur. Fevralın 21-dək 90 nəfərlə müqavilə şərtləri imzalandığını deyən filialın əməkdaşı Süleyman Süleymanov onu da bildirdi ki, pambıq əkiləcək sahələrin 1070 hektarı öhdəmizdə olan “Conder” və “Nyu Holland” markalı traktorların gücü  ilə şumlanıb.Şumlanmış pambıq sahəsinin 450 hektarına arat suyu  verilib və bu iş davam etdirilir.Müsahibim pambıq sahələri üçün zəruri olan gübrə və dərman preparatlarının alınmasına ayrılan subsidiyaların həcminin bu ildən daha 30  faiz artırıldığını və pambıq becərənlərə edilən bu güzəştin ölkədə pambıqçılığın inkişafında yeni üfüqlər açdığını bildirdi. O, bu ildən Qarxun kənd icra nümaəyndəliyinin ərazisində pambıq əkini sahələrinin genişləndirilməsinə marağın artdığını da dedi

Keçidlər