Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxdan olan yaralı əsgərlər müalicə aldıqları hərbi hospitalda ziyarət edildi

19 sentyabr 2022 | 14:28
Yevlaxdan olan yaralı əsgərlər müalicə aldıqları hərbi hospitalda ziyarət edildi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev və Milli Məclisin Yevlaxdan seçilmiş deputatı İlham Məmmədov Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında sentyabr ayının 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi geniş miqyaslı təxribatın qarşısını alarkən yaralanmış Yevlax rayonundan olan hərbi qulluqçuları ziyarət etmişlər.
Ziyarət zamanı düşmənin genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı yaralanan və Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə olunan Yevlax rayon sakinləri İbrahimov Nərman Sabir oğlu və Bəşirov Rəşad Coşqun oğlunun səhhəti və qayğıları ilə maraqlanılıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edilib.
Keçidlər