Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər günü münasibətilə Şəhidlər Xiyabanı ziyarət edildi

07 noyabr 2022 | 14:06
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Milli Məclisin deputatı İlham Məmmədov, Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri Zəfər günü münasibətilə Şəhidlər Xiyabanında Şəhidlər Abidəsini və Şəhid məzarlarını ziyarət edib, məzarlar önünə gül dəstələri düzərək, əziz xatirələrinə öz ehtiramlarını bildiriblər. Şəhidlərin ruhuna dualar oxunub.
Sonra Şəhər rəhbəri şəhid ailələri ilə görüşüb. Görüşdə Şəhər İcra Hakimiyyətinin bildirib ki, həm Birinci Qarabağ müharibəsində, həm də Vətən müharibəsində döyüşən hər bir şəhidimizin, qazimizin, iştirakçımızın amalı torpaqlarımızı işğaldan azad etmək, zəfər əldə etmək olub. 30 ildən sonra Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyevin rəhbərliyi ilə Qəhrəman Ordumuz şanlı tarix yazaraq Qələbə qazanması, eləcə də işğal altında olan yaşayış məntəqələrimizin, strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaradıb. Bu gün Möhtərəm Prezidentimizin rəhbərliyi altında Qarabağımızın yenidən dirçəlməsi üçün dünyada analoqu olmayan layihələr həyata keçirilir, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılması hər bir azərbaycanlını sevindirir, şəhidlərimizin ruhunu şad edir.
Şəhər rəhbəri şəhid ailələrinin üzvlərini narahat edən məsələləri dinləyib və onların həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Tədbirdə həmçinin qeyd olunub ki, ölkəmizin hər yerində olduğu kimi, Yevlaxda da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupları lazımi qayğı ilə əhatə olunur, şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların adı əbədiləşdirilir. Vətən müharibəsi şəhidlərinin hər birinin ailə üzvlərinə baş çəkilir, onları narahat edən poblemlər dinlənilir.
Şəhidlərin ailə üzvləri şəhid ailələrinin rifah halının yaxşılaşdırılması məqsədilə imzalanan Fərman və Sərəncamlardan məmnunluq ifadə etdiklərini, bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edib, dövlət başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək verdiklərini vurğulayıblar.
Keçidlər