Yevlaxlılar klassik musiqi konserti ilə Ulu öndərin doğum gününü qeyd etdilər
Yevlax şəhərinin mərkəzi meydanında Xalqımızın Ümumilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin solistlərinin və respublikasının tanınmış müğənnilərinin iştirakı ilə təntənəli konsert keçirilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, rayon hüquq mühafizə orqanlarının rəhbərlərinin,idarə, təşkilat, elm və təhsil müəssisələrinin, aqrar sektorda çalışanların, gənclər, veteranlar və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçən konsertdə əsil bayram abu havası yaşanıb.
Xalq artisti Samir Cəfərovun və digər incəsənət xadimlərinin iştirakı ilə 2 saata yaxın davam edən klassik konsert proqramında ifa edilən mahnı hər bir yevlaxlının qəlbinə sevinc bəxş etmişdir. Konsertdə sevincli anlar yaşayan yevlaxlılar müasir Azərbaycan dövlətinin əbədiyaşar memarına, Xalqımızın Xilaskarına, Ümumilli Liderimiz Heydər Əliyevə öz sevgilərini bir daha nümayiş etdirdilər.