Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxın “Karvan” futbol komandası açılış oyununda qələbə qazanmışdır

11 sentyabr 2024 | 20:53
Yevlaxın “Karvan” futbol komandası açılış oyununda qələbə qazanmışdır
Futbol üzrə Azərbaycan çempionatının Birinci Liqasının açılış oyunu keçirilmişdir. Açılış qarşılaşmasında Yevlaxın “Karvan” komandası Yevlax şəhər stadionunda “Qaradağ-Lökbatan” komandasını qəbul etmişdir. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma “Karvan” komandasının 1:0 hesablı qələbəsi ilə nəticələnmişdir. Qələbə nəticəsində komandamız hesabına 3 xal yazdırmışdır. Oyunda yeganə qolu 63-cü dəqiqədə penalti zərbəsindən komandamızın oyunçusu Roman Hüseynov vurmuşdur.
Keçidlər