Yuxarı Bucaq kəndində vətəndaşların müraciətləri dinlənilmişdir
04 iyul 2024 | 13:28
Yuxarı Bucaq kəndində vətəndaşların müraciətləri dinlənilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev təsdiq edilmiş səyyar qəbul qrafikinə uyğun olaraq rayonun Yuxarı Bucaq kəndində sakinlərlə görüş keçirmişdir. Səyyar görüşdə rayonun hüquq mühafizə orqanlarının, idarə müəssisələrin, xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak etmişlər.
Şəhər rəhbəri tərəfindən qəbulun gedişində sakinlərin müxtəlif məzmunlu müraciətləri dinlənilmiş, qəbulda iştirak edən idarə və müəssisələrin rəhbərlərinə səsləndirilən məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.
Sakinlər müraciətlərlərinə həssaslıqla yanaşıldığı üçün Ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.