Yuxarı Qarxun kənd sakinlərinin müraciətləri dinlənildib
07 may 2026 | 20:48
Yuxarı Qarxun kənd sakinlərinin müraciətləri dinlənildib
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Anar Tağıyev növbəti səyyar qəbulunu rayonun Yuxarı Qarxun kəndində keçirib.
Qəbulda Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının və aidiyyəti xidmət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Qəbul zamanı kənd sakinlərinin müraciətləri dinlənilmiş, onları narahat edən sosial və kommunal məsələlər müzakirə olunub. Səsləndirilən problemlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.






