Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər Gününə həsr edilmiş bilik yarışı sona çatıb

08 noyabr 2022 | 14:29
Zəfər Gününə həsr edilmiş bilik yarışı sona çatıb
Yevlaxda Şəhər İcra Hakimiyyətinin, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayon təhsil sektorunun, Yevlax Şəhər Gənclər və İdman İdarəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin təşkilatçılığı ilə rayon məktəbliləri arasında Zəfər Gününə həsr edilmiş "Xarıbülbül" bilik yarışı keçirilmişdir. Bilik yarışında, ümumilikdə 4 zona, 43 komanda, 215 gənc mübarizə aparıb.
Yarışın Qoyunbinəsi kənd tam orta məktəbində keçirilən final mərhələsinə həsr edilmiş tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayon təhsil sektorunun müdiri Namidə Abbasova, Yevlax Şəhər Gənclər və İdman İdarəsinin rəisi Rəşad Bəhmənli, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin direktoru Elvin Əjdərli “Yevlax Gənclər evi” Sosial Xidmət Müəssisəsinin direktoru Elgün Əzizov iştirak etmişdir.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən danışdı,08 noyabr Zəfər Gününün Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldığını qeyd etdi. Belə bilik yarışların Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın, döyüşlərdə qazanılan möhtəşəm tarixi zəfərin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından önəmindən danışdı, yarış iştirakçılarına uğurlar arzuladı.
Tədbir zamanı Qoyunbinəsi kənd tam orta məktəbinin və Yevlax Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri mahnılardan, rəqslərdən ibarət çıxışlar nümayiş etdirdilər.
"Xarıbülbül" intellektual yarışında Rayonun Kövər kənd tam orta məktəbinin komandası 1-ci yerin, Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbinin komandası 2-ci yerin və Varvara kənd tam orta məktəbinin komandası isə 3-cü yerin qalibi oldular. Qalib komandalar kubok və diplomlarla təltif edildi.
Keçidlər