Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxlı gənclərə narkomaniyaya qarşı mübarizə ilə bağlı təlim keçirildi

19 noyabr 2022 | 12:01
Yevlaxlı gənclərə narkomaniyaya qarşı mübarizə ilə bağlı təlim keçirildi
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyi tərəfindən YAP Yevlax rayon təşkilatının iclas zalında rayon gəncləri üçün narkomaniya və onun fəsadlarına qarşı mübarizə ilə bağlı maarifləndirmə təlimi keçirilmişdir. Təlimdə Komissiyanın təlimçisi Şahin İsmayılov narkomaniyanın müsir dövrdə bəşəriyyəti düşündürən qlobal problemlərdən biri olduğunu, insanları fəlakətə sürüklədiyini, cinayətlərə səbəb olduğunu, taleləri məhv etdiyini, narkotik maddələrin insanları tədricən uçuruma apardığını, ölümə sürüklədiyini bildirdi. Həmçinin narkomaniyanın xalqların genofonduna sarsıdıcı zərbələr vurduğunu, qarşısıalınmaz bir təhlükəyə çevrildiyi qeyd etdi. Təlim zamanı gəncləri maraqlandıran suallara cavab verildi. Təlimin sonunda iştirakçılara bukletlər paylanıldı, sertifikatlar təqdim edildi.
Keçidlər