Yuxarı Bucaq kənd sakinlərinin müraciətləri dinlənilmişdir
19 iyun 2025 | 15:06
Yuxarı Bucaq kənd sakinlərinin müraciətləri dinlənilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçsı Anar Tağıyev növbəti səyyar qəbulunu rayonun Yuxarı Bucaq kəndində keçirmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişlər.
Qəbulda Şəhər rəhbəri vətəndaşların problem və qayğıları ilə maraqlandı. Şikayətçiləri narahat edən məsələlərə aidiyyatı təşkilatların rəhbərləri aydınlıq gətirdilər. Bəzi məsələlər isə öz həllini yerindəcə tapmışdır.






