Şriftin ölçüsü :

Saytın rəngi :

Yuxarı Salamabad kəndində vətəndaşların səyyar qəbulu keçirildi

20 iyun 2024 | 18:30
Yuxarı Salamabad kəndində vətəndaşların səyyar qəbulu keçirildi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev qrafikə uyğun olaraq növbəti səyyar qəbulunu rayonun Yuxarı Salamabad kənd sakinləri ilə keçirmişdir. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişdir.
Şəhər İcra Hakimiyyətinin Başçısı qəbulda vətəndaşların müxtəlif mövzularda müraciətləri ilə əlaqədar aidiyyəti məsul şəxslərə konkret tapşırıqlar vermişdir.
Qəbulda iştirak edən kənd sakinləri onlara yaradılan şəraitdən razılıqlarını bildirərək,bütün bunlara görə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Keçidlər