Yuxarı Qarxun kəndində sakinlərin müraciətləri dinlənildi
22 fevral 2024 | 17:45
Yuxarı Qarxun kəndində sakinlərin müraciətləri dinlənildi
Əhalinin problemlərinin yerində öyrənilərək həll edilməsi məqsədilə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev növbəti səyyar vətəndaş qəbulunu rayonun Yuxarı Qarxun kənd sakinləri ilə keçirmişdir.
Səyyar qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Şəhər İcra Hakimiyyətinin başçısı sakinlərin onları narahat edən məsələlər barəsində müraciətlərini dinlədi, səsləndirilən müxtəlif məzmunlu müraciətlərin həlli istiqamətində rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi. Bəzi müraciətlərlə bağlı isə qanunamüvafiq izahatlar verildi.
Kənd sakinləri qaldırdıqları problemlərin həllinə həssaslıqla yanaşıldığı və onlara göstərilən diqqət, qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.