Şriftin ölçüsü :

Saytın rəngi :

Fərman və Sərəncamlar

Yevlax şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi sahəsində Yevlax şəhərində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, əsaslı infrastruktur layihələri yerinə yetirilmiş, yeni istehsal müəssisələri yaradılmış, həmçinin ən müasir tələblərə cavab verən təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial yönümlü obyektlər inşa olunmuş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Yevlax şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda şəhər üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Yevlax şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Yevlax Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri
9 oktyabr 2012-ci il.

Q.Ç.Səmədovun Yevlax şəhəri İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin
SƏRƏNCAMI

 Qoca Çərkəz oğlu Səmədov Yevlax şəhəri İcra hakimiyyətinin başçısı təyin edilsin.

 İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri
18 fevral 2011-ci il.
 

 

 

 

 

 

 

AZƏRBAYCAN  RESPUBLİKASI  YEVLAX  RAYON  İCRA  HAKİMİYYƏTİ    BAŞÇISININ    

S Ə R Ə N C A M I

 

 İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan və rayon

(şəhər) məhkəmələrinin baxdığı İnzibati xətalar

haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan 

vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə

“İnzibati xətalar haqqında” işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli 1256 №-li Fərmanının 5-ci bəndinə,  Azərbaycan Respublikası Prezidentinin, “Rayon (şəhər) məhkəmələrinin baxdığı İnzibati Xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı” nın təsdiq edilməsi barədə 03 may 2017-ci il tarixli Fərmanının 4-cü bəndinə və  həmin Fərmanla təsdiq edilmiş siyahının 12-ci və 14.4-cü hissələrinə uyğun olaraq

Qərara alıram:

1. 23 fevral 2017-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin 1256 №-li 3 may 2017-ci il tarixli 1361№-li Fərmanları ilə təsdiq edilmiş siyahıya uyğun olaraq aşağıda göstərilən vəzifəli şəxslərə İnzibati Xətalar haqqında işlərə baxmaq və İnzibati Xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti verilsin.

Əhmədov Xalid Məhəmmədəli oğlu - Yevlax şəhər İcra  Hakimiyyəti Başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri - baş memar

Quliyev Allahverdi Səfqulu oğlu- Yevlax şəhər İcra  Hakimiyyəti Başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini
Zeynalov Fəxrəddin Yusif oğlu - Yevlax şəhər İcra  Hakimiyyəti Başçısı aparatı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi

2. Yevlax şəhər İcra Hakimiyyəti Başçısı aparatının informasiya təminatı və təhlili sektorunun müdiri Qələndərov Ramin Rəhman oğluna tapşırılsın ki, siyahının  Şəhər icra Hakimiyyətinin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

3. Sərəncamın icrasına nəzarət Yevlax şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Qənimət Qaraşova həvalə edilsin.

 

 Yevlax Şəhər İcra  Hakimiyyətinin Başçısı:                           Qoca Səmədov

Keçidlər