Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixi

      Ötən əsrin 80-cı illərində stansiya kimi salınan və uzun müddət əhali tərəfindən “Vağzal” kimi tanınan Yevlax XIX əsrin sonu XX əsrin əvvələrinə aid rəsmi sənədlərdə və mənbələrdə Yelizavetpol quberniyasının Yevlax məntəqəsi və ya Yevlax stansiyası, sonra Yelizavetpol quberniyasının Yevlax kəndi, 1920-ci ildən isə Cavanşir qəzasının Yevlax kəndi adlanmışdır.

Azərbaycan SSR MİR-nin qərarı ilə 1935-ci ilin 20 fevral tarixində Yevlax rayonu təşkil edilmişdir.

1939-cu ilin fevral ayının 1-də Azərbaycan SSR Ali Sovetinin qərarına əsasən Yevlaxda Şəhər Soveti yaradılmaqla, Yevlaxa şəhər adı verilmişdir.

1962-ci il dekabrın 26-da çağrılmış Azərbaycan SSR Ali Sovetinin X sessiyasının qərarı ilə Yevlax rayonu ləğv edilərək ərazisi Ağdaş, Bərdə və Qasım İsmayılov rayonlarına verilmiş, Yevlax respublika tabeli sənaye şəhərinə çevrilmişdir. 1965-ci ildə Yevlax yenidən müstəqil rayona çevrilmişdir.

Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 6 yanvar 1965-ci il tarixli fərmanı ilə Yevlax şəhəri respublika tabeliyində olan şəhərlər sırasına daxil edilmiş və Yevlax şəhərində sənaye müəssisələrinin tikintisinə başlanmışdır.Azərbaycan KP MK-nın 1969-cu il iyul plenumundan sonra ulu öndərimiz Heydər Əliyevin qayğısı sayəsində Yevlaxda 70-ci illərdən başlayaraq bir-birinin ardınca yeni, iri sənaye obyektləri tikilmiş və Yevlax tədricən sənaye şəhərinə çevrilmişdir.Ötən əsrin 70-80-cı illərində Yevlaxda Pambıqtəmizləmə, Tütün fermentləmə, 2 Dəmir beton məmulatları, Çörək, Traktor təmiri, Pivə və spirtsiz içkilər zavodu, “Qarabağ” istehsalat, Taxıl məhsulları,sənaye kombinatları, onlarca iri nəqliyyat, tikinti müəssisəsi, rayonlararası təchizat bazaları və.s fəaliyyət göstərmişdir.Yevlax-Xankəndi, Yevlax-Balakən dəmiryolu xətti çəkilmiş, Yevlax hava limanı, respublikamızdan kənarda da şöhrət qazanmış Xaldan kənd Kompleks orta məktəbi, Şahmat məktəbi, Uşaq gənclər idman məktəbi, 10535 şagird yerlik 19 orta məktəb, 840 yerlik 15 uşaq bağçası, xəstəxana, mədəni-maarif müəssisələri, çoxmərtəbəli yaşayış binaları tikilib istifadəyə verilmişdir.1978-ci ildə istifadəyə verilən Zaqafqaziyada ən iri sənaye müəssisəsi olan Yevlax Yunun ilkin emalı fabrikinin işə düşməsi sayəsində Yevlax şəhəri sənaye məhsullarının istehsal həcminə görə o dövrdə respublikasının 3 ən iri sənaye şəhərindən birinə çevrilmişdir.Yevlax şəhəri Bakıdan 293 km aralı Kür çayının sağ sahilində, düzənlikdədir. (Gəncə-Qazax düzənliyinin cənub-şərqi, Qarabağ və Şirvan düzlərinin şimal-qərb kənarı). Yevlax şəhəri Qədim İpək yolunun üzərindədir. Qışı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqlimi var. Ərazidən Kür çayı, Əlican, Korçay və İncəçayın aşağı axınları keçir. Mingəçevir su anbarının cənub şərq hissəsi, Varvara su anbarı Yevlax ərazisində yerləşir. Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarının yuxarı hissələri rayon ərazisindədir.Ərazi boz-çəmən,çəmən-boz, allüvial çəmən, şabalıdı, şorakətvarı boz-qonur, əksər hallarda isə qoran torpaqlardır. Bitki örtüyü əsasən yarımsəhra tiplidir. Kserofit seyrək meşələr, Tuqay meşə, düzən gölməçəlik və subasar çəmən, o cümlədən səhra bitkiləri yayılmışdır.  Meşə fondu 4450 hektardır. Heyvanları: canavar, tülkü, boz dovşan, çöl donuzu, kirpi, porsuq, çaqqal , quşları: turac, kəklik, sığırçın,bayquş, kol xoruzu, ağacdələn, sarıköynək və sairdir. Yevlax, eyni zamanda, nəqliyyat qovşağı şəhəridir. Respublika əhəmiyyətli Bakı-Tbilisi dəmir yolu, Bakı-Qazax avtomobil yolu, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft, Qazax-Ağstafa, Bakı-Ərzurum qaz kəmərləri də Yevlaxdan keçir.Son illər çəkilişinə başlanılmış Bakı-Tbilisi-Qaz dəmir yolu xəttinin də buradan keçməsi Yevlax üçün əhəmiyyətli perspektiv vəd edir.Yevlax rayonunun ümumi ərazisi 1465.4 kv metrdir. Əhalinin ümumi  sayı 127,899 nəfərdir. Yevlax şəhərində 69156 nəfər, kəndlərində(Aran qəsəbəsi də daxil olmaqla) 58743 nəfər əhali yaşayır. Yevlaxda bir şəhər,3 qəsəbə və 46 kənd vardır.

Yevlax şəhəri
Aran qəsəbəsi
Duzdaq qəsəbəsi
Meyvəli qəsəbəsi
Qaramanlı kəndi  Bəydili kəndi
Nəmərli kəndi Gülövşə kəndi
Göyük kəndi Varvara kəndi
Dəlləkər kəndi Cırdaxan kəndi
Hacımahmudlu kəndi Aşağı salamabad kəndi
Nuralılar kəndi Əcəmi kəndi
Qaraməmmədli kəndi Qaraoğlan kəndi
Rüstəmli  kəndi Qoyunbinəsi kəndi
Nemətabad kəndi Səmədabad kəndi
Yəldili kəndi Nərimanabad kəndi
Tanrıqulular kəndi Yeni Çovankərə kəndi
Boşçalı kəndi İsmayılabad kəndi
Hürüuşağı kəndi Ərəbbəsrə kəndi
Havarlı kəndi Xanabad kəndi
Əkşəm kəndi Kövər kəndi
Hacıselli kəndi Kolanı kəndi
Marzılı kəndi Balçılı kəndi
Ərəş kəndi Ağqırax kəndi
Yuxarı Qarxun kəndi Salahlı kəndi
Aşağı Qarxun kəndi Malbinəsi kəndi
Aşağı Bucaq kəndi Xaldan kəndi
Yuxarı Bucaq kəndi Quşçu kəndi
Yenicə kəndi Yuxarı Salamabad kəndi

Şəhərdə uzunluğu 4200 metr olan Heydər Əliyev, uzunluğu 5500 metr olan Nizami prospektləri, 168 küçə vardır. Ümummilli liderimiz Heydər Əliyevin abidəsi ucaldılmış, şəhərin ən böyük meydanı olan Heydər Əliyev meydanı, Heydər Əliyev xiyabanı, Dədə Qorqud, Səməd Vurğun, Nizami, Dostluq, Müstəqillik parkları  salınmışdır. Burada 5000 yerlik, Avropa standanrtlarına cavab verən şəhər stadionu, 4 idman meydançası 2004-cü ilin aprel-avqust  aylarında əhalinin istifadəsinə verilmişdir. 2004-cü ilin mart ayından başlayaraq şəhərdə bir sıra sənaye obyektləri yenidən qurulmuş və ya tikilmişdir. “Təmir” ATSC yenidən qurulmuş və burada müxtəlif markalı traktorlar yığılır və təmir edilir. Həmçinin “Lalə-Tekstil“ tikiş, “Arfa“ mebel fabrikləri, “Gilan“dəri emalı, “Dan“ kərpic zavodları, “Qida“ MMC, konserv sexi və başqa yeni istehsal müəssisələri fəaliyyət göstərir.Yevlaxda 57 ümumtəhsil məktəbində (40 orta, 9 əsas, 8 ibtidai məkitəb) 17146 uşaq oxuyur. 1 peşə məktəbində  9 qrupda 105 şagird müxtəlif peşələr öyrənir. 25 məktəbəqədər uşaq müəssisəsində 1379 uşaq tərbiyə alır. Uşaq Gənclər İdman və Şahmat məktəbləri, uşaq yaradıcılıq mərkəzi və texniki yaradıcılıq mərkəzi fəaliyyət göstərir.Yevlaxda 59 kitabxana, 1 Saray,18 mədəniyyət evi, 2 muzey, 22 klub,  6 musiqi məktəbi, B.Səfəroğlu adına xalq teatr və kukla teatrı, “Ərəş”, “İlkin”, “Karvan”, “Səda” muçiqi kollektivləri vardır.Yevlax rayonu ərazisində Yevlaxın qədim yaşayış məskəni olmasını sübut edən bir sıra tarixi abidələr vardır. E.ə. III minilliyin sonlarına aid olan Qoçtəpə kurqanı rayonun Qaraməmmədli kəndi ilə Rüstəmli kəndi arasındakı ərazidə yerləşir. Kurqana yaxın yerdə vaxtı ilə eyni adlı yaşayış məntəqəsi- Qoçtəpə kəndi olmuş, 1938-ci ildə həmin kənd ləğv edilərək əhalisi Qaraməmmədli kəndinə köçürülmüşdür.Yevlax rayonunun Şirvan bölgəsində yerləşən ərazi orta əsrlərdə Azərbaycanın iri şəhərlərindən biri olan Ərəş şəhərinin və bu şəhərin adından götürülmüş Ərəş mahalının bir hissəsi idi. Bu şəhərin mərkəzinin indiki Xaldan kəndindən 3 km şərqdə yerləşdiyi ehtimal olunur. Şəhərin qala divarlarının xarabaları Xaldan kəndi yaxınlığında qalır. Xaldan kəndinin əiraf ərazisi bu gün də Ərəş kimi tanınır və qədim şəhərə yaxın kənd Ərəş kəndi adlanır.Yevlax – Bərdə magistral yolunun təxminən 18 – ci kilometrliyində torpaqdan ucaldılmış Zərgərtəpə Kurqanı yerləşir. Konusvari formada olan kurqanın ətək hissəsinin diametri təxminən 58 metr, hündürlüyü 11 metr, uzunluğu 120 metrə yaxındır.Üçtəpə kurqanın topaq örtüyü 35 min kub metrə çatır və tədqiqatçılar hesablamışlar ki, bu kurqanın törpaq örtüyü façilərlə 3 ilə tökülüb başa çatdırılmışdır.

Xaldan kəndinin 3-4 km –də antik dövrə təsadüf edən Alban Sərdabəsi olduğu ehtimal olunan Sərdabənin, Marzılı kəndi ərazisində VII əsrə aid edilən və XVI əsrdə Şeyx Həzrə Piri kimi tanınan Pirin, Malbinəsi kəndində Qarabağda tikilən qədim məscidlər tipinə aid  olan, XVIII əsrdə inşa edilən Məscidin qalıqları mühavizə olunur.

Şəhərdə 1 mərkəzi xəstəxana, 2 poliklinka, 1ağ ciyər xəstəlikləri xəstəxanası, Qadın məsləhətxanası, Təcili yardım stansiyası, kəndlərdə 9 həkim məntəqsi, 23 tibb məntəqəsi, 1 Xaldan sahə xəstəxanası vardır. 219 həkim 516 nəfər orta tibb işçisi əhalinin sağlamlığı keşiyində durur.

Əvəllər “Mübariz”, “Qələbə”, “Yeni-Yevlax”, “Təşəbbüs” adları ilə nəşr olunan şəhərin “Kür” qəzeti 1935-ci ildən çıxır. Hazırda Yevlax şəhər İcra Hakimiyyətinin orqanı “Kür” qəzeti 6000 tirajla çıxır. Bu əyalət mətbuatı içərisində  ən böyük rəqəmdir.

Torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə Yevlaxdan 219 nəfər şəhid olmuş, 18 nəfər itkin düşmüşdür. Azərbaycan torpaqlarının və dövlətçiliyimizin müdafiəsində göstərdikləri şücaətə görə Əsədov Malik Hamil oğlu (1962-1992) Nəcəfov Fəxrəddin Vilayəddin oğlu (1967-1992), Mədətov Fariz Əlövsət oğlu (1972) Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşlər. Təhsil aldığı Hacıselli kənd orta məktəbi Milli Qəhrəman Malik Əsədovun, Yəldili kənd orta məktəbi Milli Qəhrəman Fəxrəddin Nəcəfovun adını daşıyır.

Rayonun kənd təsərrüfatını əkinçilik və heyvandarlıq təşkil edir. Yevlaxda buğda, arpa, çəltik günəbaxan, pambıq, bostan və tərəvəz bitkiləri yetişdirilir. Əhalinin şəxsi təsərrüfailarında 72763 baş iri buynuzlu mal-qara, 192246 baş xırda buynuzlu heyvan və 392481 baş quş vardır.

2004-cü ilin aprel ayından etibarən Yevlaxda Şəhər İcra Hakimiyyətinin Başçısı təyin edilmiş Elmar Vəliyevin rəhbərliyi ilə  tikinti qurucluq işləri həyata keçirilməyə başlanmışdır.

2019-cu ilin oktyabr ayından isə Şəhər İcra Hakimiyyətinin Başçısı təyin edilmiş Anar Tağıyevin rəhbərliyi ilə Yevlax rayonu öz inkişafının yeni dövrünə qədəm qoymuşdur.

 

 

 

 

 

 

 

Keçidlər