Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxın pambıq tarlalarında yüksək məhsuldarlıq əldə edilməsi üçün işlər davam etdirilir

14 avqust 2025 | 16:34
Bu il Yevlax rayonu üzrə ümumilikdə 3 301,1 hektar sahədə pambıq əkilib. Ən böyük pay 2 499,3 hektar ilə “Prime Cotton” MMC-yə məxsusdur. “Prime Cotton” MMC-nin Yevlax İnovasiya Təsərrüfatında 601 hektar sahəsə müasir suvarma sistemləri (pivot) quraşdırılmışdır. Yerdə qalan sahə 231 fermerlə bağlanmış müqavilə əsasında becərilir. “Goran Cotton” MMC 405,8 hektar ərazidə 51 fermerlə müqavilə bağlamışdır. 396 hektar sahədə isə “Azərşəkər” MMC-nin müasir suvarma sistemləri (pivot) quraşdırılmış təsərrüfatında becərilir.
Hazırda bütün sahələrdə üçüncü vegetasiya suyu verilir. Bu mərhələ pambığın boy atması, budaqların möhkəmlənməsi və çiçəklərin daha bol olması üçün vacibdir. Suvarma ilə yanaşı, alaq otlarının təmizlənməsi, torpağın yumşaldılması, gübrələmə və zərərvericilərə qarşı tədbirlər də aparılır.
2024-cü ildə 2455 hektar sahədən 9111 ton pambıq yığılaraq məhsuldarlıq 37.1 sentner olmuşdur.
Pambıqçılıq Yevlaxda təkcə kənd təsərrüfatının bir sahəsi deyil, həm də yerli iqtisadiyyatın, kənd sakinlərinin dolanışığının mühüm dayağıdır. Payızda tarlalardan yüksən məhsuldarlıqla “ağ qızıl”ın əldə edilməsi məqsədilə işlər davam edir.
Keçidlər