Yuxarı Qarxun kəndində səyyar qəbul keçirilmişdir
10 aprel 2025 | 13:46
Yuxarı Qarxun kəndində səyyar qəbul keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar vətəndaş qəbulunu rayonun Yuxarı Qarxun kəndində keçirmişdir.
Səyyar qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti xidmət təşkilatlarının rəhbərləri iştirak edirdi.
Səyyar qəbul zamanı İcra Hakimiyyətinin Başçısı tərəfindən hər bir vətəndaşın müxtəlif mövzulardakı müraciəti diqqətlə dinlənilmiş,
səsləndirilən məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir.
Həlli edilməsi üçün araşdırma tələb edilən məsələlərlə bağlı aidiyyəti təşkilat rəhbərlərinə tapşırıq və tövsiyələr verilmiş, digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınmışdır.
Səyyar qəbulu razılıqla qarşılayan sakinlər onlara göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.