Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxlı idmançı Avropa Kubokunda bürünc medal qazandı

25 may 2023 | 09:41
Yevlaxlı idmançı Avropa Kubokunda bürünc medal qazandı
Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində böyüklər arasında cüdo üzrə Avropa Kuboku turniri keçirilib. İki gün davam edən yarışda Ölkəmiz 13 idmançı ilə təmsil olunub. İdmançılarımız yarışda 3 qızıl, 1 gümüş və 2 bürünc olmaqla cəmi 6 medal əldə ediblər.
Yarışda yevlaxlı cüdoçu Aslan Mirzəyev 100 kq çəki dərəcəsində bürünc medal əldə edib. Məlumat üçün bildirək ki, Aslan Mirzəyev Yevlaxda tanınmış cüdo məqşçi-müəllimi Naib Balaşovun yetirməsidir.
Qeyd edək ki, Azərbaycan yarışda medal əyarına görə ümumi hesabda (qadınlar və kişilər) 2-ci yeri, kişilər arasında isə 1-ci yeri tutub.
Keçidlər